Biomüxtəliflik

Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.
Azərbaycan üçüncü dövrə aid olan relikt (qədim bitkilər) cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonasında daha çox rast gəlinir. Dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. misal göstərmək olar.
Azərbaycanda 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu isə ümumi floranın 6%-nə qədərini təşkil edir. Dünyada əsasən, okean adaları, təcrid edilmiş dağ vadiləri endemik növlərlə  daha zəngindir. Məsələn, Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.

Endemik və Relikt növlərin siyahısı