• Bakı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Naxçıvan
  • Gündüz +1°C,
  • Gecə -11°C
  • Xankəndi
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Şuşa
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Xocalı
  • Gündüz +2°C,
  • Gecə +9°C
  • Xocavənd
  • Gündüz +2°C,
  • Gecə +8°C
  • Qubadlı
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Kəlbəcər
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Daşkəsən
  • Gündüz -2°C,
  • Gecə +6°C
  • Gədəbəy
  • Gündüz -1°C,
  • Gecə +5°C
  • Ağdam
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Gəncə
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Qazax
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Naftalan
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Şəki
  • Gündüz +14°C,
  • Gecə +3°C
  • Ağstafa
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Qəbələ
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Şamaxı
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Zaqatala
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Xızı
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Siyəzən
  • Gündüz +13°C,
  • Gecə +1°C
  • Şabran
  • Gündüz +12°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Qusar
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Xaçmaz
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Kürdəmir
  • Gündüz +17°C,
  • Gecə +3°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Ağcabədi
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +17°C,
  • Gecə +6°C
  • Göyçay
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Bərdə
  • Gündüz +19°C,
  • Gecə +8°C
  • İmişli
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Salyan
  • Gündüz +16°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Hacıqabul
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Masallı
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +16°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +11°C,
  • Gecə +4°C
Saytın Xəritəsi

Əsasnamə

 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
Dövlət Ekspertiza İdarəsi haqqında
ƏSASNAMƏ
 
I. ÜMUMİ  MÜDDƏALAR
 

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi (bundan sonra – «İdarə») Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – «Nazirlik») 24 dekabr 2002-ci il tarixli 2589/Ü nömrəli əmri ilə yaradılmışdır.

2. İdarə Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasının Azərbaycan Respublikasına mənsub olan bölməsində Dövlət ekoloji və geoloji ekspertizalarının aparılması işlərini təşkil edən və yerinə yetirən, bu sahənin tənzimlənməsi istiqamətində fəaliyyəti həyata keçirən  Dövlət  orqanıdır.

3. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının   Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasi Prezidentinin farman va sarancamlanni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Əsasnaməsini, əmr, sərəncam və göstərişlərini, bu Əsasnaməni və həmin sahədə  olan  digər  normativ - hüquqi  aktları  rəhbər  tutur. 

4. İdarə öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar  məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. 

5. İdarənin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına  həyata  keçirilir. 

6. İdarə müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçliyinə verilən Dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürə,  müvafiq  blank  və  ştamplara,  bank  hesabına  malikdir.

7. İdarə  öz  fəaliyyətini  bilavasitə  həyata  keçirir.

8. İdarə  Bakı  şəhəri,  H.Əliyev  prospekti - 50  ünvanında  yerləşir.

 

II. İDARƏNİN  ƏSAS  VƏZİFƏLƏRİ

9. İdarənin əsas vəzifələri aşağıdakılardır:

9.1. Nəzərdə tutulan və həyata keçrilən, ətraf mühitin vəziyyətinə və əhalinin sağlamlığına hazırda, və ya gələcəkdə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəlilik səviyyəsini  müəyyən  etmək;

9.2. Yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin və qurğularının, su təchizatı və kanalizasiya sistemlərinin, hidrotexniki qurğuların, nəqliyyat və rabitə vasitələrinin, texnoloji proseslərin və avadanlıqların və digər fəaliyyət nəticəsində ətraf mühitə təsirin qiymətləndirilməsinin dolğunluğunu və düzgünlüyünü, qəbul olunan  qərarların ekoloji təhlükəlilik dərəcəsinin müəyyən edilməsini təmin etmək;

9.3. Ekoloji vəziyyətin öyrənilməsi, iqtisadiyyatın tələbatını ödəmək üçün təbii ehtiyatların kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək məqsədi ilə təbii ehtiyatların vahid sistem üzrə dövlət kadastrının  aparılmasını  razılaşdırmaq;

9.4. İnsan sağlamlığının qorunması və genetik fondun, bitki və heyvanlar aləminin mühafizəsi məqsədi ilə kənd və meşə təsərrüfatlarında mineral gübrələrin, bitkilərin mühafizəsi üçün kimyəvi vasitələr və stimullaşdırıcıların, başqa aqrokimyəvi maddələrin tətbiqinə dair aqroqaydaları  va  texnoloji  xəritələri  razılaşdırmaq;

