• Bakı
  • Gündüz +21°C,
  • Gecə +16°C
  • Sumqayıt
  • Gündüz +22°C,
  • Gecə +17°C
  • Naxçıvan
  • Gündüz +24°C,
  • Gecə +7°C
  • Xankəndi
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Şuşa
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Xocalı
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Xocavənd
  • Gündüz +13°C,
  • Gecə +7°C
  • Qubadlı
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Zəngilan
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Laçın
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Kəlbəcər
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Daşkəsən
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Gədəbəy
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Ağdam
  • Gündüz +23°C,
  • Gecə +15°C
  • Cəbrayıl
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Füzuli
  • Gündüz +18°C,
  • Gecə +11°C
  • Gəncə
  • Gündüz +22°C,
  • Gecə +15°C
  • Qazax
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Naftalan
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Şəki
  • Gündüz +21°C,
  • Gecə +13°C
  • Ağstafa
  • Gündüz +18°C,
  • Gecə +12°C
  • Qəbələ
  • Gündüz +18°C,
  • Gecə +11°C
  • Şamaxı
  • Gündüz +16°C,
  • Gecə +10°C
  • Zaqatala
  • Gündüz +20°C,
  • Gecə +12°C
  • Xızı
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Siyəzən
  • Gündüz +20°C,
  • Gecə +12°C
  • Şabran
  • Gündüz +21°C,
  • Gecə +10°C
  • Quba
  • Gündüz +18°C,
  • Gecə +7°C
  • Qusar
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Xaçmaz
  • Gündüz +21°C,
  • Gecə +13°C
  • Kürdəmir
  • Gündüz +24°C,
  • Gecə +14°C
  • Yevlax
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Ağcabədi
  • Gündüz +23°C,
  • Gecə +13°C
  • Ağdaş
  • Gündüz +24°C,
  • Gecə +14°C
  • Göyçay
  • Gündüz +25°C,
  • Gecə +15°C
  • Bərdə
  • Gündüz +23°C,
  • Gecə +15°C
  • İmişli
  • Gündüz +24°C,
  • Gecə +14°C
  • Salyan
  • Gündüz +24°C,
  • Gecə +16°C
  • Beyləqan
  • Gündüz +24°C,
  • Gecə +13°C
  • Saatlı
  • Gündüz +23°C,
  • Gecə +13°C
  • Hacıqabul
  • Gündüz +24°C,
  • Gecə +14°C
  • Masallı
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Lənkəran
  • Gündüz +22°C,
  • Gecə +13°C
  • Lerik
  • Gündüz +14°C,
  • Gecə +8°C
Faydalı Bölmələr

Görülən işlər

2017-ci il ərzində geoloji-kəşfiyyat sahəsində görülmüş işlər

 

2017-ci il ərzində geoloji-kəşfiyyat işləri 56 obyekt üzrə yerinə yetirilib. Bunlardan 44 obyekt əvvəlki illərdən 2017-ci  ilə keçid alıb. 2017-ci ildə Milli Geoloji Kəşfiyyat Xidmətinin “Obyektlər Planı”na daxil edilən 13 yeni obyekt üzrə müvafiq geoloji tapşırıqlar və layihə-smeta sənədləri hazırlanaraq çöl geoloji-kəşfiyyat işlərinə başlanılıb.

Geoloji kəşfiyyat işləri başa çatdırılmış obyektlər üzrə aşağıdakı bir sıra mühüm nəticələr  əldə olunub:

- Bənövşəçay hövzəsinin allüvial çöküntülərində aşkar edilmiş nəcib metal oreollarının köklü mənbələrinin (perspektivli sahələrin) aşkar edilməsi və ilkin qiymətləndirilməsi (proqnoz resursların P2 kateqoriyası ilə hesablanması) üzrə  yerinə yetirilmiş nüvə geofiziki tədqiqatları nəticəsində platinli qızıl-sulfid filizləşməsinə perspektivli (2 km2) sahə ayrılıb.

