• Bakı
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Sumqayıt
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Naxçıvan
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Xankəndi
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Şuşa
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Xocalı
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Xocavənd
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Qubadlı
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Zəngilan
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Laçın
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Kəlbəcər
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Daşkəsən
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Gədəbəy
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Ağdam
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Füzuli
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Gəncə
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Qazax
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Naftalan
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Şəki
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağstafa
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Qəbələ
  • Gündüz +16°C,
  • Gecə +5°C
  • Şamaxı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Zaqatala
  • Gündüz +17°C,
  • Gecə +7°C
  • Xızı
  • Gündüz +14°C,
  • Gecə +3°C
  • Siyəzən
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Şabran
  • Gündüz +17°C,
  • Gecə +7°C
  • Quba
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Qusar
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Xaçmaz
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Kürdəmir
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağcabədi
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Ağdaş
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Göyçay
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Bərdə
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • İmişli
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Salyan
  • Gündüz +19°C,
  • Gecə +10°C
  • Beyləqan
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Saatlı
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Hacıqabul
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Masallı
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Lənkəran
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Lerik
  • Gündüz +15°C,
  • Gecə +5°C
Saytın Xəritəsi

Ümumi məlumatlar

 

Dəniz hidrometeorologiyası

 

Xəzər dənizinin hidrometeoroloji monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Dəniz Hidrometeorologiya Mərkəzində aparılır. Mərkəz Xəzər dənizinin Azərbaycan Respublikası akvatoriyasında yerləşən müşahidə şəbəkəsinə malikdir. Bu şəbəkə dənizin sahillərində, adalarda, estekadalarda və platformalarda yerləşən 14 müşahidə məntəqəsindən ibarətdir. Mərkəzdə hidrometeoroloji müşahidələrin təşkil edilməsi, aparılması, məlumatların əldə edilməsi, təhlili, ümumiləşdirilməsi və dəniz illiklərinin tərtib edilməsi işləri yerinə yetirilir. Həmçinin, açıq dəniz rayonlarından gəmi ekspedisiyalar vasitəsi ilə hidrometeoroloji məlumatlar əldə edilir.

Xəzər dənizinin hidrometeoroloji parametrləri (dənizin səviyyəsi, suyun duzluluğu və temperaturu, dəniz axınları, dalğalanma, havanın temperaturu və rütubəti, küləyin sürəti və istiqaməti və s.) üzrə əldə edilmiş sutkalıq, aylıq və illik informasiyalar hər təqvim ili üçün tərtib edilən dəniz illiklərində yerləşdirilir.

Beləliklə, Dəniz Hidrometeorologiya Mərkəzində Xəzər dənizinin Azərbaycan Respublikası akvatoriyasında hidrometeoroloji parametrlərin əldə edilməsinin bütün mərhələləri yerinə yetirilir . Son illər dəniz müşahidə şəbəkəsi genişlənmiş və yeni müasir cihazlarla təmin edilmişdir. Belə ki, 2005-ci ildə Xəzəryanı ölkələr içərisində ilk dəfə olaraq dənizin dərinliyi 100 m olan ərazisində ("28 May" rayonunda) və həmçinin Səngi-Muğan adasında müşahidə mənətəqəsi fəaliyyətə başlamışdır. "Neft Daşları" məntəqəsində dənizin səviyyəsini, dalğalanmanı, suyun temperaturunu və atmosfer təzyiqini ölçən avtomatik cihaz qurulmuşdur.

Əksər dəniz şəbəkəsi məntəqələri yeni müasir tipli külək ölçən cihazlarla təmin edilmiş və meteoroloji meydançaları təmir edilmişdir.

Dəniz Hidrometeorologiya Mərkəzində həmçinin mühüm əhəmiyyət kəsb edən elmi-praktiki işlər də yerinə yetirilir. Belə ki, Xəzər dənizinin səviyyə tərəddüdləri və onların uzunmüddətli proqnozu metodikası hazırlanmışdır.

Xəzər dənizi səviyyəsinin son 25 ildə kəskin qalxması ilə əlaqədar "Azərbaycan Respublikasının sahilboyu ərazilərinin subasma Atlası" tərtib edilmişdir. Bu Atlasda sahildə yerləşən rayonlar üzrə subasmanın xarakteri və səviyyənin gələcəkdə qalxması şəraitində subasma sahələri göstərilmişdir. Mərkəzdə həmçinin Xəzər dənizinin prioritet problemləri üzrə praktiki və elmi-tədqiqat xarakterli işlər də aparılır.