9.5. Təsərrüfat faəliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticalərin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədi ilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji  tələblərə  uyğunluğunu  müəyyən  etmək;

9.6. Dövlət ekoloji ekspertizasının obyektləri üzrə təqdim edilmiş sənədlərin  ekspertizasını  aparmaq  və  bu  barədə  müvafiq  rəylər  vermək; 

9.7. Obyektlərin yerləşdirilməsi ilə əlaqədar torpaq sahələrinin  ayrılması  sənədlərinə  baxmaq  və  bu  barədə  müvafiq  rəylər  vermək; 

9.8. Atıla bilən tullantı həddi (ABTH) və buraxıla bilən axıntı həddi (BBAH)  layihələrini  təsdiq  etmək; 

9.9. Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə  xüsusi  icazələr  vermək; 

9.10. Sudan  xüsusi  istifadəyə  icazələr  vermək; 

9.11. Dağ-mədən işlərinin inkişafı layihələrini və ekoloji-normativ sənədləri razılaşdırmaq;

9.12. Yer təkinin öyrənilməsi, tikinti quraşdırma və xüsusi əhəmiyyətli layihələr üzrə işlərin layihə-smeta sənədlərinin geoloji ekspertizasını    aparmaq;

9.13 Ətraf mühitin mühafizəsi haqqında təlimat – metodik, normativ-texniki   sənədləri  razılaşdırmaq;

9.14 İstilik – enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə məlumatların (nümunələrin) emal və təhlil edilməsi üçün mübadiləsinə dair  rəylər  vermək;

9.15 Yabanı dərman bitkilərinin xammalının yığılmasına xüsusi   icazələr   vermək;

9.16 Balıq ehtiyatlarından və onların həyat fəaliyyətinin  məhsullarından balıqçılıq haqqında qanunvericilikdə nəzərdə tutulmuş hallarda istifadənin tənzimlənməsi istiqamətində balıqovlama biletlərinin və xüsusi icazələrin verilməsi ilə əlaqədar sənədlərin, həmin sahədəki müqavilələrin  ekspertizasını  keçırmək;

9.17 Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda oduncaqdan, ikinci dərəcəli meşə məhsullarından və meşədən əlavə istifadə zamanı tədarük edilmiş, sənaye və yardımçı kənd təsərrüfatı sahələrində istehsal olunan məhsullardan istifadənin tənzimlənməsi barədə sənədlərin, meşə fondunun sahələrinin elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq   təsərrüfatlarının ehtiyacları üçün hüquqi və fiziki şəxslərə icarəyə verilməsi haqqında müqavilələrin  ekspertizasını  keçirmək;

9.18 Vəhşi heyvanlardan və onların həyat fəaliyyətinin məhsullarından heyvanlar aləmi haqqında qanunvericilikdə nəzərdə tutulmuş hallarda istifadənin tənzimlənməsi istiqamətində xüsusi icazələrin verilməsi ilə əlaqədar sənədlərin ekspertizasını  keçirmək;

9.19 Hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində (o cümlədən meşə fondunun sahələrində) ovçuluq təsərrüfatlarının yaradılması məqsədi ilə ov sahələrinin sərhədlərini müəyyən etmək və ovun aparılması üçün hüquq vermək barədə sənədləri, bu məqsədlə  bağlanılan  müqavilələri  ekspertizadan  keçirmək;

9.20 Dövlət sirri təşkil edən məlumatları, həmçinin fəaliyyəti ilə əlaqədar  ona  məlum  olan  kommersiya  sirlərini  yaymamaq;

9.21 Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun   digər  vəzifələri  yerinə  yetirmək.

