• Bakı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Naxçıvan
  • Gündüz +1°C,
  • Gecə -11°C
  • Xankəndi
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Şuşa
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Xocalı
  • Gündüz +2°C,
  • Gecə +9°C
  • Xocavənd
  • Gündüz +2°C,
  • Gecə +8°C
  • Qubadlı
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Kəlbəcər
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Daşkəsən
  • Gündüz -2°C,
  • Gecə +6°C
  • Gədəbəy
  • Gündüz -1°C,
  • Gecə +5°C
  • Ağdam
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Gəncə
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Qazax
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Naftalan
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Şəki
  • Gündüz +14°C,
  • Gecə +3°C
  • Ağstafa
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Qəbələ
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Şamaxı
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Zaqatala
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Xızı
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Siyəzən
  • Gündüz +13°C,
  • Gecə +1°C
  • Şabran
  • Gündüz +12°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Qusar
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Xaçmaz
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Kürdəmir
  • Gündüz +17°C,
  • Gecə +3°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Ağcabədi
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +17°C,
  • Gecə +6°C
  • Göyçay
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Bərdə
  • Gündüz +19°C,
  • Gecə +8°C
  • İmişli
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Salyan
  • Gündüz +16°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Hacıqabul
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Masallı
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +16°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +11°C,
  • Gecə +4°C
Saytın Xəritəsi

İşğal olunmuş ərazilərin ekoloji vəziyyəti

1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur.  
İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılmışdır ki, bunun da 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır.

Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin  digər növləri bu gün də  talan edilir.

 
QARABAĞI UNUTMA!
Ərazilər İşğal tarixi
Xocalı  26.02.1992
Şuşa 08.05.1992
Laçın 18.05.1992
Xocavənd 02.10.1992
Kəlbəcər 02.04.1993
Ağdərə 17.06.1993
Ağdam 23.07.1993
Cəbrayıl
23.08.1993
Füzuli 23.08.1993
Qubadlı 31.08.1993
Zəngilan 29.10.1993

İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və  5 ədəd geoloji obyekt qalmışdır. Hal hazırda işğal olunmuş  ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv etmişlər.               

Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.

Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası” mühafizə olunurdu. Ayrı-ayrı mənbələrdən alınan məlumatlara görə, həmin abidələr amansızlıqla məhv edilir və digər məqsədlər üçün istifadə olunur.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır.

Hazırda işğal altında olan Sərsəng su anbarı Tər-tər çayı üzərində 1976-cı ildə inşa edilmiş, ümumi su tutumu 560 milyon m3, bəndinin hündürlüyü 125 metrdir. İşğaldan qabaq 79000 hektar əkin sahəsi Sərsəng su anbarı vasitəsi ilə suvarılırdı.

Lakin, uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə yayda illik su normasının 10-15% - i buraxılır ki, bu da əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Bu gün 7 rayon Sərsəng su anbarının suyundan istifadə edə bilmir.

Ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalmışdır. Məlum olduğu kimi işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6  civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5  tikinti qumu, 9 gips, anhidrid və gəc, 1perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.

Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xəankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istusu, Mozçay, Qoturlu, Çilkəz, narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilmişdir.

Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon m3mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3/gün yeraltı şirin su, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilmişdir. 

İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır.

Araz və Kür çaylarının qolları olan uyğun olaraq Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranmışdır.
Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılmışdır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur.
Ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür. Yanğınlar zamanı ətraf mühitə 176 milyon manat  məbləğində ziyan dəymişdir.

Eyni zamanda, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və öz evindən – obasından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara əsasən 31,72 milyard manat  məbləğində ziyan dəymişdir.  

İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır.