• Bakı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Naxçıvan
  • Gündüz +1°C,
  • Gecə -11°C
  • Xankəndi
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Şuşa
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Xocalı
  • Gündüz +2°C,
  • Gecə +9°C
  • Xocavənd
  • Gündüz +2°C,
  • Gecə +8°C
  • Qubadlı
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Kəlbəcər
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Daşkəsən
  • Gündüz -2°C,
  • Gecə +6°C
  • Gədəbəy
  • Gündüz -1°C,
  • Gecə +5°C
  • Ağdam
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Gəncə
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Qazax
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Naftalan
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Şəki
  • Gündüz +14°C,
  • Gecə +3°C
  • Ağstafa
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Qəbələ
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Şamaxı
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Zaqatala
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Xızı
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Siyəzən
  • Gündüz +13°C,
  • Gecə +1°C
  • Şabran
  • Gündüz +12°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Qusar
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Xaçmaz
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Kürdəmir
  • Gündüz +17°C,
  • Gecə +3°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Ağcabədi
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +17°C,
  • Gecə +6°C
  • Göyçay
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Bərdə
  • Gündüz +19°C,
  • Gecə +8°C
  • İmişli
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Salyan
  • Gündüz +16°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Hacıqabul
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Masallı
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +16°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +11°C,
  • Gecə +4°C
Saytın Xəritəsi

Əsasnamə

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

on gün müddətində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xərclər smetasını və işçilərin say həddini təsdiq etsin;

bir ay müddətində normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 18 sentyabr 2001-ci il

                   № 583

 

 

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında

 

ƏSASNAMƏ

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə yaradılmışdır.

2. Nazirlik - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.[1]

3. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

4. Nazirlik öz fəaliyyətini bilavasitə və özünün yerli orqanları, tabeliyində olan müəssisə, təşkilat və digər qurumları vasitəsi ilə həyata keçirir.

5. Nazirlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünü idarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli şəkildə həyata keçirir.

6. Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.

7. Nazirlik müstəqil balansa, operativ idarəçilik hüquqi ilə dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara, banklarda hesablara malikdir.

8. Nazirlik Bakı şəhərində yerləşir.

II. Nazirliyin əsas vəzifələri

9. Nazirliyin əsas vəzifələri aşağıdakılardır:

9.1. Təbii sərvətlərin öyrənilməsi, onlardan istifadə edilməsi, bərpası və mühafizəsi və bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması üzrə dövlət siyasətini həyata keçirmək;

9.2. Daxili suların və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə edilməsi, onların qorunması və artırılması sahəsində dövlət siyasətini həyata keçirmək;

9.3. Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi və mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətini həyata keçirmək;

9.4. Meşələrin istifadəsi, bərpası, yaradılması, mühafizəsi və meşə təsərrüfatı fəaliyyətinin aparılması sahəsində dövlət proqramlarını müvafiq qaydada hazırlamaq və həyata keçirmək;

9.5. Ekologiya, təbiətdən istifadə, geologiya və faydalı qazıntılar üzrə müvafiq milli fəaliyyət proqramları hazırlamaq və həyata keçirmək;

9.6. Öz səlahiyyətləri daxilində su obyektlərinin istifadəsi və mühafizəsi üzrə dövlət proqramları hazırlamaq və həyata keçirmək;

9.7. Azərbaycan Respublikasında əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirmək;

9.8. Hidrometeorologiya xidmətini təşkil etmək, hidrometeoroloji müşahidələrin aparılmasını, proqnozlar hazırlanmasını və məlumatların yayılmasını təmin etmək;

9.9. Təbii ehtiyatların, faydalı qazıntıların, bitki örtüyü, flora (o cümlədən meşə), fauna (o cümlədən balıq və digər su bioresursları), su və enerji mənbələrinin istifadə olunması prosesində ekoloji təhlükəsizliyin gözlənilməsi, ekoloji baxımdan torpağın bərpası və mühafizəsi, habelə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirmək;[2]

9.9-1. Dövlətin balıqmühafizə və akvakultura sahəsində qanunla müəyyən edilmiş vəzifələrini həyata keçirmək;[3]

9.9-2. torpaqların monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, kartoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaqların münbitliyinin bərpası və artırılması işlərini aparmaq, habelə ərazi vahidlərinin sərhədlərini müəyyən etmək və xəritələrini təsdiq etmək;

9.9-3. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;

9.9-4. dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılmasını, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək;

9.9-5. dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən peyk geodeziya və qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasını təmin etmək;

9.9-6. Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası, demarkasiyası və redemarkasiyası işlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirmək;

9.9-7. dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə və elmi-tədqiqat məsələlərinin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafikli, rəqəmli, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək;

9.9-8. vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək;[4]

9.10. Öz səlahiyyətləri daxilində müvafiq beynəlxalq öhdəliklərin həyata keçirilməsini təmin etmək və bu sahədə digər orqanların fəaliyyətini əlaqələndirmək;

9.10-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;[5]

9.11. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

III. Nazirliyin funksiyaları

10. Nazirlik onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

10.1. Ekoloji təhlükəsizlik və təbii sərvətlərin mühafizəsi sahəsində ümumi tədbirləri və əsas istiqamətləri müəyyən edir;

10.2. Qanunvericiliklə müəyyən edilmiş fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verir;

10.3. Ekoloji təhlükəsizliyi təmin edir, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər görür;

10.4. Öz səlahiyyətləri daxilində mineral-xammal bazasından və yer təkindən səmərəli istifadə edilməsinə nəzarət edir;

10.5. Ölkənin daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji məhsuldarlığının artırılmasına dair kompleks tədbirlər hazırlayır və suların bioloji sərvətlərindən səmərəli istifadə olunmasına və onların bioloji müxtəlifliyinin qorunmasına nəzarət edir;

10.6. Ölkənin faunasının və suyun bioloji sərvətlərinin istifadə edilməsi sahəsində sosial-iqtisadi və elmi-texniki inkişafının əlaqələndirilməsi, kompleks təhlilin aparılması və əsas istiqamətləri üzrə müəyyən edilmiş qaydada qısa müddətli və uzun müddətli proqnozların işlənməsini təmin edir;

10.7. Ölkənin fauna və suyun bioloji sərvətləri ehtiyatlarının mühafizəsi, bərpası və artırılması sahəsində fəaliyyəti təşkil edir və buna nəzarət edir;

10.8. Ətraf mühit üzrə İnformasiya Fondunu, o cümlədən Dövlət Geoloji İnformasiya Fondunu genişləndirir, geoloji və digər materialların mühafizəsini və məqsədyönlü istifadəsini təmin edir;

10.9. Öz səlahiyyətləri daxilində dövlət sifarişçisi funksiyasını yerinə yetirir və dövlət ehtiyacları ilə bağlı işləri həyata keçirir;

10.10. Təbii sərvətlərdən istifadə, təbiəti mühafizə, ekoloji təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramlarına daxil edilən layihələri hazırlayır;

10.11. Ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması üçün investisiyalar cəlb edilməsi sahəsində öz səlahiyyətləri daxilində məqsədyönlü tədbirlər görür və investisiyaların təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirir;