 

III. İDARƏNİN  FUNKSİYALARI

10.   İdarə, onun qarşısına qoyulmuş vəzifələrə uygun olaraq aşağıdakı funksiyaları  hayata  keçirir:

10.1. Qanunvericiliklə müəyyən edilmiş hallarda onun tərəfindən verilmiş xüsusi icazələrin məhdudlaşdırılması, vaxtından əvvəl dayandırılması və ya ləğv edilməsi barədə məsələlərə baxır, müvafiq qərarlar qəbul edir, icazələr verilmiş hüquqi və fiziki şəxslərə və digər aidiyyəti təşkilatlara qəbul  olunmuş  qərarlar  barədə  məlumatlar  verir;

10.2. Ekoloji ekspertizanın nəticələrini analiz edir, ümumiləşdirir və mülkiyyət və təşkilati - hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və  təşkilatlara  bu  sahədə  müvafiq  rəylər  verir;

10.3. Ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələrinin ekoloji  ekspertizasını  keçirir;

10.4. İqtisadiyyat obyektlərinin və komplekslərinin tikintisinin   (yenidən qurulmasının, genişləndirilməsinin, yeni texnika ilə təchiz olunmasının) və ləğv edilməsinin texniki-iqtisadi əsaslandırmalarının (hesablamalarının)  və  layihələrinin  ekoloji  ekspertizasını  keçirir;

10.5. Təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyat nəticəsində yaranmış  ekoloji  şəraiti  müəyyən  edir;

10.6. Regionda, ayrı-ayrı təbiət obyektlərində və komplekslərində (ekosistemdə) ekoloji şəraiti müəyyənləşdirir; 

10.7. Təbii resurslardan istifadəni nəzərdə tutan müqavilə layihələrinin ekoloji  bölmələrinin  ekspertizasını  keçirir;

10.8. Dövlət geoloji ekspertizasının obyektləri üzrə təqdim edilmiş sənədlərin  ekspertizasını  aparır  və  bu  barədə  müvafiq  rəylər  verir;

10.9. Faydalı qazıntıların çıxarılması, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi  ilə "Dag-mədən ayırması"  statusu  verir;

10.10. Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə "Geoloji ayırma"  statusu  verir;

10.11. Sənayedə işlədilmək üçün istismara cəlb edilməmiş, yaxud müəyyən səbəblərdən hazırda istismar işləri aparılmayan faydalı qazıntı yataqlarını qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisələrin balansından  geri  alır  və  xüsusi  icazələr  əsasında  istifadəyə  verir;

10.12. Hasilat prosesində sənaye əhəmiyyətini itirmiş, sonrakı istismar-kəşfiyyat işləri və ya yataqların işlənməsi zamanı təsdiq edilməmiş faydalı qazıntıların balans ehtiyyatlarını hasilat müəssisələrinin uçotundan silmək barədə  təkliflərə  baxır  və  bu  barədə  müvafiq  qərarlar  qəbul  edir;

10.13. Yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən başqa ölkələrdən idxal edilməsinə dair sənədlərə baxır  və  müvafiq  rəylər  verir;

10.14.  Azərbaycan Respublikasının baliqçılıq əhəmiyyətli təbii su obyektlərində məskunlaşan balıq ehtiyatlarından, o cümlədən onların həyat fəaliyyətinin məhsullarından istifadə edilməsi məqsədləri üçün limitlərin müəyyənləşdirilməsi barədə, hüquqi və fiziki şəxslərə ayrılan kvotalara dair məsələlərə  baxır  və  bu  istiqamətdə  rəylər  verir;

10.15.  Xəzərin Azərbaycanın iqtisadi ərazi sularında balıq ehtiyatlarının yayılmasının və miqdarının müəyyənləşdirilməsinə dair təkliflərə  baxır  və  bu  barədə  rəylər  verir;

10.16.  Nazirlik tərəfindən ona həvalə olunmuş qanunvericiliyə uyğun digər  funksiyaları  hayata  keçirir.

IV. İDARƏNİN  HÜQUQLARI

11. İdarə, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara  malikdir: 

11.1. Dövlət ekoloji və geoloji ekspertizalarının obyektləri üzrə təqdim olunmuş sənədlərin ekspertizasına aid olan zəruri sayılan məlumatları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlardan  tələb  etmak; 

11.2. Səlahiyyətli nümayəndələri vasitəsi ilə yaradılmış və Dövlət qəbul komissiyalarının  işində  iştirak  etmək; 
11.3. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda keçirilən ekoloji audit yoxlamalarında öz səlahiyyətləri  daxilində  iştirak  etmək;