- Şabran rayonu ərazisində100 km2 sahədə aparılmış axtarış işləri nəticəsində sahəsi 1,35 km2 olan, beton istehsalı və yol tikintisi üçün yararlı Gilgilçay qum-çınqıl qarışığı və sahəsi 0,45 km2 olan, həmçinin beton istehsalı və yol-tikinti işləri üçün yararlı olan Çuxurzəmi brekçiyalaşmış əhəngdaşı təzahürləri hüdudlandırılıb. Həmin sahələrdə aparılmış axtarış-qiymətləndirmə işləri nəticəsində Gilgilçay qum-çınqıl qarışığı xammalının 5940 min m3, Çuxurzəmi brekçiyalaşmış əhəngdaşı xammalının isə 11250 min m3 həcmində C2 kateqoriyası ilə ehtiyatları hesablanıb.

- Abşeron rayonu ərazisində 100 km2 ərazidə aparılmış axtarış işləri nəticəsində “Bəyqulu” perspektivli qum sahəsi hüdudlandırılıb. Bu sahədə aparılmış axtarış-qiymətləndirmə işləri nəticəsində Bəyqulu qum yatağı üzrə 1.080 min m3 həcmidə, tikinti işlərinə yararlı qum xammalı ehtiyatları C2 kateqoriyası ilə hesablanıb.

- Göyçay rayonu ərazisində 120 km2 ərazidə aparılmış axtarış işləri nəticəsində kərpic və digər keramik məmulatların istehsalına yararlı “Çavuştəpə” gilcə təzahürü (0,79 km2) və inşaat materiallarına yararlı “Daşlı” qum-çınqıl qarışığı təzahürü (0,4 km2) hüdudlandırılıb. Bu təzahürlərdə aparılmış axtarış-qiymətləndirmə işləri nəticəsində “Çavuştəpə” gilcə yatağı üzrə 3459 min m3 həcmində gilcə, “Daşlı qum-çınqıl yatağı üzrə isə 2810 min m3 həcmində qum-çınqıl ehtiyatları C2 kateqoriyası ilə hesablanıb.

- Kür çayının aşağı axarında Sabirabad şəhərindən Salyan rayonunun Qarabağlı kəndinədək olan ərazidə, hər iki sahil boyunca, 5 km-ə qədər zolaq daxilində kompleks ekoloji-hidrogeoloji və mühəndisi-geoloji tədqiqat işləri yerinə yetirilib. Bu regionda Cəlilabad və Neftçala geoekoloji rayonları və bu rayonlar daxilində geoekoloji landşaft zolaqları öz təsvirini tapıb. Geoekoloji tarazlığın bərpası məqsədi ilə həmin landşaft zolaqlarında görüləcək təxirə salınmaz tədbirlər haqqında müvafiq tövsiyələr hazırlanıb.

- Abşeron yarımadası, Qazax-Gəncə, Balakən-Zaqatala, Şamaxı-İsmayıllı və Astara-Lənkəran zonalarında torpaqda Rn qazının (alfa-aktiv qazlar), Bakı, Sumqayıt, Şirvan və Gəncə şəhərlərində zirzəmilərdə alfa-aktiv qazların konsentrasiyası ölçülüb və xəritələnib.

- Əsas mineral-xammal növləri üzrə ehtiyatlar və resurslar, onların əmələgəlmə şəraiti, fiziki-kimyəvi, mineraloji-geokimyəvi xüsusiyyətləri, tətbiq sahələri haqında yetərincə məlumat toplanıb.  

- Ərtəpə təzahüründə intişar tapmış filizlərin maddi tərkibi 2 saylı mağaradan götürülmüş 2 ədəd texnoloji sınaq əsasında tədqiq edilib. Aparılmış hidrokimyəvi faza analizinin nəticələrinə əsasən filiz sınağında olan Cu, Zn, və Fe minerallarının əksəriyyəti sulfid formasındadır. Filizlərin emalı üçün rasional kollektiv selektiv flotasiya sxemi və müvafiq optimal reagent rejimi işlənib hazırlanıb, filizdə olan sinkin 86,6%-nin flotokonsentrata ayrılması təmin edilib.

- Böyük Qafqazın cənub-şərq hissəsində K-39-111-A-B topovərəqləri hüdudlarında ümumi axtarışla və geofiziki üsulların müşayiəti ilə 530 km2 sahədə geoloji planalma işləri aparılıb, sahənin geoloji quruluşu, geodinamik inkişafı, geoloji şəraiti öyrənilib, müxtəlif faydalı qazıntılara perspektivliyi qiymətləndirilib, müasir tələbata cavab verən geoloji, faydalı qazıntıların yerləşmə qanunauyğunluqları, proqnoz və digər xəritələr tərtib edilib. 