10.12. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlərdən istifadə sahəsində beynəlxalq öhdəliklərinin icrasını təşkil edir və bu sahədə digər orqanların işini əlaqələndirir, habelə beynəlxalq layihə və proqramlarda iştirak edir;

10.13. Ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə nəzərdə tutulmuş ödəniş normativlərini hazırlayır və tətbiq edir;

10.14. Sistemləşdirilmiş geoloji tədqiqatları (regional, geoloji xəritəalma, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji tədqiqatları) aparır, yerin dərinlik quruluşunu, seysmohidrogeodinamik şəraiti və digər təbii hadisələri öyrənir;

10.15. Fövqəladə ekoloji və geoloji şəraiti, ekoloji və geoloji fəlakət zonalarını müəyyən edir və bu sahədə müvafiq dövlət tədbirlərini həyata keçirir;

10.16. Hidrometeoroloji və digər geofiziki proseslərdən əhaliyə və iqtisadiyyata dəyə biləcək mümkün ziyanın azaldılması və tənzimlənməsi məqsədi ilə bu prosesləri aktiv təsir işlərini təşkil edir və aparır;

10.17. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq yer təkinin bütün istifadəçilərinin yer təkindən istifadə edilməsinə dair müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə, standartlara, normalara əməl edilməsinə nəzarət edir;

10.18. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün müəssisə və təşkilatların yer təkinin geoloji cəhətdən öyrənilməsi sahəsində apardıqları elmi-tədqiqat işlərini əlaqələndirir, görülən işlərin dövlət qeydiyyatını aparır;

10.19. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində geoloji-kəşfiyyat işlərini yerinə yetirən bütün müəssisə və təşkilatların hesabatları əsasında kəşf edilmiş faydalı qazıntı ehtiyatlarını və proqnoz ehtiyatlarını qeydiyyata alır və faydalı qazıntı ehtiyatlarının vahid dövlət balansını tərtib edir və aparır;

10.20. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis texniki və kənd təsərrüfatı işlərinin aparılmasına rəy verir;

10.21. Faydalı qazıntı yataqlarının işlənilməsi ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı üçün yararlı yer təki sahələri haqqında geoloji məlumatların dövlət ekspertizasını keçirir və rəy verir;

10.22. Faydalı qazıntıların çıxarılması, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə "Dağ-mədən ayırması" statusunu verir;

10.23. Geoloji kəşfiyyat istehsalı işlərinin bütün növlərinin ekspertizasını təşkil edir və layihə smeta sənədlərini təsdiq edir;

10.24. Rayon planlaşdırılmasının sxem və layihələrinin, şəhər və digər yaşayış məntəqələrinin baş plan və məhəlli planlaşdırma layihələrinin, sənaye qovşaqlarının, kurort və istirahət zonalarının, seysmik mikrorayonlaşdırma və mühafizə zonalarının, ərazi və yaşayış məntəqələrinin təhlükəli geoloji və digər analoji proseslərdən müdafiəsi qaydalarını hazırlayır və təsdiq edir;

10.25. Sənaye əhəmiyyətini itirmiş, yaxud sonrakı istismar-kəşfiyyat işləri və ya yataqların işlənilməsi zamanı təsdiq edilmiş faydalı qazıntıların balans ehtiyatlarını hasilat müəssisələrinin uçotundan silmək barədə təkliflərə baxır və qəbul edir;

10.26. Sənayedə işlədilmək üçün istismara cəlb edilməmiş yataqları qanunvericiliklə müəyyən edilmiş qaydada geri alır və müəyyən edilmiş qaydada başqa müəssisələrin balansına verir;

10.27. Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı metodikasının, geoloji-kəşfiyyat istehsalı texnikasının və texnologiyasının təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

10.28. Azərbaycan Respublikasının mineral-xammal bazasının inkişafı üçün müəyyən edilmiş qaydada investisiyalar cəlb edir;

10.29. Xarici şirkətlər və müəssisələr ilə birlikdə müvafiq qaydada ölkə ərazisində, habelə başqa dövlətlərin ərazisində geoloji kəşfiyyat işləri aparır;

10.30. Öz səlahiyyətləri daxilində Kür, Araz çaylarının hövzələri, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə məlumatların təhlili əsasında su təsərrüfatı balanslarını, su ehtiyatlarından kompleks istifadənin və onların mühafizəsinin perspektiv sxemlərini hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;

10.31. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçülərini, sərhədlərini və istifadəsi rejimini müəyyən edir;

10.32. Su çıxarmaq üçün istismar quyularının qazılması və yeraltı sulardan istifadə qaydalarını, o cümlədən ekoloji tələblərə uyğun olaraq yeraltı və yerüstü təbii suların istifadəçilərə verilməsi, istifadəçilərdən geri qəbul edilməsi və təkrar istifadəyə verilməsi qaydalarını və şərtlərini müəyyən edir və buna nəzarət edir;

10.33. Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların istehsalını, istifadəsini, onların idxalı və ixracını, saxlanılmasını və zərərsizləşdirilməsini tənzimləyir və buna nəzarət edir;

10.34. Azərbaycan Respublikası iqtisadiyyatının təbii sərvətlərə olan ehtiyacının ödənilməsinə, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasının təmin edilməsinə, meşələrin mühityaradıcı, su mühafizəsi və digər təbii faydalı xüsusiyyətlərinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin, təbiət abidələrinin, komplekslərin və obyektlərin bioloji müxtəlifliyinin qorunub saxlanılmasına istiqamətlənmiş tədbirləri hazırlayır və həyata keçirir, təbiət abidələrinin siyahısını tərtib edir və onlardan istifadə qaydalarını müəyyən edir;

10.35. Ətraf mühitin qorunması ilə bağlı, o cümlədən radioaktivlik, hidrometeoroloji proses və hadisələrə fəal təsiri həyata keçirir;

10.36. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində ekoloji normaları və standartları müəyyənləşdirir, təbii mühit obyektlərinin çirklənməsinə nəzarət sahəsində metodoloji rəhbərliyi həyata keçirir;

10.37. Təbii ehtiyatların hər hansı növlərinin istismarı nəticəsində dövriyyədən çıxmış torpaqların kənd, meşə, balıqçılıq (o cümlədən akvakultura) və ya digər təsərrüfatlarda istifadə edilməsi üçün yararlı vəziyyətə, yaxud bu torpaqların ayrılması şərtlərinə uyğun olaraq, regionun ekoloji tarazlığını təmin edən vəziyyətə gətirilməsi şərtlərini mövcud qanunvericiliyə uyğun müəyyən edir; [6]

10.38. Ekzogen geoloji proseslərə məruz qalmış, təbii ehtiyatların hər hansı növlərinin istehsalı və ya istifadəsi nəticəsində dövriyyədən çıxmış torpaqların, ekoloji cəhətdən çirklənmiş və ya yararsız hala salınmış çayların və su axarların, göllərin, sututarların və digər təbii ehtiyatların regionun ekoloji tarazlığını təmin edən vəziyyətə gətirilməsi, yaxud bərpa edilməsi məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq xarici və yerli şirkət və təşkilatlarla qanunvericiliyə uyğun əməkdaşlıq edir, müqavilələr bağlayır və investisiyalar cəlb edir;