11.4. Fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və  Nazirliyə  təqdim  etmək;

11.5. İdarəyə təqdim edilmiş sənədlərə baxılması məqsədi ilə müvafiq ekspert komissiyalarını təşkil etmək, onların şəxsi tərkibini müəyyən etmək və komissiyanın işində iştirak etmək üçün aidiyyəti alimlari, mütəxəssisləri  və ictimaiyyətin nümayəndələrini, eləcə də xarici mütəxəssisləri cəlb etmək;

11.6. Təsərrüfat fəaliyyəti layihəsinin sifarişçisindən və ya hazırlayıcısından ekspert komissiyasının (qrupunun və ekspertin) işi üçün lazım olan əlavə məlumatları və təqdim olunan sənədlərin dolğunluğunu  təmin etmək məqsədi ilə ekspertizanın keçirilməsi prosesində zəruriliyi  aşkara çıxmış elmi-tədqiqat və axtarış işlərinin (əlavə axtarışlar, nəzarət öçmələri, sınaq nümunələrinin götürülməsi, analizi və s.) maliyyələşdirilməsini  və  aparılmasını  tələb  etmək;

11.7. Öz səlahiyyətləri daxilində təsərrüfat fəaliyyəti layihəsinin sifarişçisindən və ya hazırlayıcısından dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsini  tələb  etmək;

11.8. Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv Fondunun materiallarından müəyyən olunmuş qaydada pulsuz istifada etmək;

11.9. Qanunvericiliyə  uyğun  olaraq  digər  hüquqlara  malik  olmaq.

 

V. İDARƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

12. İdarəyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir.

12.1. Rəis İdarəyə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

13. Rəis  aşağıdakı  səlahiyyətlərə  malikdir:
 
13.1. İdarənin  fəaliyyətini  təşkil  edir  və  ona  rəhbərlik  edir;

13.2. Müəyyən edilmiş əməyin ödənilməsi fondu daxilində İdarənin xərclər smetasını va ştat cədvəlini hazırlayır, təsdiq olunmaq üçün Nazirliyə təqdim  edir;

13.3. Öz səlahiyyətləri daxilində İdarənin fəaliyyətinə dair icrası məcburi olan əmr, sərəncam və göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;

13.4. İdarənin nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada  həvəsləndirmə  və  intizam  tənbehi  tədbirləri  görür.

14. İdarənin kadr, hüquq, maliyyə-mühasibatlıq və kargüzarlıq xidmətləri Nazirliyin müvafiq qurumlarının funksional tabeliyində fəaliyyət göstərir, öz işlərini Nazirliyin aidiyyəti idarələrinin göstərişləri, qaydaları, təlimatları  və  digər  rəhbər  sənədləri  əsasında  qururlar.

15. İdarənin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan, səlahiyyətləri Nazir tərəfindən müəyyənləşdirilən bir baş ekspert – rəis müavini  vardır.

 

VI. İDARƏNİN RƏYLƏRİNİN MƏCBURİLİYİ

16. İdarənin apardığı ekspertizanın rəyi rəsmi sənəddir və məcburi şəkildə  icra  edilməlidir.

17. Mülkiyyət və təşkilati – hüquqi formasından asılı olmayaraq icarə, müəssisə və təşkilatların rəhbərləri, vəzifəli şəxslər və digər işçilər İdarənin apardığı ekspertizanın rəsmi rəyinin icrasına görə qanunvericiliyə uyğun olaraq  məsuliyyət  daşıyırlar.

18. İdarənin apardığı ekspertizanın rəylərinə zidd olan qərarlar etibarsızdır  və  yerinə  yetirilə  bilməz.

19. İdarənin keçirdiyi ekspertizaların rəylərinin tələbləri pozulduğu hallarda  məhkəmədə  iddia  qaldırıla  bilər.

 

VII. İDARƏNƏN MƏSULIYYƏTİ

20. İdarənin vəzifəli şəxsləri və mütəxəssisləri öz rəylərinin qanunvericiliyin və normativlərin tələblərinə müvafiq surətdə əsaslılığı, onun düzgünlüyü və dolğunluğu üçün qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

VIII. İDARƏNİN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

21. İdarə qanunvericilikdə nəzərdə tutulmuş qaydada, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin Əmri ilə yenidən  təşkil  olunur  və  ləğv  edilir.