• Bakı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Naxçıvan
  • Gündüz +20°C,
  • Gecə -1°C
  • Xankəndi
  • Gündüz +12°C,
  • Gecə 0°C
  • Şuşa
  • Gündüz +7°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +9°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +10°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Zəngilan
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Laçın
  • Gündüz +7°C,
  • Gecə -5°C
  • Kəlbəcər
  • Gündüz +7°C,
  • Gecə -5°C
  • Daşkəsən
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Ağdam
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +13°C,
  • Gecə +3°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə +2°C
  • Gəncə
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Qazax
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Naftalan
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • Şəki
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Ağstafa
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Qəbələ
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Şamaxı
  • Gündüz +9°C,
  • Gecə +1°C
  • Zaqatala
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Xızı
  • Gündüz +9°C,
  • Gecə 0°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Şabran
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Xaçmaz
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Kürdəmir
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Yevlax
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Ağdaş
  • Gündüz +13°C,
  • Gecə +4°C
  • Göyçay
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Bərdə
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +18°C,
  • Gecə +5°C
  • Salyan
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Beyləqan
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Saatlı
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Hacıqabul
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Masallı
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə -1°C
Saytın Xəritəsi

İllik hesabat

2016-cı il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi

tərəfindən görülmüş işlər

 

   Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir.

   Ölkə rəhbərliyinin ekologiya ilə əlaqədar məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində 2016-cı ildə bir sıra layihələr həyata keçirilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər görülüb.

   Ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan 2020: gələcəyə baxış. İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

   Meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə 2016-cı ildə  10151 ha sahədə meşəbərpa tədbirləri, o cümlədən 2646 ha sahədə meşə əkini və səpini işləri yerinə yetirilib və 3546 min ədəd ağac əkilib. Meşələrin təbii bərpasına kömək tədbirləri 7505 ha sahədə aparılıb. 88,64 ha sahədə toxum səpilib, 69,44 ha sahədə 2 750 min ədəd toxmacar və 13,52 ha sahədə 653,9 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 35222000 ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilib. Meşə fondu ərazilərində meşə əkinlərinin becərilməsi məqsədilə 33977,8 ha sahədə xidmət, 32916,5 ha sahədə suvarma işləri aparılıb. Toxum tədarükü sahəsində 158248 kq müxtəlif növdə ağac və kol toxumları tədarük edilib.

   Ümumiyyətlə son 15 ildə 144,5 min ha sahədə 101,5 milyon ağac əkilib, 88,6 min ha ərazidə meşə əkinləri meşə ilə örtülü ərazilərə keçirilib. Eyni zamanda, bu müddət ərzində 262 ha sahədə 522 min tut ağacı əkilib, 180 ha sahədə fındıq bağları salınıb.

  2016-cı ildə qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində müvafiq işlər görülüb. Abşeron yarımadası və ona bitişik digər arid zonalarında, həmçinin magistral avtomobil yollarının kənarlarında 446729 ədəd müxtəlif növ ağac və kollar əkilib, bütün ərazilər damcılı suvarma sistemi ilə təchiz edilib.

  Hesabat dövründə Zığ-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolunun ətrafında 85835 ədəd, Bayıl yamacında  51500 ədəd müxtəlif növdə ağac və kollar əkilib. Bakı-Qazax magistral avtomobil yolunun ətrafında 39043 ədəd, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 67399 ədəd, Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 68503 ədəd, Bakı-Quba magistral avtomobil yolunun ətrafında 134449 ədəd ağac və kol cinsləri əkilib. Bundan əlavə yaşıllıqlara 2828  ton üzvi gübrə, 24,32 ton mineral gübrə verilib, 1606368 ədəd əkin materialı yetişdirilib, 2540 kq toxum tədarük edilib və bundan 1074 kq badam, eldar şamı, sərv, tuya, arizona sərvi, tut, birgöz, sezalpiniya, oleandr toxumları səpilib.