10.39. Meşə təsərrüfatı və ovçuluq işlərinin aparılmasını təşkil edir, müvafiq təşkilatlarla razılaşdırmaqla ov aparılması qaydalarını və müddətlərini müəyyən edir və ona nəzarət edir, ov aparılması üçün vətəndaşlara icazə verilməsini təmin edir;

10.40. Meşə və kənd təsərrüfatı sahələrinin, qiymətli təbii landşaftların, habelə meşələrin suqoruyucu, sutəmizləyici, torpaqqoruyucu, rekreasiya və digər faydalı təbii xassələrinin (mühafizə funksiyalarının) saxlanılmasını təmin edir, meşə ehtiyatlarından səmərəli istifadə olunması, yenidən bərpası, təkrar istehsalı və meşə təsərrüfatının daha da səmərəli aparılması istiqamətində tədbirlər həyata keçirir, onları yanğınlardan, dağıntılardan, zərərvericilərdən və xəstəliklərdən qorunmasını təmin edir;

10.41. Yeger xidmətini təşkil edir və ölkədə qoruq işinə rəhbərlik edir;

10.42. Qoruqlara və digər xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə bitişik sahələrdə mövcud qanunvericiliyə uyğun mühafizə zonaları yaradır və bu zonalardan istifadə qaydalarını müəyyən edir və ona nəzarəti həyata keçirir;

10.43. Milli parkların, təbiət abidələrinin, digər xüsusi mühafizə olunan ərazilərin və təbii obyektlərin yaradılmasına dair təklifləri hazırlayıb müəyyən edilmiş qaydada təqdim edir, bu ərazilərin idarə edilməsini və bu ərazilərdə ekologiya və təbii sərvətlər haqqında qanunvericiliyin həyata keçirilməsinə nəzarəti həyata keçirir;

10.44. Meşə bitkiləri toxumçuluğunun inkişafını təmin edir;

10.45. Qanunvericiliyə uyğun olaraq meşədən istifadəyə icazə sənədlərini hazırlayır və verir, meşəbərpa sənədlərinin nümunələrini, onların qeydiyyatı, saxlanması, doldurulması və meşə istifadəçilərinə verilməsi qaydalarını müəyyən edir və buna nəzarət edir;

10.46. İstifadəsi məhdudlaşdırılmış xüsusi mühafizə olunan meşə sahələrinin siyahısını müəyyən edir;

10.47. İkinci dərəcəli meşə sərvətlərinin və kök üstündə buraxılan oduncaqların müəyyən olunmuş qaydada məcburi sertifikatlaşdırılmasını təşkil edir;

10.48. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan, habelə alınıb-satılması qadağan edilən və ya mühafizəsi beynəlxalq müqavilələrlə tənzimlənən heyvan və bitki növlərinin mühafizəsi haqqında normaları, qaydaları hazırlayır, flora və fauna növlərinin "Qırmızı Kitab"a daxil edilməsini tənzimləyir;

10.49. Nadir və nəsli kəsilməkdə olan, Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşən və müxtəlif beynəlxalq sənədlərlə mühafizə olunan heyvan və bitki növlərinin beynəlxalq ticarətini tənzimləyir və bu növlərin idxal, ixrac və təkrar ixracına ölkə və beynəlxalq qanunvericiliyə uyğun icazə verir;

10.50. Zooloji, mineraloji və bitki kolleksiyalarının dövlət qeydiyyatını aparır;

10.51. Faunanın, o cümlədən suyun bioloji sərvətlərinin həyat fəaliyyəti məhsullarının əldə edilməsi qaydalarını hazırlayır və ona riayət edilməsinə nəzarət edir;

10.52. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələr, təşkilatlar və idarələr arasında suyun bioloji sərvətləri ovunun kvota bölgüsü qaydalarını müəyyən edir, bu qaydalara riayət olunmasına nəzarət edir, kvota bölgüsünə dair qərar qəbul edir;

10.53. (Çıxarılıb) [7]

10.54. Ölkə ərazisində ov və suyun bioloji sərvətləri üzərində dövlət nəzarətini həyata keçirir, heyvanlar aləminin (o cümlədən balıq və digər su bioresurslarının) və bitkilər aləminin (o cümlədən meşələrin) mühafizəsi, onlardan istifadə edilməsi üzrə qaydalar, təlimatlar və digər normativ aktlar hazırlayıb tətbiq edir; [8]

10.55. Ölkənin daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suyun bioloji sərvətlərinin istismarının həcmini və elmi əsaslandırılmış rejimini müəyyən edir;

10.56. Ölkənin daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suyun bioloji sərvətlərinin ovunu və suyun bioloji sərvətlərinin artırılması üzrə işləri tənzimləyir və onların süni yolla artırılmasını təmin edir;

10.57. Təbiətdəki çirklənmə mənbələrinin uçotunu aparır, onların ekoloji zərərlilik dərəcəsini müəyyənləşdirir və ləğv edilməsi üzrə layihələr hazırlayır və həyata keçirir;

10.58. Ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərini müəyyən edir və ona nəzarəti həyata keçirir;

10.59. Atmosferdə, Xəzər dənizi akvatoriyasında və digər sututarlarda, habelə quruda hidrometeoroloji proseslərin öyrənilməsi və araşdırılması üzrə monitorinq keçirir, regional iqlim dəyişmələrin və digər qlobal ətraf mühit problemlərin ölkə əhalisinə və iqtisadiyyatına təsirini araşdırır;

10.60. Beynəlxalq aeronaviqasiyaya meteoroloji xidmətin göstərilməsi üçün səlahiyyətli meteoroloji orqan funksiyalarını yerinə yetirir;

10.61. Hidrometeorologiya, ətraf mühitin çirklənməsi və onun doğurduğu nəticələr, hidrometeoroloji proseslərə fəal təsir və bu proseslər üzərində nəzarətlə bağlı problemlərə dair elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasını əlaqələndirir;

10.62. Sənaye, məişət, toksiki və istehsalat tullantıların, yabanı və dərman bitkilərinin, fauna növlərinin, texniki xammalın və digər təbii törəmələrin ölkədən kənara aparılması və ölkəyə gətirilməsi üçün müəyyən edilmiş qaydada rəy verir;

10.63. Ətraf mühitinin və təbii sərvətlərin dövlət monitorinq sistemini yaradır, yeraltı su, yerin təki, heyvanlar, bitki aləmi, kəşf edilmiş faydalı qazıntı yataqlarının və ehtiyatlarının uçotunu, dövlət meşə kadastrını və dövlət meşə monitorinqini, o cümlədən aidiyyatı təşkilatlarla birgə ətraf mühitinin və təbii sərvətlərin dövlət kadastrını aparır (neft və qazdan başqa);

10.64. Təhlükəli və təbii hidrometeoroloji və digər təbii hadisələrin meydana çıxmasının və inkişafının doğurduğu nəticələr üzrə sistemli müşahidələr təşkil edir və aparır;

10.65 Atmosferdə, yerin təkində, quruda və su hövzələrində çirkləndirici maddələrin yayılması üzrə müşahidələr aparır və təhlil edir;

