Vakansiyalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə qəbul qaydaları

  1. Dövlət qulluğuna qəbula dair

AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət qulluğuna aid struktur bölmələrində işə qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, dövlət qulluğu iddiasında olan şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan test imtahanında iştirak edərək müvafiq sertifikat əldə edir, sözügedən Mərkəzin saytında Nazirliyin müsabiqə üzrə müsahibəyə çıxarılmış vakant vəzifələrindən təhsilinə və sertifikatına uyğun olanı seçərək müsahibədə iştirak edir. Müsahibədə uğurla iştirak edən namizədin sənədləri vakant vəzifəyə təyin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirinə təqdim olunur. Həmçinin dövlət qulluğunda 5 il iş stajı olan şəxslər dövlət qulluğu vəzifəsinə təyin olunmaq üçün qanunvericiliyə uyğun olaraq ümumi müsahibədə iştirak edə bilərlər.

  1. Qeyri-dövlət qulluğuna aid müəssisələrdə işə qəbula dair
Hər hansı qeyri-dövlət müəssisəsində vakant iş yeri olduqda işə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsi və başqa müvafiq normativ hüquqi aktlar əsasında aparılır.
Nazirlikdə müvafiq vakant vəzifələr mütəmadi olaraq məşğulluq mərkəzlərinə təqdim olunur. Bu baxımdan işlə təmin olunmaq istəyənlər yaşadıqları ərazi üzrə məşğulluq mərkəzinə müraciət edə bilərlər.