 

Xəzər dənizinin hidroloji xarakteristikaları

Orta və Cənubi Xəzərdə ekstremal dalğa hündürlüklərinin(m) paylanmasıDalğalanma. Xəzər dənizinin hidroloji rejimini təyin edən əsas faktorlar bunlardır: iqlimi, su axını, dənizin dərinliyi, dibinin relyefi və sahillərinin kələ-kötürlüyü. Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır.

Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük qiymətlərinə külək sürətinin 15 - 20 m/s giymətlərində çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal - qərb istiqamətli küləklər əsən zaman Abşeron yarmadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Maxaçkalanın şimal - şərqində isə güclü dalğalanma cənub-şərq küləklərində yaranır.

Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən - Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatoriyası. 

Axınlar. Xəzər dənizində axın yaradan faktorlar bunlardır: külək, dəniz suyunun sıxlığının dəyişkənliyi, dənizin dərinliyi və sualtı relyefi, sahillərinin forması, və su axımları. Bu proseslər içərisində ən mühümü küləkdir. Dənizdə real şəraitdə bu proseslərin birgə təsiri nəticəsində yaranan axınlar sistemi müşahidə edilir.

Xəzər dənizində su dövranı orta çoxillik hidrometeoroloji şərait nəticəsində yaranmışdır. Ümumi halda axın sistemi belə təsvir edilir. Dəniz üzərində bütün il boyu hakim olan şimal küləkləri Şimali Xəzərdən cənuba doğru qərb sahilləri boyunca dreyf axınları yaradırlar və bu su selləri Abşeron yarımadasına qədər hərəkət edərək 2 qola ayrılır. Bunlardan daha güclü olanı yarmadadan keçərək cənuba daxil olur, sonra isə Cənubi Xəzərin sahilləri boyunca hərəkət edərək yenidən Orta və Şimali Xəzərə doğru hərəkət edirlər. Ikinci qol isə Abşeron yarımadasından şərqə doğru hərəkət edərək şərq sahillərinə daxil olur və burada əsas qolla birləşir. Manqışlaq yarımadasına daxil olan bu birləşmiş axın, yarımada tərəfindən qərbə tərəf dönür və beləliklə Şimali Xəzərdə tsiklonik (saat əqrəbinin əksinə) su dövranı yaranır. Dənizin cənub hissəsində Abşeron yarımadası ilə Kür çayı mənsəbi arasında yerli antitsiklonik (saat əqrəbi istiqamətində) axınlar da mövcuddur.

Şimali Xəzərdə ən böyük sürətə şimal - şərq və cənub - qərb (25 sm/s), az sürətə isə şimal - qərb və cənub - şərq (13 sm/s) axınları malikdir. Digər istiqamətlər üzrə axınların sürəti 15-18 sm/s intervalında dəyişir, naviqasiyası müddətində qərb ərazilərdə axınların sürəti 100 sm/s də çata bilər.

Orta Xəzərin qərb sahilləri boyunca cənub - şərq istiqamətli axınlar hakimdir. Abşeron yarımadası ərazisində sahilin təsiri nəticəsində güclü şimal - qərb küləkləri sahildən şərqə, açıq dənizdə isə şimal-qərbə yönəlmiş axınlar yaradir.

Abşeron yarmadasından şimala doğru zəif küləklərində axınların sürəti 10 - 20 sm/s, mülayim küləklərdə 30 - 40 sm/s və güclü küləklərdə isə 60 -100 sm/s təşkil edir.

Cənubi Xəzərdə Bakı arxipelaqı rayonunda sürəti 10 sm/s olan cənub axınları üstünlük təşkil edir. Burada maksimal axın sürətləri (40 - 50 sm/s) güclü şimal - qərb küləkləri zamanı müşahidə edilmişdir. Cənubi Xəzərin şərq sahilləri boyunca aprel - sentyabr aylarında cənub istiqamətli axınlar hakimdirlər. Burada axınların sürəti mülayim küləklərdə 15 - 30 sm/s, güclü küləkdə isə 50 - 60 sm/s təşkil edir.