10.66. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində baş verən ekoloji prosesləri kompleks şəkildə öyrənir və müvafiq məsələlər üzrə müəssisə və təşkilatların beynəlxalq əməkdaşlıqda iştirakını əlaqələndirir;

10.67. Müəyyən edilmiş qaydada hidrometeoroloji məlumatların xarici ölkələr və beynəlxalq təşkilatlarla mübadiləsini və uzlaşmasını həyata keçirir, bu sahədə hidrometeorologiya, ətraf mühitin qlobal monitorinqi, habelə hidrometeoroloji proseslərə fəal təsir üzrə qabaqcıl təcrübədən istifadə olunmasını təmin edir;

10.68. Hidrometeoroloji proseslərə, iqlimə, təbii mühitə antropogen fəaliyyətin təsirini təhlil edir və onun mənfi nəticələrinin aradan qaldırılması üzrə tövsiyələr işləyib hazırlayır;

10.69. Təbii hadisələr və qəzaların operativ şəkildə ləğv edilməsi məqsədilə təhlükəli, təbii hidrometeoroloji hadisələrin fövqəladə hallara gətirib çıxaran, yaxud əhali və iqtisadiyyat üçün təhlükə törədən və dağıntılarla nəticələnən ətraf mühitin ekstremal çirklənməsinin qarşısının alınması üzrə mövcud üsul və metodları vaxtaşırı olaraq təkmilləşdirir;

10.70. Ekologiya, hidrometeorologiya, yer təkinin geoloji öyrənilməsi və təbii ehtiyatlardan istifadə haqqında vahid informasiya sistemini formalaşdırır, dövlət məlumatlar fondunu yaradır və idarə edir;

10.71. Əhalini, müəssisə və təşkilatları mövcud və gözlənilən meteoroloji, aqrometeoroloji və hidrometeoroloji, iqlimin dəyişməsi, ətraf mühitin çirklənmə səviyyəsi (atmosfer havasının, torpağın, səth sularının və Xəzər dənizinin radioaktiv və kimyəvi çirklənməsi), təhlükəli və təbii hidrometeoroloji hadisələrin meydana çıxması, ölkə ərazisində fövqəladə halların meydana çıxmasına yol açan ətraf mühitin ekstremal şəkildə çirklənməsi ilə əlaqədar olan məlumatlarla təmin edir;

10.72. Hidrometeorologiya və ətraf mühitin çirklənməsi sahəsində məlumatların toplanması, istifadəsi, ötürülməsi, regional və beynəlxalq məlumatlar mübadiləsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada rabitə və telekommunikasiya sistemini yaradır və istismar edir;

10.73. Hidrometeoroloji məlumatların, ətraf mühitin çirklənməsinin (o cümlədən radioaktiv) vahid sistemdə aparılmasını, müvafiq milli və beynəlxalq standartlara uyğunluğunu təmin edir;

10.74. Qanunvericiliklə müəyyən edilmiş qaydada ekoloji, geoloji təhlükəsizlik tələblərinə əməl edilməsi nöqteyi-nəzərindən keçirilməsi planlaşdırılan tədbirlərin, inşası nəzərdə tutulan obyektlərin ekspertizasını aparır və rey verir;

10.75. Təsərrüfat sahələrinin inkişafının və yerləşdirilməsinin baş sxemlərinin, təbiəti mühafizə ərazi kompleks sxemlərinin, su, torpaq ehtiyatlarından və başqa təbii ehtiyatlardan kompleks istifadə və onların mühafizəsi sxemlərinin, rayon planlaşdırılması, sənaye qovşaqları sxemlərinin, şəhərlərin və başqa yaşayış məntəqələrinin baş planlarının, müəssisələrin və başqa obyektlərin tikintisinə (yenidən qurulmasına) dair layihələrin, habelə ətraf mühitin və təbii ehtiyatların vəziyyətinə təsir göstərən texnikanın, texnologiyaların, materialların və maddələrin, işləyən istehsal obyektlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) dövlət ekoloji ekspertizasını, həmçinin istehsal güclərinin və iri təsərrüfat obyektlərinin yerləşdirilməsi sxeminin hidrometeoroloji əsaslandırılması üzrə müvafiq qaydada ekspertizasını keçirir və rəy verir;

10.76. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ətraf mühitə zərər vura bilən müəssisələrə onların ətraf mühitə təsir göstəricilərinə dair ekoloji sənədlər - Atılabilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport verir;

10.77. Yerüstü və yeraltı tikinti və quraşdırma işləri aparılacaq bütün sahələrdə yer təkində faydalı qazıntı ehtiyatlarının olub-olmaması haqqında və həmin sahələrin mühəndis-geoloji şəraiti haqqında rəy verir, sifarişlər əsasında mühəndis-geoloji tədqiqat işləri aparır;

10.78. Ölkə ərazisində təhlükə potensiallı obyektlərin qeydiyyatını aparır və müvafiq orqanları bu barədə məlumatlandırır;

10.79. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən idxal, ixrac, təkrar ixrac və istifadə edilən meteoroloji, hidroloji, okeanoqrafik, aqrometeoroloji cihaz və qurğuları yoxlayır, attestasiyadan keçirir və sertifikatlaşdırır;

10.80. Təbiəti mühafizə məqsədləri üçün istifadə edilən avadanlığın, cihazların, avtomatika vasitələrinin və avtomatlaşdırılmış sistemlərin, standart nümunələrin, maddələrin, kimyəvi reaktivlərin istehsalına olan tələbatı müəyyənləşdirir və onların istehsalı üçün dövlət sifarişlərini formalaşdırır;

10.81. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda təbii ehtiyatlardan istifadə edilməsi, təbii mühitə zərərli maddələr, sənaye, məişət və başqa tullantıların atılması, onların anbara vurulması və basdırılması həcmləri, norma və limitləri, onların ilkin uçotunun aparılması qaydalarını hazırlayır və tətbiq edir və bunlara riayət olunmasına nəzarət edir;

10.82. Təbiəti mühafizə, təbii ehtiyatlarından səmərəli istifadə, geologiya və hidrometeorologiya sahəsində işçilərinin əlavə təhsilini təşkil edir; [9]

10.83. Ətraf mühitin, təbii sərvətlərin, o cümlədən atmosfer havasının, yer təkinin, faydalı qazıntıların, yeraltı və yerüstü suların, ekoloji baxımdan torpağın, bitkilər aləminin (o cümlədən meşələrin) və heyvanlar aləminin (o cümlədən balıq və digər su bioresurslarının) qorunmasına, onlardan səmərəli istifadə edilməsinə, artırılmasına və mühafizəsinə, ətraf mühitin əlverişli sanitar və ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına nəzarət edir; [10]

10.84. Öz səlahiyyətləri daxilində torpaqları şoranlaşmadan, bataqlaşmadan, eroziyadan, istehsalat tullantıları, zərərli kimyəvi, radioaktiv və digər maddələr ilə çirklənmədən qorumaq, habelə tikinti zamanı və ya faydalı qazıntılar çıxarılarkən onları başqa növ korlanmadan qorumaq sahəsində kompleks tədbirlərin aparılmasına nəzarət edir;