   Ümumiyyətlə son 5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilib, 4046 ha ərazidə 4983532 ədəd ağac əkilib, 11 min kilometrə yaxın müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Bu layihələr çərçivəsində müxtəlif  bölgələrdə 2000 ha sahədə 1273 mindən artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilib. Azərbaycanda son zamanlar əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfədən çox artıb.

  Ümumiyyətlə, meşə və qeyri-meşə fondu torpaqlarında 2016-cı il ərzində ümumilikdə 4 milyona yaxın ağac əkilib.

Yaşıllaşdırma tədbirlərinin effektivliyini, o cümlədən suvarma imkanlarının artırılması məqsədilə əlavə tikinti-quraşdırma işləri aparmadan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun gücü 2 dəfə artırılaraq sutkada 2000 m3-ə çatdırılıb. 2016-cı il ərzində duzsuzlaşdırılmış 436827 m3 dəniz suyu ətraf ərazilərdəki yaşıllıqların suvarılmasında istifadə edilib.

  Bundan başqa, Baş Şirvan Kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü 2 dəfə artırılaraq sutkada 5000 m3-ə çatdırılıb.

  Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin də marağına səbəb olub. Nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən BMT-nin sifarişi ilə hazırlanmış və 2016-cı ildə açıqlanmış Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühitlə bağlı problemlərin həllində müsbət dəyişikliklərin tempi və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan 180 ölkə arasında 31-ci sırada qərarlaşıb, Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl ölkələrindən daha yüksək mövqe tutub. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə 2-ci, MDB ölkələri arasında isə birinci olub.

  2016-cı il ərzində bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilib. Hazırda ölkədə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

  Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması üçün sentyabr ayının 7-də Azərbaycan və Almaniya arasında “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” layihəsi üzrə xüsusi razılaşma sazişi imzalanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Ağgöl və Altıağac milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib. Aidiyyəti institutların təklifləri əsasında Nazirliyin müvafiq Əmri ilə Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix – Memarlıq Qoruğunun ərazisində mövcud olan iri gövdəli və yaşlı 15 ədəd Şərq Çinarı ağacına bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilərək, “Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin-çox qədim ağacların Siyahısı”na daxil edilib və pasportlaşdırılıb.

  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya Planı” təsdiqlənib və müvafiq tədbirlərin icrasına başlanılıb.

  Su bioresurslarının artırılması, bərpası, istifadəsinin tənzimlənməsi və mühafizəsi sahəsində müvafiq işlər görülüb, 2016-cı il ərzində 406,6 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 7,57 mln. ədəd nərə cinsli, 199,8 min ədəd qızılbalıq və 398,81 mln. ədəd çəkikimi balıq körpələri artırılıb Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb.

  Hidrometeoroloji müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilib, Fransa və Finlandiya şirkətləri ilə bağlanmış müqavilələr çərçivəsində müasir tələblərə cavab verən məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən iqlim məlumatlarının idarə olunması sisteminin məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sistemi və 30 ədəd avtomat meteoroloji stansiya alınaraq qurulub və hazırda ölkə ərazisində fəaliyyət göstərən 69 avtomat meteostansiyaların hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunub. Bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100%-ə çatdırılıb.

  Atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilib, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumat bazasının yaradılması həyata keçirilib, operativ və rejim məlumatları hazırlanaraq onların yayımlanması təmin edilib.

  Milli monitorinq şəbəkəsinin təkmilləşdirilməsi üçün Bakı şəhərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqinin keçirilməsi məqsədilə üçüncü nəsil avtomatik stansiyalar kompleksi qurulub və radiasiya, səs-küy, vibrasiya, toz və qazların ölçülməsi məqsədi ilə 6 ədəd avtomatik portativ cihaz alınaraq sözügedən şəbəkənin istifadəsinə verilib.

  Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Azərbaycan Respublikası üzrə Fəaliyyət Proqramı çərçivəsində ətraf mühit sahəsində strateji siyasətlərin planlaşdırılmasını və uyğunluğa nəzarəti dəstəkləyən yüksək keyfiyyətli məlumatları təmin etməklə ekoloji monitorinq sisteminin gücləndirilməsi məqsədilə cari ilin noyabr ayından “Avropa İttifaqının  ən yaxşı təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin təkmilləşdirilməsi” tvininq layihəsinin icrasına başlanılıb.