- Zaqatala rayonunda axtarış işləri iki mərhələdə aparılıb. İlkin mərhələdə 175 km2 sahədə axtarış işləri aparılıb və nəticədə iki perspektivli Şambul gilcə və Paşan qum-çınqıl qarışığı sahələri ayrılıb. Ikinci mərhələdə ayrılmış hər iki sahədə axtarış-qiymətləndirmə işləri aparılıb və xammal ehtiyatları hesablanıb. Şorməkan gilcə sahəsi üzrə xammal ehtiyatı C2 kateqoriyası üzrə 4416 min m3 həcmində hesablanıb.

- Bərdə rayonu ərazisində ayrılmış 120 km2 sahə hüdudları daxilində aparılmış geoloji axtarış işləri  nəticəsində gilcə və gil xammalına perspektivli sahələr müəyyən edilib. Bunlardan kəmiyyət və keyfiyyət göstəriciləri ilə fərqlənən və gil xammalına daha perspektivli olan Mollagüllər sahəsi (3,0 km2) seçilərək ayrılıb. Mollagüllər sahəsində axtarış-qiymətləndirmə işləri aparılaraq gil yatağının hüdudları müəyyən edilib və xammalın ehtiyatları C2 kateqoriyası üzrə 3864000 m3 həcmində hesablanıb.

- Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilərək ayrılıb və aşkar edilmiş perspektivli sahədə axtarış-qiymətləndirmə işləri aparılaraq xammalın ehtiyatları C2 kateqoriyası ilə 1710 min m3 həcmində hesablanıb.

- Göygöl rayonunda Çənlibel əqiq-xalsedon və Dozular əhəngdaşına perspektivli sahələr ayrılmışdır. Ayrılmış perspektiv sahələrdə axtarış-qiymətləndirmə işləri aparılıb. P1 kateqoriyası ilə 1470 kq əqiqin, 5502 kq xalsedon üçün proqnoz resurslar hesablanmışdır. Dozular əhəngdaşı yatağında isə sement istehsalına yararlı əhəngdaşının C2 kateqoriyası ilə 9 600 min m3 ehtiyatı hesablanıb.

Hidrogeoloji təftiş, sınaq və qiymətləndirmə işlərinin aparıldığı sahələr Kür çökəkliyinin tərkibinə daxil olan Kürdəmir neftli-qazlı vilayətinin Muradxanlı, Carlı və Sorsor sahələrini əhatə edir və inzibati cəhətdən Kürdəmir və İmişli rayonlarının ərazisində yerləşirlər. Aparılmış tədqiqatlar zamanı sulu horizontlardan gündəlik sərfləri 245-2100 m3/gün, quyu ağzında temperaturları 38-91ºC, minerallaşma dərəcələri 14,8-41,0 q/l olan sular alınıb. 

Coğrafi İnformasiya Sisteminin (CİS texnologiyasının)  tətbiqi üzrə aparılmış tematik tədqiqat işlərinin əsas məqsədi Gədəbəy və Daşkəsən rayonlarının ərazilərində ayrılmış sahələr üzrə GİS tətbiqi sayəsində elektron informasiya bazasının yaradılması, UTM koordinat sistemli müvafiq miqyaslı geoloji və faydalı qazıntıların qanunauyğunluq xəritələrinin tərtib edilməsindən ibarət olub. Bu məqsədlə Qəribli, Çardaxlı, Aşağı Seyfəli, Novosaratovka, Gədəbəy, Qalakənd, Qabaqtəpə, Quşçu, Daşkəsən topovərəqlərinin hüdudlarında mövcud olan geoloji və faydalı qazıntıların yerləşmə qanunauyğunluqları xəritələrinin əhatə etdiyi sahələr üzrə redaktə uzlaşdırma marşrutlarının keçilməsi işlərinin nəticəsində ərazinin geoloji-tektonik quruluşu, maqmatizmi öyrənilib, sahə boyu müşahidə edilmiş metasomatitlərin tiplərinə görə bölgüsü və onların təyin olunmuş zonallıq üzrə filizəmələgəlmədə oynadığı rolu dəqiqləşdirilib, müasir relyefin yaradılması yerinə yetirilib. Faydalı qazıntıların yerləşmə qanunauyğunluqları xəritələrinin əhatə etdiyi sahələr üzrə filiz yataqların və təzahürlərin yerləri dəqiqləşdirilib. Aparılmış işlərin nəticəsində Daşkəsən-Gədəbəy  filiz rayonu üzrə 60x60 km ölçülü 3600 km2 sahəni əhatə edən, mövcud geoloji və faydalı qazıntılar xəritələrinin elektron nüsxələri yaradılıb və UTM koordinat sistemli müvafiq miqyaslı xəritələr toplusu çap edilib. 