10.85. Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə, təbii mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində normativlərə, qaydalara və standartlara riayət edilməsinə nəzarət edir;

10.86. Bitkiqoruyucu vasitələr, onların böyüməsi üçün stimulyator, mineral gübrələr, istifadə edilməsinə icazə verilən digər kimyəvi maddələr və preparatlar istehsal edilərkən, daşınarkən, saxlanılarkən və tətbiq edilərkən ətraf mühiti mühafizə tələblərinə riayət olunmasına nəzarət edir;

10.87. Zooloji, mineraloji və bitki kolleksiyalarının yaradılması, zənginləşdirilməsi, kolleksiya obyektlərinin mübadiləsi və saxlanılması qaydalarına nəzarət edir;

10.88. Faydalı qazıntılar çıxarılarkən, partlayış işləri aparılarkən, terrikonlar, tullantılar, zibilxanalar yerləşdirilərkən və istismar edilərkən, ətraf mühiti çirklənmədən və zibillənmədən mühafizə, təbii ehtiyatlardan kompleks istifadə tələblərinə nəzarət edir;

10.89. Faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadə edilməsi sahəsində müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyası müddətlərinə və keyfiyyətlərinə, istifadə edilmək üçün onların istifadəçilərə verilməsi müddətlərinə nəzarət edir;

10.90. Partlayış, dərinləşdirmə işləri, faydalı qazıntılar hasilatı, sugötürücü qurğuların inşası, boru kəmərləri, kabellər və i.a. çəkilməsi nəticəsində biofaunanın məruz qaldığı mənfi təsirlərin aradan qaldırılması sahəsində tədbirlərin görülməsinə nəzarət edir;

10.91. Nəqliyyat vasitələrinin və başqa səyyar vasitələrin və qurğuların ətraf mühitə atdığı zərərli maddələrin azaldılması və bunun qarşısının alınması sahəsində tədbirlərin həyata keçirilməsinə öz səlahiyyətləri daxilində nəzarət edir;

10.92. Ekoloji sistemləri, bioloji tarazlığı, habelə atmosfer havasını və su obyektlərini çirkləndirən mənbələrin, yerüstü və yeraltı suların, torpağın, bitkilər aləminin (o cümlədən meşələrin), suyun bioloji obyektlərinin və vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinə nəzarəti təmin edir;

10.93. Yerüstü təbii sərvətlərin, o cümlədən meşə sərvətlərinin səmərəli istifadə edilməsinə, dövlət meşə fondu və meşə fonduna daxil olmayan meşələrin, digər ərazilərdə yerləşən yaşıllıqların və bütün yabanı bitki örtüyünün mühafizəsi, bərpası və istifadə edilməsinə, meşə təsərrüfatı fəaliyyətinə nəzarəti həyata keçirir;

10.94. Ekoloji baxımdan su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə, yerüstü və yeraltı suların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasına, habelə yeraltı suların planlı istifadə edilməsinə nəzarət edir;

10.95. Ətraf mühitə atılan çirkləndirici maddələrin təmizlənməsi üçün müvafiq qurğuların istismara verilməsinə, bu qurğuların vəziyyətinə, habelə çirkləndirmə mənbələrinin nəzarət və tənzimləyici cihazlarla təchiz edilməsinə dair qayda və normativlərə, çirkab suların atılması qaydası və şərtlərinə əməl edilməsinə nəzarət edir;

10.96. Su anbarlarından kompleks istifadə edilməsi qaydalarının hazırlanması zamanı ekoloji tələblərin nəzərə alınmasına dair təkliflər verir və icra olunmasına nəzarət edir;

10.97. Meliorasiya tikintisi aparılarkən, faydalı qazıntılar çıxarılarkən, habelə təbii obyektlərin dəyişdirilməsi və landşaftların formalaşdırılması ilə əlaqədar olan təsərrüfat fəaliyyəti zamanı torpaq və meşə ehtiyatlarından ekoloji baxımından səmərəli istifadənin təmin edilməsinə nəzarət edir;

10.98. Öz səlahiyyətləri daxilində torpaq istifadəçiləri tərəfindən torpaqqoruma tədbirlərinin həyata keçirilməsinə aqrotexniki, aqrokimyəvi, fitosanitar, eroziya və ekzogen geoloji proseslərə qarşı tədbirlər görülməsinə nəzarət edir;

10.99. Azərbaycan Respublikasının ərazisində yerləşən, beynəlxalq və ölkə əhəmiyyətli təbii obyektlərin və təbii abidələrin müəyyən edilmiş qaydalara əsasən istifadəsinə nəzarət edir;

10.100. Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin artırılması sahəsində biotexniki və digər tədbirlər görülməsinə və bu ərazilərin rejiminə əməl edilməsinə nəzarət edir;

10.101. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlar tərəfindən Azərbaycan Respublikasının ərazisində meteoroloji və digər geofiziki proseslərə aktiv təsir işinin aparılmasına nəzarət edir;

10.102. Müvafiq aidiyyatı icra hakimiyyəti orqanı ilə birlikdə səlahiyyətləri daxilində ekoloji standartlara cavab verməyən müxtəlif növ mal və məhsulların idxalına nəzarət edir;

10.102-1. torpaqların münbitliyinin bərpası və artırılması, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiya sahələrində dövlət proqramlarını hazırlayır və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirir;

10.102-2. torpaqların eroziyadan, şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması layihələrini razılaşdırır və aidiyyəti təşkilatlar tərəfindən həmin layihələrin yerinə yetirilməsinə nəzarət edir;

10.102-3. torpaqların monitorinqinin aparılması üzrə işləri və tədbirləri aidiyyəti orqanlarla birlikdə təşkil edir və həyata keçirir;

10.102-4. geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya sahələrində beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edir, onların təcrübəsini öyrənir və tətbiq edir, müvafiq müqavilələrə uyğun olaraq xarici ölkələrin ərazisində geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya işlərinin yerinə yetirilməsini təşkil edir;

10.102-5. torpaqların münbitliyinin monitorinqi haqqında məlumat bankı yaradır, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarəti həyata keçirir;

10.102-6. yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

10.102-7. torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflər verir;

10.102-8. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı məsələlərə dair təlimatlar və metodiki göstərişlər qəbul edir, onların yerinə yetirilməsini təmin edir və icrasına nəzarət edir, müvafiq nazirlik, dövlət təşkilatları və bələdiyyələr ilə həmin məsələlərə dair normativ hüquqi aktların layihələrini razılaşdıraraq qəbul edir;

10.102-9. təsərrüfat fəaliyyətinin torpağa olan zərərli nəticələrini təhlil edir, torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsini əvvəlcədən müəyyənləşdirir və onların qarşısının alınması tədbirlərinin hazırlanmasında, habelə ekoloji şəraitin, eləcə də sanitar və fitosanitar normaların pozulmasının qarşısının alınmasında müvafiq dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;

10.102-10. torpaqların rekultivizasiyası ilə bağlı layihə-axtarış, elmi-tədqiqat və təcrübi-eksperimental işlərin aparılmasında iştirak edir;

10.102-11. münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verir, torpaqların münbitliyinin bərpası və artırılması üzrə investisiya proqramlarının ekspertizasını həyata keçirir, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verir;

