ELANLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya keçiriləcək seçkinin yerinin dəyişdirilməsi barədə ELAN

18 Oktyabr 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər Nazirliyin inzibati binasında aprılan təmir işləri ilə əlaqədar olaraq 2019-cu il 22 oktyabr tarixdə saat 15:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin inzibati binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti 10) keçiriləcəkdir.
Qeyd edək ki, seçkilərdə sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 47 seçici və 40 namizəd rəsmi qeydiyyata alınıb.
Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.