Suyunun temperaturu. Xəzər dənizinin temperatur rejimi istilik balansı elementlərinin illik dəyişmələrinin təsiri nəticəsində formalaşır. Əsas istilik mənbəyi günəşdən daxil olan qısadalğalı radiasiyadır.

Şimali Xəzərdə mart - avqust aylarında dəniz istiliyi toplayır (akkumilyasiya), sentyabr - fevral aylarında isə sərf edir. Orta və Cənubi Xəzərdə istilik balansı Şimali Xəzərə nisbətən bir ay sonra işarəsini dəyişir.

Şimali Xəzərdə aprel ayından başlayaraq su kəskin istiləşməyə başlayır və sahil zonasında səthdə 12°C-ə, açıq dənizdə isə 6 -10°C-ə çatır. Bu zaman Orta Xəzərdə 9-10°C, Cənubi Xəzərdə isə 11-14°C temperatur hakimdir. Suyun ən çox qızması aprel-may aylarında baş verir. Mövsümün axırında Şimali Xəzərdə 17-18°C, Orta Xəzərdə 13 -14°C və Cənubi Xəzərdə 16 -18°C çatır. Iyun ayında temperaturun yüksəlməsi davam edir və ayın axırında maksimuma çatır. Bu vəziyyətdə suyun termik rejimi avqustun axırına qədər saxlanılır və dənizin səthi temperatur bircinsliyi ilə xarakterizə edilir. Suyun səth temperaturu Şimali və Orta Xəzərdə 24 - 24°C, Cənubi Xəzərdə isə 25 - 28°C - ə bərabər olur. Yay mövsümündə dənizin orta hissəsində mənfi temperatur anamaliyaları da müşahidə edilir. Xüsusilə, şərq sahillərində, sahildən uzaqlaşdıqda temperaturun artması baş verir. Qərb sahillərində də bu hadisə müşahidə edilir. Lakin nisbətən az ərazini əhatə edir.

Dənizin soyuması sentyabr ayının əvvəllərindən başlayır. Oktyabr ayında Şimali Xəzərdə suyun temperaturu 10°C -17°C, Orta Xəzərdə 15 - 18°C və Cənubi Xəzərdə 19 - 21°C intervalında olur. Noyabr ayında dəniz səthində suyun temperaturu şimalda 3 - 10°C, cənubda isə 16 -18°C diapazonunda dəyişir.


Xəzər dənizində səth temperaturunun aylar üzrə dəyişmələri: 
1– Şimali, 2–Orta, 3–Çənubi, 4–bütün  dənizi üzrə

Suyunun duzluğu. Xəzər dənizinin suyu okean mənşəlidir, dəniz qədim  dövrdə okeanla birləşmiş, Aralıq, Qara və Azov dənizləri ilə birlikdə Para Tetis dənizinin tərkibində olmuşdur. Xəzər dənizinin əlahiddə su hövzəsi kimi yaşı 3 - 5 milyon il hesab edilir.

Xəzər dənizinin suyunun orta duzluğu 12,85 ‰ (promil) təşkil edir (okean suyunun orta duzluğu 35 ‰ - dir). Duzluğun aşağı olması dənizin qapalı olması və çay axımlarının böyük olması ilə əlaqədardır. Xəzər suyunda okean sularına nisbətən karbonat və sulfatların miqdarı çox, xloridlərin miqdarı isə azdır.

Şimali Xəzərdə duzluq çay mənsəblərdə 0,1 ‰ - dən Orta Xəzərin sərhəddində 12 ‰ - ə, Cənubi Xəzərin şərq sahillərinə doğru isə 13,4 ‰ – ə qədər dəyişir. Ərazinin şimal - şərq və qərb sahilləri boyu daha durulu sular yerləşmişdir.

Xəzər dənizinin dərin hissələrində açıq dənizdə duzluğun orta qiyməti 12,8 – 12,9 ‰ təşkil edir. Dərinliyə doğru duzluq az dəyişir, təxminən 0,1 – 0,2 ‰ artır. Dənizin qərb sahilləri akvatoriyyasında duzluq şərq sahili akvatoriyyasına nisbətən azdır. Buna əsas səbəb qərb sahili boyunda Volqa çayı axımının mövcud olmasıdır. Analoji vəziyyət Cənubi Xəzərdə Kür çayı axımı hesabına da baş verir.