10.102-12. torpaq ehtiyatlarından istifadə olunması üzrə layihələrin dövlət ekoloji ekspertizasını aparır, habelə şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması sənədlərini müvafiq qaydada razılaşdırır;

10.102-13. müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasında iştirak edir;

10.102-14. çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir;

10.102-15. Azərbaycan Respublikasının ərazisində baş verən dəyişikliklərə uyğun olaraq, topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin edir;

10.102-16. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması üçün məlumatları aidiyyəti dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan alır;

10.102-17. vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və digər yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını, habelə ərazi vahidlərinin ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilməsini həyata keçirir;

10.102-18. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla, aerofotoplanaalma işlərini həyata keçirir və digər təşkilatları müəyyən olunmuş qaydada həmin məlumatlarla təmin edir;

10.102-19. Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işləri, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə isə delimitasiya, demarkasiya və redemarkasiya işlərini həyata keçirir;

10.102-20. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) istinadının yaradılması, topogeodeziya və kartoqrafiya plan və xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı işlərini həyata keçirir;

10.102-21. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthinin torpaq və bitki örtüyünü tədqiq edir;

10.102-22. geodeziya və kartoqrafiya üzrə xüsusi təyinatlı cihaz və avadanlıqların idxalına və ixracına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyini, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini müvafiq metodik sənədlərlə, mütəmadi olaraq həmin cihaz və avadanlıqların siyahıları ilə təmin edir;

10.102-23. ölkə ərazisində aparılan torpaqların monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumatlar verir;

10.102-24. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiya məlumatlarının saxlanılmasını və istifadəsini təmin edən tədbirlər hazırlayır və həyata keçirir;

10.102-25. torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayır, geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbii hadisələrin proqnozlaşdırılması məqsədi ilə tədbirlər görür, bu barədə digər icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir;

10.102-26. torpaqların monitorinqi, münbitliyinin bərpası və artırılması, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi işlərinin maliyyələşdirilməsinə dair təkliflər hazırlayır, büdcədən ayrılan vəsait əsasında dövlət sifarişlərini həyata keçirir və onun məqsədyönlü istifadəsinə nəzarət edir;

10.102-27. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin xəritəsini, o cümlədən topoqrafik və dəniz xəritələrini hazırlayır;

10.102-28. xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının, cihazlarının uçotunu aparır;

10.102-29. coğrafi obyektlərin mövcud və yeni verilən adlarını qeydiyyata alır və onların uçotunu, habelə coğrafi obyektlərin adlarının dövlət kataloqunu aparır;

10.102-30. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı avadanlıq və cihazların ticarət dövriyyəsinə daxil edilməsi, idxalı, ixracı, uçotu və tətbiqi üçün tədbirlər görür və müvafiq qaydada təsdiq edilmiş siyahılarla və istifadəsi üzrə metodik sənədlərlə təmin edir;

10.102-31. kartoqrafiya fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) verir;

10.102-32. torpaqların monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya sahələrində texniki normativ hüquqi aktların hazırlanmasının və tətbiqinin vahid rejim əsasında həyata keçirilməsini təmin edir;

10.102-33. Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadə edir;

10.102-34. ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə rəy verir;

10.102-35. dövlət meşə fondu torpaqlarının sərhədlərinin pozulması hallarının qarşısının alınması məqsədi ilə bu torpaqlarla həmsərhəd dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı həmin torpaqların dövlət meşə fondu torpaqları ilə sərhəd xətlərinin dəqiqləşdirilməsində iştirak edir;

10.102-36. torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair müəyyən olunmuş qaydada rəy verir;

10.102-37. kargüzarlıq işini təşkil edir, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiyaya aid məsələlərin həllinə dair şikayət və təkliflərə baxır, həmin sahədə məsələləri həll edir, bu barədə müvafiq qərarlar qəbul edir və təkliflər hazırlayır;

10.102-38. kartoqrafiya məhsullarında və texniki normativ hüquqi aktlarda Azərbaycan Respublikasının dövlət sərhədlərinin, ərazilərinin və obyektlərinin düzgün çəkilməsinə nəzarət edir;

10.102-39. Azərbaycan Respublikasının ərazisindəki dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirmək üçün müntəzəm olaraq operativ-məlumat xəritəsinin müasirliyini təmin edir;

10.102-40. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;

10.102-41. geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində kadr hazırlığını, mütəxəssislərin hazırlanmasını və əlavə təhsilini təmin edir;

10.102-42. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya materiallarının, məlumatlarının dövlət qəbulunu, uçotunu və qeydiyyatını aparır;

10.102-43. geodeziya təyinatlı ölçmə vasitələrinin sınağını, geodeziya ölçmələrində vahidliyin təmin edilməsini, geodeziya, topoqrafiya və kartoqrafiya məhsullarının sertifikatlaşdırılmasını həyata keçirir;

10.102-44. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirir;

10.102-45. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyəti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilən qanun pozuntularının müəyyən olunmuş müddətdə təqsirkarlar tərəfindən aradan qaldırılması üçün müvafiq tədbirlər görür;

10.102-46. torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat və axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində müvafiq tədbirlər görür;

10.102-47. dövlət qeydiyyatına (patent) alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərini müvəqqəti dayandırır, qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırır;

10.102-48. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərinin və onların nəticələri olan materialların və məlumatların hazırlanmasının və istifadəsinin vahid rejim və normativ-texniki sənədlər əsasında həyata keçirilməsinə nəzarət edir;[11]

10.103. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir.

IV. Nazirliyin hüquqları

11. Nazirlik öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

11.1. Səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyə orqanlarından, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada arayış və məlumatlar tələb etmək;

11.2. Mədən vergisi ödəyicilərindən hesabat ili üçün ildə bir dəfə müəyyən edilmiş qaydada faydalı qazıntıların hasil edilmiş həcmi haqqında hesabat balansı almaq;

11.3. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisələrdən və təşkilatlardan yerin təkindən istifadə haqqında müəyyən edilmiş hesabat formaları üzrə məlumatlar almaq;

11.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxs statuslu idarə və təşkilatlar yaratmaq və ləğv etmək;

11.5. Zəruri hallarda Azərbaycan Respublikasının digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirmək;

11.6. Kəşf edilmiş faydalı qazıntı yataqlarının təsdiq edilməsi və uçotu üçün Azərbaycan Respublikasının Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyasını yaratmaq;

11.7. Təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə tədbirlərinin yerinə yetirilməsi məsələləri barəsində nazirliklər, dövlət komitələri, baş idarələr, dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən yol verilmiş pozuntulara görə tədbirlər görülməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq təşkilatlar qarşısında məsələ qaldırmaq;

11.8. Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq geoloji kəşfiyyat işlərini və yer təkinin öyrənilməsi və ondan istifadə ilə əlaqədar işlər həyata keçirən bütün müəssisə və təşkilatlar, ekzogen geoloji proseslər, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işləri ilə əlaqədar isə, həmçinin yerli icra hakimiyyəti və özünüidarə orqanları üçün öz səlahiyyətləri hüdudlarında icrası məcburi olan əmrlər, qərarlar, təlimatlar və göstərişlər vermək;[12]