  Ətraf mühitin monitorinqi istiqamətində atmosfer havası, yağıntılar, səth suları, torpaq və radiasiya fonu üzrə ümumilikdə 94045 nümunə üzərində 116831 analiz edilib. Xəzər dənizinin Azərbaycan sektorunda 3800 nümunə üzərində 52000 analitik, ekotoksikoloji və mikrobioloji təhlil aparılıb.

  Transsərhəd ərazilərdə (Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonları və Pirallahı adası) radiasiya fonu üzrə avtomatlaşdırılmış monitorinq nəzarəti sisteminin fəaliyyəti üzrə monitorinq məlumatları hər yarım saatdan bir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə və eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.

  Monitorinq nəticəsində qeydə alınmış ekoloji vəziyyətlə bağlı gündəlik, 3 günlük, həftəlik, 10 günlük, aylıq bülletenlər hazırlanaraq aidiyyəti dövlət orqanlarına çatdırılıb.

  Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə etmiş və effektiv nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə fəaliyyət davam etdirilib. 2016-cı ildə 60 mindən çox əhalisi olan 54 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması işləri başa çatdırılıb və 874 ədəd su paylayıcı məntəqə (bulaq) tikilərək əhalinin istifadəsinə verilib. Bununla da regionlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 650 mini keçmiş olur.

  Təcrübə göstərdi ki, yaşayış məntəqələrinin qısa müddətə təmiz su ilə təmin edilməsi kimi müasir yanaşma uğurlu oldu və ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Proqramla əhatə olunmamış digər yaşayış məntəqələrində də sutəmizləyici qurğuların quraşdırılması barədə İcra Hakimiyyəti və yerli idarəetmə orqanları, əsasən də əhalidən çoxsaylı müraciətlər daxil olur.

  2016-cı il ərzində geoloji-kəşfiyyat işləri 60 obyekt və 6 elmi-tədqiqat mövzusu üzrə yerinə yetirilib. Bunlardan 38 obyekt və 4 mövzu əvvəlki illərdən 2016-cı ilə keçid alan, 22 obyekt və 2 mövzu isə icrasına cari ildən başlanılan obyektlərdir. İcra müddəti başa çatmış 22 obyekt üzrə geoloji hesabatlar tərtib olunaraq Nazirliyin Elmi Texniki Şurasının Geologiya bölməsində müzakirə olunub, onlardan 21-i Ətraf  Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fonduna təhvil verilib.

  Radioaktiv metallarla əlaqəli aparılmış axtarış işləri nəticəsində Azərbaycan Respublikası ərazisinin təbii radioaktivlik xəritəsi tərtib olunub. Ölkə ərazisinin geodinamik şəraitinin öyrənilməsi istiqamətində Gəncə-Tovuz, Şirvan-Muğan, Abşeron yarımadası, Şamaxı-İsmayıllı, Mingəçevir-Şəmkir seysmoaktiv zonaları və Bakı şəhərinin cənub-şərq kəsimi üzrə seysmik mikrorayonlaşdırma xəritələri tərtib edilib.

  Geodeziya və Kartoqrafiya sahəsində 2016-cı il ərzində topoqrafiya-geodeziya işləri üzrə beynəlxalq rəqəmsal xəritə standartlarında Azərbaycan Respublikasının Dövlət Yüksəklik Şəbəkəsi, Dövlət Geodeziya Şəbəkəsi işləri, Azərbaycan Respublikası ərazisini tam, həmsərhəd ölkələrin ərazilərini qismən əhatə edən 1:25 000, 1:50 000, 1:100 000 miqyaslarda rəqəmsal topoqrafik xəritələrin hazırlanması, trianqulyasiya, poliqonometriya məntəqəsində nivelir nişanlarının müayinəsi və bərpası, müşahidə, həmçinin topoqrafik planalma, köhnə xəritələrin yenilənməsi, yeni xəritələrin tərtibatı və çapa hazırlanması işləri yerinə yetirilib.

