Saytın Xəritəsi

Rəhbərlik

Abbasov Sohrab



Abbasov Söhrab Aydın oğlu



Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktor əvəzi,

1966 – cı il may ayının birində Laçın rayonu Pircahan kəndində ziyalı ailəsində anadan olmuşdur.

1973 – cü ildə Pircahan kənd orta məktəbinin I sinfinə qəbul olub, 1983 – cü ildə həmin məktəbi bitirmişdir.
05.09.1983 – cü ildən 28.08.1984 – cü ilədək “ Azərdənizneftinşaat ” trestinin 3 saylı TTJ – də fəhlə kimi işləmişdir.
1984 – cü ildə Voronej Meşə Texniki İnstitutunun Meşə Təsərrüfatı fakultəsinə qəbul olub, 1991 – ci ilə İnstitutu bitirərək, meşə, bağ – park təsərrüfatı mühəndisi diplomu almışdır.
1984 – 86 – cı illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
03.05.91 – ci ildən 27.06.96 – cı ilədək Laçın Meşə Təsərrüfatında müxtəlif vəzifələrdə işləyib. 01 iyul 1996 – cı ildən 16 sentyabr 1997 – ci ilədək Azərbmeşə İstehsalat Birliyinin Əməyin təşkili mərkəzində iqtisadçı – mühəndis vəzifəsində çalışmışdır.
16 sentyabr 1997 – ci il tarixdən “ Azərbmeşə ” İB Meşəbərpa və qoruyucu meşəyetişdirmə şöbəsində aparıcı mühəndis vəzifəsində işləmişdir,
13.12.2001 – ci il tarixdən 16 iyul 2004 – cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi aparatında və müxtəlif tabe qurumlarında rəhbər vəzifələrdə işləmişdir.
27.02.2004 – 16.07.2004 – cü il tarixlərində Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsində çalışmış və öz xahişinə əsasən vəzifədən azad edilmişdir.
23.06.2017-ci ildən  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Direktor əvəzi.