11.9. Nazirlik əməkdaşlarının nəzarət funksiyalarının icrası zamanı ölkə ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrə, təşkilatlara, idarələrə, ekspedisiyalara, bazalara, gəmilərə, anbarlara və digər obyektlərə, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin obyektlərinə maneəsiz (xidməti vəsiqələri təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən təhlillərin nəticələri ilə pulsuz tanış olmaq;

11.10. Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada öz vəzifə borclarını həyata keçirmək üçün xidməti silah gəzdirmək;

11.11. Ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarəti qaydalarının və normalarının gözlənilməsini yoxlamaq;

11.12. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozuntularının aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürmək;

11.13. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq, inzibati araşdırma aparmaq, inzibati xətalar haqqında işlərə baxmaq və təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;

11.14. Təbiəti mühafizə sahəsində qanunvericiliyin pozulmasında istifadə olunan əşya, alət, ləvazimatları və digər vasitələri, qanunsuz əldə edilmiş məhsulları qanunvericiliyə uyğun olaraq götürmək və inzibati qanunvericiliklə müəyyən edilmiş digər hərəkətləri həyata keçirmək;

11.15. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək;

11.16. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına səbəb olan sənaye obyektlərinin və başqa obyektlərin layihələndirilməsini, tikilməsini, yenidən qurulmasını və ya genişləndirilməsini qadağan etmək;

11.17. Ətraf mühiti mühafizə normalarını və qaydalarını pozan sənaye müəssisələrinə və təşkilatlarına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;

11.18. Ov üçün xüsusi icazə və ovçuluq biletləri vermək, habelə ovçuluq fəaliyyəti üçün ov yerləri ayırmaq;

11.19. Sayı tənzimlənən vəhşi heyvan növləri barədə müvafiq tədbirlərin keçirilməsi qaydalarını elmi təşkilatların və əlaqədar dövlət orqanlarının rəyi nəzərə alınmaqla müəyyən etmək;

11.20. Heyvanların təbii mühitdən görülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılmasına və bunların zənginləşdirilməsinə icazə vermək;

11.21. Öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş hallarda təbii ehtiyatlardan istifadə müqabilində və ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödənişlərin vaxtında dövlət fonduna köçürülməsinə nəzarət etmək;

11.22. Ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması və müvəqqəti dayandırılması, o cümlədən maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq;

11.23. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində hərəkət edərkən ətraf mühiti çirkləndirən yerli və xarici gəmiləri saxlamaq, çirklənmənin səbəblərini araşdırmaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək;

11.24. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin pasportunu qeydiyyata almaq;

11.25. Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına və ləğv edilməsinə rey vermək;

11.26. Təbiət parklarının, dövlət təbiət yasaqlıqlarının əsasnamələrini təsdiq etmək;

11.27. Dövlət təbiət yasaqlıqlarının yaradılması barədə təqdimatlar vermək;

11.27-1. torpaqların monitorinqi işlərinin həyata keçirilməsi üçün zəruri məlumatları bütün torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən almaq;[13]

11.28. Mineral-xammal ehtiyatlarından istifadəyə dair tövsiyələrin hazırlanması, geologiya elminin və təcrübəsinin ən yeni nailiyyətlərinin, habelə torpaqların monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, kartoqrafiya işlərinin həyata keçirilməsi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyəti sahələrində dövlət siyasəti məsələlərinin, elm və texnikanın əsas istiqamətlərinin, elmi araşdırmaların və qabaqcıl xarici ölkələrin nailiyyətlərinin ümumiləşdirilməsi, öyrənilməsi və onların tətbiq edilməsi üçün Azərbaycan Respublikasının yüksək ixtisaslı mütəxəssislərini, habelə elmi-texniki cəmiyyətlərin əməkdaşlarını cəlb etməklə elmi-texniki şura yaratmaq;[14]

11.29. Müstəqil surətdə və ya digər dövlət orqanları, ictimai təşkilatlar və təsərrüfat subyektləri ilə birgə mükafatlar, prizlər, adlı təqaüdlər və başqa təltiflər təsis etmək, həmçinin fəxri ad və digər dövlət təltiflərinin verilməsi barədə müvafiq qaydada təkliflər vermək;

11.30. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövrü mətbuat orqanları təsis etmək, ekologiya və təbii sərvətlərə, onların mühafizəsinə və istifadəsinə dair jurnallar, toplular, xüsusi informasiya bülletenləri və digər nəşrlər buraxmaq;

11.31. Ekologiya və təbii sərvətlərin mühafizəsi sahəsində fəaliyyət göstərən ictimai təşkilatlarla birlikdə təbiətdən və təbii sərvətlərdən səmərəli istifadə haqqında bilikləri təbliğ etmək, bu sahədə müsabiqələr, sərgilər, konfranslar və başqa tədbirlər keçirmək;

11.32. Təbiəti mühafizə, təbiətdən və təbii sərvətlərdən istifadə sahəsində xarici və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair təkliflər hazırlamaq, ətraf mühit problemlərinin həlli ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının maraqlarını müvafiq beynəlxalq təşkilatlarda təmsil etmək;

11.33. Öz səlahiyyətləri daxilində beynəlxalq, məhəlli, milli və yerli səviyyədə proqramlar, layihələr və başqa sənədlər hazırlamaq, aidiyyatı üzrə təqdim etmək və ya həyata keçirmək;

11.34. Mineral-xammal bazasının bərpası üzrə dövlət fondu, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu və Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun vəsaitlərinə sərəncam vermək;

11.35. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Nazirliyin fəaliyyətinin təşkili

12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.

13. Nazir nazirliyə həvalə edilmiş vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

13-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [15]

14. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən üç müavini vardır. [16]

15. Nazir aşağıdakı səlahiyyətlərə malikdir:

15.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. nazir müavinlərinin vəzifə səlahiyyətlərini müəyyən edir; [17]

15.3. Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;[18]

15.4. Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə zəruri qanun layihələrini və digər normativ hüquqi aktları Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

15.5. Nazirliyin mərkəzi aparatının və yerli qurumlarının rəhbərlərini və işçilərini, tabeliyində olan müəssisə və təşkilatların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

15.6. Səlahiyyətləri çərçivəsində Nazirliyin mərkəzi aparatının və yerli qurumların, tabeliyində olan digər qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ-hüquqi aktlar imzalayır (təsdiq edir), onların icrasını təşkil edir və yoxlayır;

15.7. Nazirliyin mərkəzi aparatının və struktur bölmələrinin funksional təyinatını və say tərkibini müəyyən edir, zərurət olduqda həmin strukturda dəyişikliklər aparır;

15.8. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;[19]

15.9. Öz səlahiyyəti daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq, dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir;

(Çıxarılıb) [20]

15.11. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

16. Nazirlikdə nazirdən (kollegiya sədri), onun müavinlərindən, nazirliyin mərkəzi aparatının və yerli qurumlarının rəhbər işçilərindən, tabeliyində olan müəssisələrin və təşkilatların rəhbərlərindən, habelə mütəxəssislərdən ibarət kollegiya yaradılır.[21]

17. Nazirliyin kollegiya üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

18. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı mühüm məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq nazirin əmrləri iə həyata keçirilir.