   Kartoqrafiya işləri üzrə  908  adda  46740 nüsxə  topoqrafiq plan və xəritələr, 43 adda 2010 nüsxədə tematik xəritələr tərtib edilərək nəşr olunub. Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası məqsədilə çöl deşifrlənməsi işləri, Azərbaycan Respublikası ərazisinin 1:50 000 miqyaslı topoqrafik rəqəmsal xəritələrinin yenilənməsi və nəşrə hazırlanması işləri, Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları əhatə edən rəqəmsal xəritələrin GİS proqramında tərtibi və PDF formatında çapa hazırlanması işləri başa çatdırılıb. Zaqatala, Masallı, Daşkəsən, İsmayıllı, Ağsu, Qusar rayonlarının 1:2 000, 1:5 000 miqyaslı planların yenilənməsi və tərtibatı işləri başa çatdırılaraq nəşr üçün təqdim olunub.

  Ətraf mühitin mühafizəsi sahəsində 2016-cı il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2215 akt və 794 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 641 müddətli “məcburi göstəriş” verilib.

  Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 773 iş üzrə təqsirkarlar 883730 manat məbləğində inzibati qaydada cərimə olunub, ətraf mühitə dəyən ziyana görə 413 iş üzrə 585120,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 4989 iş üzrə 1157778,69 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 425 işdən 232-nə, icra qruplarına göndərilən 434 işdən 215-nə, məhkəmələrə göndərilən 191 işdən 56-na baxılıb. Qalan işlər isə hazırda icraatdadır.

  Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması, ekoloji tarazlığın qorunması və davamlı inkişafin təmin edilməsi məqsədilə dövlət ekoloji ekspertizası istiqamətində fəaliyyət davam etdirilib. 2016-cı il ərzində bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 6423 müraciət daxil olub. Hesabat müddətində 4862 müraciət müvafiq qaydada baxılaraq cavablandırılıb. 

  Ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib və hesabat dövründə Yaşıllıqların mühafizəsi, Balıqçılıq haqqında Azərbaycan Respublikası qanununlarının icrası ilə bağlı bir sıra qanunvericilik sənədləri hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub, eyni zamanda qurumlararası razılaşdırma proseduru həyata keçirilib. Ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi məqsədilə “Yaşıllıqların götürülməsi Qaydası”, “Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası”, “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”, “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”, “Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarının və Qaydası”, “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”, “Təhlükəli tullantıların saxlanılması Qaydası” təsdiq edilib.  

  2016-cı ildə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət davam etdirilib. Ətraf mühit problemlərinin ümumbəşəri çağırış olduğunu nəzərə alaraq, ölkəmiz üçün ətraf mühitin mühafizəsi sahəsində digər ölkələr və təşkilatlarla razılaşma və sazişlərin imzalanması, beynəlxalq konvensiyalara qoşulması mühüm əhəmiyyət kəsb edir. 2016-cı ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli və məqsədyönlü fəaliyyəti həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də uğurla davam etdirilib.

  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  2015-ci ilin 30 noyabr - 12 dekabr tarixlərində Paris şəhərində keçirilmiş 21-ci Tərəflər Konfransında Paris Sazişi qəbul edilib. Paris Sazişinin əsas məqsədi qlobal istiləşmənin orta temperaturunu 2°C və ya 1,5°C səviyyəsində saxlamaqdır. Ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən 2016-cı il 22 aprel tarixində Nyu-York şəhərində imzalanmış bu Sazişi 2016-cı il 28 oktyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib.

  2016-cı ilin 8-10 iyun tarixlərində Gürcüstan Hökumətinin təşkilatçılığı və BMT-nin Avropa İqtisadi Komissiyasının dəstəyi ilə Batumidə keçirilmiş 8-ci Avropa üçün ətraf mühit nazirlər konfransında iştirak edilib.

  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həmsədrliyi ilə 2016-cı il 25-26 oktyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib və Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb.