Qışda Orta Xəzərdə duzluq şimal-qərbdə 11,0 ‰ - dən cənubi-şərqdə 13,4 ‰ - ə qədər artır. Yayda həm Orta, həm də Cənubi Xəzərdə (səthə) duzluq eyni olub, 12.8 -12,9 ‰ təşkil edir. Lakin duzluq Orta Xəzərin şərq sahillərində və mərkəzi ərazilərdə 13 ‰ qiymətlərinə qədər artır.

Buz rejimi. Şimali Xəzərdə dayaz şimal hissəsi hər il donur, amma dənizin dərin digər hissələri isə həmişə donmur. Buzların yaranma əraziləri, müddəti və onun sonrakı inkişafı ilin qış vaxtında dəniz üzərindəki atmosfer prosesləri ilə müəyyən edilir. Sərt qışda Şimali Xəzərin bütün səthi, mülayim qışda isə 3 m izobata qədər olan əraziləri donur. Burada ən böyük buz qatı yanvar-fevral aylarında (sərt qışda sal buzun qalınlığı 70 – 90 sm, mülayim qışda 35 – 40 sm) müşahidə edilir.

Xəzər dənizində müxtəlif  qış mövsümlərində buzların yayılma ərazilər.
(1 – yumşaq, 2 – mülayim və 3 – sərt qış) 

Orta Xəzər buz əmələgəlmə adətən noyabr ayının axırında, şərq sahillərinin qapalı buxtalarında başlayır. Qərb sahillərində Maxaçqala-Niyazobaya qədər ərazisində sərt qışda ilkin yerli buzlar noyabrın axırında, mülayim qışda isə yanvarda müşahidə edilir. Burada buzların qalınlığı 20 – 25 sm, şərq sahillərində eyni coğrafi enlikdə isə 40 – 45 sm təşkil edir. Isti qış mövsümündə qərb sahillərində ümumiyyətlə buz müşahidə edilmir.
Ən sərt qış mövsümündə uzunmüddətli əsən şimal küləkləri üzən buzları qərb sahilləri boyu hərəkət etdirərək Abşeron yarımadasına gətirib çıxa bilər. Axrıncı dəfə bu hadisə 1953/1954 - cü ildə qışda müşahidə edilmişdir, 5 fevral 1954 – cü il tarixində Abşeron yarımadasının şimal hissəsində möhkəm sal buz yaranmışdır.
Cənubi Xəzərdə çox nadir hallarda buz yaranır. Qərb sahillərində buz əmələgəlmə dekabr-fevral, şərq sahillərdə isə dekabrın ortalarında (erkən), fevralın əvvəllərində (gec) baş verə bilər.

Xəzər dənizində buzların yaşama müddəti geniş intervalda dəyişir. Normal qış mövsümlərində Şimali Xəzərin dayaz sahil zonaları 60 -140 gün, açıq dəniz rayonları isə 10 - 40 gün buzla örtülür.

 

 

 

Xəzər dənizinin hidrometeoroloji xüsusiyyətləri

Xəzər dənizinin fiziki - coğrafi xarakteristikası. Xəzər dənizi yer kürəsində ən böyük qapalı su hövzəsidir. Dünya okeanında təcrid edilmiş Xəzərdə bütün yer kürəsində olan göllərdəki suların 45 faizə qədəri toplanmişdir.

Xəzər dənizi Avropa və Asya qitələrinin sərhəddində 45°07' və 36°33' şimal enlikləri, 46°43' və 54° 30' şərq uzunluqları arasında yerləşmiş və okean səviyyəsindən hal – hazırda (2007 – ci il) 27.00 -  m aşağıdadır.

Meridian boyu dənizin uzunluğu 1200 km, orta eni  325 km, sahəsi 392 min kv km, suyunun həcmi 79 min kub km, orta dərinliyi 207 m və ən dərin yeri isə 1025 m –dir.