Kollegiya qərarlarının qəbul olunması və ya həyata keçirilməsinə dair nazir ilə kollegiya üzvləri arasında fikir ayrılığı yarandıqda, nazir bu barədə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə öz qərarını həyata keçirir. Qəbul olunmuş qərara dair xüsusi rəyi olan kollegiya üzvləri də bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verə bilərlər.

19. Zəruri hallarda kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri dəvət edilə bilər.[22]

20. Nazirlik Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində (şəhər rayonlarında) və bölgələrində birbaşa ona tabe olan müvafiq rayon, şəhər və bölgə idarələrini (şöbələrini, bölmələrini və digər idarəetmə qurumlarını) yaradır.

21. Nazirlik onun tərkibinə daxil olan müfəttişliyin əməkdaşlarını nəzarət etdikləri sahələr üzrə üzərində fərqləndirici nişanları olan xüsusi geyimlə təmin edir;

22. Nazirliyin öz səlahiyyətləri daxilində qəbul etdiyi normativ aktlar digər icra hakimiyyəti orqanları üçün məcburi xarakter daşıyır.

23. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirliyin sisteminə daxildir.[23]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 fevral 2004-cü il tarixli 33 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 71)

2.       2 dekabr 2004-cü il tarixli 148 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 994)

3.       10 dekabr 2004-cü il tarixli 159 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005)

4.       10 oktyabr 2005-ci il tarixli nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (“Azərbaycan” qəzeti,  25 oktyabr 2005-ci il, № 247)

5.       11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

6.       6 iyul 2009-cu il tarixli 118 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 521)

7.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289)

8.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı  (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

9.       19 fevral 2015-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 130)

10.    14 sentyabr 2015-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 980)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 sentyabr 2015-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 980ilə 2-ci hissəyə “sahəsində” sözündən əvvəl “, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə” sözləri əlavə edilmişdir.

 

[2] 19 fevral 2015-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 130) ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 9.9-cu bəndə “balıq” sözündən sonra “və digər su bioresursları” sözləri əlavə edilmişdir.

 

[3] 19 fevral 2015-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 130) ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 9.9-1-ci bənd əlavə edilmişdir.

 

[4] 14 sentyabr 2015-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 980ilə yeni məzmunda 9.9-2 - 9.9-8-ci yarımbəndlər əlavə edilmişdir.

 

[5] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»yə 9.10-1-ci bənd əlavə edilmişdir.

 

[6] 19 fevral 2015-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 130) ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 10.37-ci bəndə “balıqçılıq” sözündən sonra “(o cümlədən akvakultura)” sözləri əlavəedilmişdir.

 

[7] 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 10.53-cü bənd çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

10.53. Kiçik həcmli gəmilərin və onların dayanması üçün bazaların (qurğuların) qeydiyyatını və uçotunu aparır və bu tələblərə riayət edilməsinə nəzarət edir;

 

[8] 19 fevral 2015-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 130) ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 10.54-cü bənddə “balıqların” sözü “balıq və digər su bioresurslarının” sözləri ilə əvəzedilmişdir.

 

[9] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 10.82-ci bəndində “ixtisasının artırılmasını” sözləri “əlavə təhsilini” sözləri ilə əvəz edilmişdir.

 

[10] 19 fevral 2015-ci il tarixli 468 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 fevral 2015-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 130) ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 10.83-cü bənddə “balıqların” sözü “balıq və digər su bioresurslarının” sözləri ilə əvəzedilmişdir.

 

[11] 14 sentyabr 2015-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 980ilə yeni məzmunda 10.102-1 - 10.102-48-ci yarımbəndlər əlavə edilmişdir.

 

[12] 14 sentyabr 2015-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 980ilə 11.8-ci yarımbəndə “proseslər” sözündən sonra “, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işləri” sözləri əlavə edilmişdir.

 

[13] 14 sentyabr 2015-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 980ilə yeni məzmunda 11.27-1-ci yarımbənd əlavə edilmişdir.

 

[14] 14 sentyabr 2015-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 980ilə 11.28-ci yarımbənddə “tövsiyələr hazırlamaq” sözləri “tövsiyələrin hazırlanması” sözləri ilə, “nailiyyətlərini tətbiq etmək” sözləri “nailiyyətlərinin, habelə torpaqların monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, kartoqrafiya işlərinin həyata keçirilməsi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyəti sahələrində dövlət siyasəti məsələlərinin, elm və texnikanın əsas istiqamətlərinin, elmi araşdırmaların və qabaqcıl xarici ölkələrin nailiyyətlərinin ümumiləşdirilməsi, öyrənilməsi və onların tətbiq edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[15] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»yə yeni  məzmunda 13-1-ci bənd əlavə edilmişdir.

 

[16] 12 fevral 2004-cü il tarixli 33 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 71) ilə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 14-cü bəndində "bir müavini" sözləri "iki müavini" sözləri ilə əvəz edilmişdir.

 

6 iyul 2009-cu il tarixli 118 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 521) ilə 14-cü bənddə «iki müavini» sözləri «üç müavini» sözləri ilə əvəz edilmişdir.

 

[17] 6 iyul 2009-cu il tarixli 118 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 521) ilə 15.2-ci bənddə «nazir müavininin vəzifə səlahiyyətini» sözləri «nazir müavinlərinin vəzifə səlahiyyətlərini» sözləri ilə əvəz edilmişdir.

 

[18] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»yə 15.3-cü bənddə «yerli qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilmişdir.

 

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»nin 15.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15.3. Müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində nazirliyin mərkəzi aparatının strukturunu və ştat cədvəlini, xərclər smetasını, habelə qurumlarının strukturunu təsdiq edir;

 

[19] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»yə 15.8-ci bəndin əvvəlinə «qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla»sözləri əlavə edilmişdir.

 

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»nin 15.8-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15.8. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Nazirliyin struktur bölmələrinin və tabeliyində olan müəssisə və təşkilatların əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

 

[20] 10 oktyabr 2005-ci il tarixli Fərman (“Azərbaycan” qəzeti,  25 oktyabr 2005-ci il, № 247) ilə  "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 15.10-cu bəndiçıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

15.10. Öz səlahiyyətləri daxilində dövlət sirri təşkil edən məlumatların siyahısını müəyyənləşdirir;

 

[21] 6 iyul 2009-cu il tarixli 118 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 521) ilə 16-cı bənddə«vəzifəsinə görə nazir müavinindən» sözləri «onun müavinlərindən» sözləri ilə əvəz edilmişdir.

 

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»nin 15.5-ci, 15.6-cı, 15.7-ci və 16-cı bəndlərdən «mərkəzi» sözü çıxarılmışdır.

 

[22] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»nin 19-cu bənddə «rəhbərləri» sözü «nümayəndələri» sözü ilə əvəz edilmişdir.

 

[23] 2 dekabr 2004-cü il tarixli 148 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 994) ilə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 23-cü bəndində "ümumi strukturuna" sözləri "sisteminə" sözü ilə əvəz edilmişdir.