  2016-cı il 16-18 noyabr tarixlərində “Baku Expo” mərkəzində “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə ənənəvi “Caspian Ecology” 7-ci Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilib. Sərgidə dünyanın 14 ölkəsindən (Azərbaycan, Türkiyə, Almaniya, Böyük Britaniya, Belçika, Çexiya, Danimarka, İsrail, Finlandiya, Litva, Rusiya, Ukrayna və digər) 62 şirkət iştirak edib.

  2016-cı ildə dünyanın bir sıra ölkələri, o cümlədən Estoniya, Qətər, Fransa, İsveç, Makedoniya, Moldova, Misir, Ərəb Respublikası, Litva, Slovakiya, Türkmənistan ilə ətraf mühitin mühafizəsi sahəsində uğurlu əməkdaşlıq aparılaraq, müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə müvafiq ikitərəfli sənədlər hazırlanıb və razılaşdırılma prosedurları həyata keçirilib.

 Elmi Metodologiya və İxtisaslaşdırma sahəsində Mineral Xammal Elmi Tədqiqat, Elmi-Tədqiqat Meşəçilik, Hidrometeorologiya Elmi-Tədqiqat, Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı və İxtisaslaşdırma və İxtisasartırma institutları tərəfindən elmi tədqiqat işləri və ətraf mühitin mühafizəsini həyata keçirən kadrların ixtisasının artırılması işləri davam etdirilib. Hesabat dövründə sözügedən institutlar tərəfindən icra olunan 19 elmi-tədqiqat işindən 8-i yerinə yetirilib, 3 nəfər doktoranturaya, 2 nəfər dissertanturaya qəbul olunmaq üçün müraciət edib. Kadrların ixtisasının artırılması sahəsində 520-dən artıq mütəxəssisi əhatə edən kurs, seminar və treninqlər keçirilib.

 Nazirliyin ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir. 2016-cı il ərzində əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda 1280-dən artıq kütləvi tədbir həyata keçirilibr.                 

 2016-cı il ərzində Milli parklarda ekoturizmin inkişaf etdirilməsi, zəruri infrastrurkturların yaradılması, yerli əhalinin bu işlərə cəlb edilməsi ilə məşğulluğunun təmin olunması, həmçinin ətraf mühitin mühafizəsinə dair norma, qayda və standartlarının aşılanması ilə bağlı sahibkarlarla mütəmadi görüşlərin keçirilməsi, bu sahədə problemlərin öyrənilərək tez bir zamanda həlli istiqamətində işlərin görülməsi məqsədilə  ekoloji maariflənməyə xidmət edən müxtəlif mövzularda bir sıra kütləvi tədbir həyata keçirilib, ətraf mühitin vəziyyəti və bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə respublikanın müxtəlif müəssisələrində, idarə və təşkilatlarda seminarlar keçirilib, mühazirələr oxunub.

 Qeyd olunanlarla yanaşı 2016-cı ilin 16-18 noyabr tarixində keçirilən “Caspian Ecology” 7-ci Beynəlxalq Ətraf Mühit Sərgisində ətraf mühit haqqında məlumatları özündə əks etdirən 4000-dən artıq buklet və broşur sərgi ziyarətçilərinə paylanılıb.

  Ölkə ərazisində fəaliyyət göstərən məktəblərdə “Ekoloji guşələr”in yaradılması məqsədilə onlara müvafiq plakatlar, kitablar, broşurlar, bukletlər, təqdim edilib.

  Ümumilikdə 2016-cı il ərzində ətraf mühit məsələlərini əks etdirən  695 press-reliz Nazirliyin internet səhifəsində yerləşdirilib, kütləvi informasiya vasitələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini, həmçinin ətraf mühitin vəziyyətini əks etdirən 6285-dən artıq material dərc olunub, həmçinin televiziya və radiolarda müxtəlif ekoloji mövzularda çıxışlar təşkil edilib. Qeyd olunanlarla yanaşı mətbuat xidmətinə telefon vasitəsilə daxil olan 2475 sorğu, vətəndaşlar tərəfindən Nazirliyin 168 nömrəli “Qaynar xətt”inə daxil olmuş 4770 müraciət müvafiq qaydada cavablandırılıb.