Fiziki-coğrafi, dibinin relyefi və sahillərinin morfoloji xüsusiyyətlərinə görə Xəzər dənizi 3 hissəyə bölünür. Şimali Xəzər, Orta Xəzər və Cənubi Xəzər. Xəzər dənizinə həm dəniz (ölçülərinin böyük olması, hidrometeoroloci xüsusiyyətləri, suyunun kimyəvi tərkibi, və s.) həm  də göl (okeanlarla birbaşa əlaqəsi olmayıb, onlardan min km – lərlə  məsafədə yerləşməsi və s.) xüsusiyyətləri məxsusdur 
Xəzər dənizi sahilində 5 dövlət yerləşmişdir: Azərbaycan Respublikasi, Qazaxstan Respublikası, Iran Islam Respublikası, Rusiya Federasiyası və Türkmənstan Respublikası. Dövlətlər arasında sahil xəttinin uzunluğu (səviyyənin – 27.00 m BS qiymətində) aşağıdakı kimidir: Azərbaycan – 850 km, Qazaxstan – 2350 km, Iran – 900 km, Rusiya – 1000 km, Türkmənistan – 1200 km. Xəzər dənizində ümumi sahəsi 2 min kv km olan 50 ada yerləşmişdir.

Xəzər dənizinin fiziki – coğrafi vəziyyəti


I – Şimali Xəzər, II – Orta Xəzər, III – Cənubi Xəzər

Xəzər dənizininin əsas morfometrik xarakteristikaları

 

 Morfometrik  xüsusiyyətlər Dənizin hissələri Tam dəniz
Şimali Orta Cənubi
Meridian üzrə uzunluq. km
 Orta 250 481 204 935
 Ən  böyük 307 605 417 1296
Paralel  üzrə  eni. km
 Orta 530 259 450 327
 Ən  böyük 624 341 481 624
 Ən  kiçik 202 194 337 194
Sahil xəttinin uzunluğu. km
 Adalarsız 2452 2152 2200 6804
 Adalar 302 72 400 774
 Ümumi 2754 2224 2600 7578
 Sahil xəttinin girintili-çxıntısı 2,02 1,55 1,60 1,62
Sahəsi. km2
 Akvatoriya 17188 154106 150818 422112
 Adalar 732 123 1334 2189
 Ümumi 117920> 154229 152152 424301
Dərinlik
 Orta 6,1 170 334 184
 Ən böyük 15,2 768 1025 945
 Həçm. km3 714 26351 50462 77527

 

Xəzər dənizinin meteoroloji xarakteristikaları

Iqlimi. Xəzər dənizinin iqlimini təyin eden əsas faktorlar bunlardır: dənizin coğrafi vəziyyəti, atmosfer sirkulyasiyalarının xarakteri, ətraf quru ərazilərin təsiri (şərqdə - Aral – Xəzər ovalığı, qərbdə - Qafqaz dağları) və dənizin müxtəlif hissələri arasında su mübadilələrii. Xəzər dənizi iqliminin əsas xarakterik cəhəti bunlardır: antitsiklonlu hava şəraitinin üstünlük təşkil etməsi, il boyu temperaturun kəskin dəyişmələri, Şimali Xəzərdə qışın soyuq və küləkli, Cənubi Xəzərdə isə isti olması və yayın bütün Xəzər üzrə isti, quru və sakit olmasıdır.

Qışda dəniz üzərində temperatur sahəsi xeyli qeyri bircinslidir, şimal hissədə hər yerdə temperaturlar mənfidir. Şaxtalar oktyabr-mart aylarında müşahidə edilir, yanvar – fevral aylarının temperaturu sahildə -7°C -11°C , dənizdə isə - 4°C, -7°C təşkil edir.

Orta Xəzərdə qış yumşaq keçir, yanvar və fevral aylarında orta aylıq hava temperaturu şimal - şərqdə -3°C-dən cənub şərqdə 3 - 4°C - ə qədər dəyişir, şaxtalar yanvar–fevral aylarında olur.

Cənubi Xəzərdə yanvar ayının orta temperaturu şimal-şərqdə 3°C-dən cənubda 8 -12°C - qədər dəyişir. Yay aylarında Xəzər dənizi üzərində tropik hava kütlələri hakimdir və burada dayanıqlı quru, isti və zəif küləkli hava uzun müddət qala bilir.

Iyul və avqust aylarının orta aylıq temperaturlar dənizin şimali hissəsində 22,3 °C orta hissəsində 24,13°C cənub hissəsində 25 - 27°C , şimal- şərqdə 29°C-ə qədər enir.