- Sahə balansına götürülmüş qeyri-filiz yataqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə normativ kondisiya göstəricilərinin hazırlanması istiqamətində elmi tədqiqat işləri aparılıb. Sahə balansına götürülmüş qeyri-filiz yataqlarının ilkin qiymətləndirilməsi əsasında onların istismarından dövlət büdcəsinə daxil olacaq ödənişlərin ümumi miqdarını proqnozlaşdırmaq məqsədi ilə ümumiləşdirilmiş normativ göstəricilər üsulundan istifadə olunub. Nümunəvi Duvannı gil yatağı bazasında kərpic və keramzit istehsalı, Hacıvəli kvars qumu yatağının sənaye istismarı, Çapılmış əhəngdaşı yatağının bazasında divar daşı istehsalı və Səbətlər yatağındakı qum-çınqıl xammalının hasilatı üzrə texniki-iqtisadi göstəricilər tərtib edilib.

- Abşeron iqtisadi rayonu ərazisində qeyri-filiz yataqlarının istismarı zamanı yaranan tullantı növlərinin təkrar istifadə perspektivliyinin araşdırılması və ətraf mühitin bərpası məqsədilə tədbirlər planının hazırlanması mövzusu üzrə hesabat fond, ədəbiyyat və analitik materialların araşdırılması və əlavə çöl şəraitində müayinə və müşahidələrin əsasında tərtib edilib. Abşeron iqtisadi rayonu ərazisində sənayedə təkrar istifadəyə yararlı tullantı xammalı növləri müəyyənləşdirilib, sahələrin ölçüləri təqribi hesablanıb və onların hansı məqsədlər üçün təkrar istifadə edilmə imkanları qiymətləndirilib. 

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hazırkı dövrə qədər 35 qeyri-filiz yatağı, o cümlədən 2 əhəngdaşı, 1 mergel, 2 qum, 10 qum-çınqıl, 3 gilcə, 1 qum-gil, 14 gil, 1 əqiq-xalsedon  və 1 andezit-bazalt yatağı  qiymətləndirilib. Hazırda ehtiyatların hesablanması davam etdirilir. Şirvan, Samux, Şəmkir, Xaçmaz, Lerik və Lənkəran rayonları üzrə axtarış, axtarış-qiymətləndirmə işləri başa çatdırılıb, hazırda yekun geoloji hesabatlar hazırlanır. Quba rayonunda axtarış-qiymətləndirmə işləri davam etdirilir.

Hesabat dövründə “Azərbaycan Respublikası ərzisində süxurların və günəşin yaratdığı təbii radioaktivlik xəritəsi”, “Azərbaycan Respublikasının Abşeron iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Quba-Xaçmaz iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Gəncə-Qazax iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Lənkəran iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”  tərtib olunub.

Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji sahələrarası tədqiqatlar mərkəzinə 2017-ci il ərzində daxil olmuş 7 258 sınaq, o cümlədən əyar laboratoriyasında 1205 sınaq, spektral tədqiqatlar laboratoriyasında 2116 sınaq, analitik kimya laboratoriyasında 2250 sınaq, su laboratoriyasında 1007 sınaq, fiziki-mexaniki tədqiqatlar laboratoriyasında 680 sınaq tədqiq edilib.

Ekzogen geoloji proseslər və digər fövqəladə hallarla bağlı qaldırılan məsələlər yerində araşdırılaraq cavablandırılıb.