Xəzər dənizi üzərində hava temperaturunun aylar üzrə dəyişmələri: 
1 – Şimali, 2 – Orta, 3 – Cənubi, 4 – bütün Xəzər dənizi üzrə

Külək rejimi. Xəzər dənizinin müxtəlif rayonlarında küləyin gücü qeyri bircinslidir. Ən sürətli küləklər (tufanlar) Abşeron, Maxaçqala və Manqışlaq ərazilərində müşahidə edilir.

Abşeron dəniz rayonunda “Bakı nordu” (yerli adı “Xəzri”) adlanan küləyin sürəti 30 m/s - dən də çox olur, davam etmə müddəti isə 10 saatdan artıqdır. Dənizin və ətraf ərazilərinin qeyri bərabər qızması və soyuması nəticəsində, xüsusilə, onun cənub hissəsində musson və briz küləkləri də müşahidə edilir. Həmcinin Orta və Cənubi Xəzərın qərb sahillərində, dağların sahilə yaxın ərazilərində, Qafqaz dağlarından əsən fen küləkləri də mövcuddur. Şimali Xəzərdə ilin soyuq aylarinda əsasən şərq və cənub - şərq küləkləri əsir. Ilin isti vaxtlarında isə şimal - şərq küləkləri üstündürlər, şərq, qərb və şimal-qərb küləklərinin ehtimalları eynidir. Sürəti 30 m/s böyük küləklər əsasən şimal-qərb istiqamətlidir. Il ərzində tufanlı günlərin sayı isə 25 - 30 gün təşkil edir.

Sürəti 15 m/s böyük olan küləklər əsasən şərq və cənub - şərq istiqamətlidirlər. Zəif küləklərin (< 6 m/s) təkrarlanması yayda 60%, digər vaxtlarda isə 40 - 45% təşkil edir. Orta Xəzərin qərb sahillərində bütün il ərzində əsasən şimal-qərb və cənub - şərq istiqamətli küləklər hakimdirlər. Güclü küləklər Abşeron (40 m/s-ə qədər) və Maxaçqala (35 m/s - ə qədər) əraziləri üçün xarakterik olub, müvafiq olaraq əsasən şimal, şimal - qərb və cənub - şərq və cənub - qərb istiqamətlidir. Qərb sahillərində tufanlı günlərin orta sayı il ərzində 70 gün, davametmə müddətləri isə bir neçə günə çatır.

Orta Xəzərin şərq sahillərində ilin soyuq vaxtlarında əsasən şərq, isti vaxtlarda isə şimal - qərb və qərb küləkləri hakimdirlər. Burada sürəti 30 m/s - ə qədər olan küləklər Fort - Şefçenko və Qara – Boğaz - Qol körfəzi ərazisində müşahidə edilir, istiqamətləri isə əsasən şərq və cənub - şərq, davametmə müddətləri isə 20 - 24 saata qədər təşkil edir. Orta Xəzərdə zəif küləklərin (< 6m/s) təkrarlanması payızda və qışda 40%, yazda, yayda isə 55% təşkil edir.

Cənubi Xəzərdə il ərzində qərb sahillərində şimal və şimal-şərq küləkləri, soyuq aylarında isə bəzən cənub və şərq küləkləri hakimdirlər. Il ərzində tufanlı küləklərin sayı orta hesabla 12 gün təşkil edir. Şərq sahillərdə soyuq aylarda şərq və şimal - şərq, isti aylarda isə şimal - qərb küləkləri üstünlük təşkil edirlər. Burada tufanlı küləklər əsasən yazda və yayın əvvəllərində ildə orta hesabla 20 - 40 gün təşkil edir.

Cənubi Xəzərdə zəif küləklərin (< 6 m/s) təkrarlanması payız və qış aylarında 44%, yaz və yayda isə 60% təşkil edir.

 
Xəzər dənizində külək sürətinin aylar üzrə dəyişmələri:
1 – Şimali, 2 – Orta, 3 – Cənubi, 4 – bütün Xəzər dənizi üzrə

 
Xəzər dənizində tufanlı (sürəti 15 m/s- dən böyük) küləkli günlərin illik sayları

 

 

Səviyyə dəyişmələri 

Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. 
Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Su balansinin mədaxilini (80%) çay axınları təşkil edir ki, onun da 85% -ə qədərinin Volqa çayının gətirdikləri suların hesabınadır. Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayırlar. Buna səbəb isə dənizin çox geniş sutoplama hövzəsində (şimal yarım kürəsinin təxminən 20% ərazisi) baş verən hidrometroloci proseslərdir.

Tarixi dövr ərzində (son 3,5 min il) dənizin səviyyəsinin dəyişməsi 15m, son 200 ildə 3.5 m təşkil etmişdir. Dənizin səviyyəsi həm də aylar üzrə dəyişmələrə məruz qalır, onun qiyməti 30 - 40 sm intervalında dəyişir. Səviyyə özünün ən yüksək qiymətini iyun -avqust  aylarında, ən aşağı qiymətini isə dekabr - fevral aylarında alır. Həmcinin uzunmüddətli əsən küləklərin təsiri nəticəsində səviyyənin suqovma və çəkilmə dəyişmələri də baş verir. Bu proses, xüsusilə, Şimali Xəzərdə özünü göstərir. Burada güclü cənub - şərq küləklərində suqovma 4,5 m, çəkilmə isə 2,5 m-ə çata bilər.

Tarixi qaynaqlar göstərir ki, Xəzərin səviyyəsinin tərəddüdü son  2,5min ildə 15m və axrıncı 200 ildə isə 4,5 m olmuşdur.Səviyyə üzərində ilkinstrumental müşahidələr 1837 – ci ildən Bakı məntəqəsində (Bayıl sahəsi) başlanmış və bu günə qədər bütün Xəzər dənizi üzrə 15 məntəqədə və dənizin Azərbaycan sektorunda isə 7 məntəqə davam etdirilir.

Müşahidə məlumatları göstərir ki, Xəzər dənizinin səviyyəsi 1830 – 1929 – cu illərdə (100 il müddətində ) okean səviyyəsinin  mənfi 26,00 mBS mütləq yüksəklikində ( Baltik Sistemi ) yerləşmiş və səviyyə dəyişmələrinin amplitudu 0,5m olmuşdu.1930 – cu ildən başlayaraq səviyyə enməyə başlamış və 1977 – ci ilə qədər 3 m aşağı düşmüşdür.

Xəzər dənizinin səviyyəsi 1977 – ci ildə mənfi 29,00 mBS mütləq yüksəklikdə olmuşdur ki,bu da son 500 ildə onun ən aşağı səviyyəsidir.

Xəzərin səviyyəsi 1978 – ci ildən başlayaraq ildə orta hesabla 15 sm sürətlə artmış və 1995-ci ildə ən yüksək səviyyə ( -26,50 mBS ) çatmışdır.Bu zaman səviyyənin artımı 1977 – ci illə müqaisədə 2,50m olmuşdur.
Xəzər dənizinin səviyyəsi 1996-2000-ci illərdə 35m enmiş və 2001-ci ildən yenidən qalxmağa başlamışdır. Belə ki,dənizin səviyyəsi 2001 – 2005 – ci illərdə 30sm – ə qədər yüksəlmiş, 2006 – cı ildə isə səviyyəsinin əvvəlki illə müqaisədə 3 – 5 sm enməsi müşahidə edilmişdir.

Xəzər dənizi səviyyəsinin bir illik proqnozu metodikası onun  Su Balansı elementlərinin hesablanmasına əsaslanıb və hazırda onun özünü doğrultması 90-95 faiz təşkil edir.

Xəzər dənizi səviyyəsinin uzun müddətli proqnozu ( 5 – 10 il ) çox mürəkkəb məsələdir, çünki dəniz səviyyəsinin tərəddüdü iqlim elementləri ilə əlaqədardır və elmin müasir inkişaf mərhələsində bu elementlərin etibarlı proqnozlarının ömrü isə 6 aydan artıq deyildir.

Xəzər dənizi səviyyəsinin orta illik qiyməti 2007 – cı ildə mənfi 26,78 mBS ( Baltik Sistemi), 2008-ci ildə 26,98 mBS, 2009-cu ildə 26,95 mBS, 2010-cu ildə 27,05 mBS təşkil etmişdir.

Regional iqlimin dəyişməsinə əsaslanan proqnozlara görə  2020 – ci illərə Xəzər dənizi səviyyəsinin  70 - 80 sm - ə qədər artması ehtimal edilir.