• Bakı
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Sumqayıt
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Naxçıvan
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Xankəndi
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Şuşa
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Xocalı
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Xocavənd
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Qubadlı
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Zəngilan
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Laçın
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Kəlbəcər
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Daşkəsən
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Gədəbəy
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Ağdam
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Füzuli
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Gəncə
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Qazax
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Naftalan
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Şəki
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağstafa
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Qəbələ
  • Gündüz +16°C,
  • Gecə +5°C
  • Şamaxı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Zaqatala
  • Gündüz +17°C,
  • Gecə +7°C
  • Xızı
  • Gündüz +14°C,
  • Gecə +3°C
  • Siyəzən
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Şabran
  • Gündüz +17°C,
  • Gecə +7°C
  • Quba
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Qusar
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Xaçmaz
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Kürdəmir
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağcabədi
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Ağdaş
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Göyçay
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Bərdə
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • İmişli
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Salyan
  • Gündüz +19°C,
  • Gecə +10°C
  • Beyləqan
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Saatlı
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Hacıqabul
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Masallı
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Lənkəran
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Lerik
  • Gündüz +15°C,
  • Gecə +5°C
Saytın Xəritəsi

Görülən işlər

2016-cı il ərzində Dövlət Ekspertiza İdarəsi tərəfindən görülmüş işlər

2016-cı il ərzində Dövlət Ekspertiza İdarəsinə ümumilikdə 6423 müraciət daxil olub. İl ərzində idarədən çıxan rəy, məktub və müraciətlərin sayı 4862 təşkil edib.

Hesabat müddətində daxil olmuş müraciətlər müvafiq qaydada baxılaraq cavablandırılıb. Daxil olmuş sənədlərin bir hissəsi məlumat xarakterli və icra tələb etməyən müraciət qaydasında olduğundan onlar işə alınıb.

Təqdim olunmuş müraciətlərin böyük əksəriyyəti Respublikada həyata keçirilən tikinti quruculuq, neft-qaz, şəhərdaxili təsərrüfat, su-kanalizasiya xidməti sahələri, təbii ehtiyatlardan istifadə, yaşıllıqlarla əlaqədar rəylərin bildirilməsi  və s., o cümlədən sahibkarlıq fəaliyyəti sahələri ilə əlaqədar olub.

Respublikada həyata keçirilən tikinti-quraşdırma, neft-qaz sənayesi, istehsalat və xidmət obyektlərinin tikintisi və istismarı zamanı ətraf mühitə təsirlərin səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə 890-dan çox texniki-layihə sənədlərinə baxılaraq müvafiq rəylər verilib.

Ekspertiza rəyinin alınması üçün təqdim olunmuş hər bir layihə üzrə fərdi yanaşma təşkil olunub və layihəyə dair Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəyləri nəzərə alınaraq müvafiq texnoloji imkanlardan istifadə olunmaqla layihələrin ekoloji baxımdan düzgün qiymətləndirilməsi təmin edilib.

Respublikada ayrı-ayrı sahibkarlar və dövlət orqanları tərəfindən həyata keçirilən tikinti-yenidənqurma işləri ilə əlaqədar dövlət ekoloji ekspertizasına təqdim olunmuş 495 layihə Fövqəladə Hallar Nazirliyi nəzdində təşkil olunmuş “bir pəncərə”dən qəbul olunaraq icrası təmin olunub.  

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektlərin yerləşdirilməsi məqsədilə torpaq sahələrinin ayrılmasına dair 116 sənədə baxılaraq müsbət rəy bildirilib. Sahələrin ayrılmasına dair rəy bildirilərkən ərazilərin Baş Plan üzrə istifadə təyinatları, sahənin mühəndisi-geoloji şəraiti və yaşıllıqların mövcudluğu əsas prioritet olaraq qəbul olunub.

Ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması istiqamətində tədbirlərin icrası məqsədilə hesabat ili ərzində Nazirlər Kabinetinin tapşırığı əsasında torpaq sahələrinin təyinatının dəyişdirilməsinə dair 30-dan çox müraciət baxılaraq müsbət qiymətləndirilib.

Yerin təkindən istifadə ilə əlaqədar müəssisələr tərəfindən təqdim olunmuş 90-dan çox “Dağ-mədən işlərinin inkişafı planı” baxılaraq müəyyən olunmuş qaydada razılaşdırılıb. Dağ-mədən fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar  ekoloji tələblər müəyyənləşdirilməklə 10 ekspertiza rəyi verilib, 21 fiziki və hüquqi şəxsə karxana təsərrüfatı yaratmaq məqsədilə “Dağ-mədən ayırma Aktı” verilib. Qeyd olunan fəaliyyət sahələri əlvan metallar, tikinti materialları, mişar daşı və geniş yayılmış faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar olub.

2015-ci il ərzində Respublika ərazisində dövlət sifarişləri əsasında geoloji-kəşfiyyat və axtarış işlərinə başlanılması ilə əlaqədar Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən təqdim olunmuş 22 layihə-smeta sənədi üzrə müvafiq ekspertizalar keçirilib. Geoloji-kəşfiyyat və axtarış işlərinin daha səmərəli və rasional qaydada həyata keçirilməsi üçün tərtib olunmuş ekspertiza rəyləri vaxtında hazırlanaraq Milli Geoloji Kəşfiyyat Xidmətinə təqdim olunub.

Hesabat dövründə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Layihələri əsasən xarici və yerli investisiyalar hesabına Respublikada həyata keçirilən neft-qaz, neft-kimya, yeni texnologiyalar, su təchizatı və kanalizasiya xidmətləri işləri ilə əlaqədar olub.

Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Layihələrinin ekspertizası  üzrə il ərzində 11 layihəyə baxılaraq razılaşdırılması təmin olunub. Bu qəbildən olan layihələr “Socar Polimer” zavodunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin təşkili üzrə Azərbaycan-İran dəmir yolu xəttinin tikintisi, Xəzər dənizinin dayaz sulu hissəsində seysmik tədqiqat işlərinin aparılması, ARDNŞ-in Tullantı mərkəzinin yenidənqurulması, Şabran rayonunda suvarma şəbəkələrinin qurulması və s. ilə əlaqədar olub. Qeyd olunan layihələrin razılaşdırılması zamanı layihə sifarişçiləri və icraçılar Dövlət Ekspertiza İdarəsinə dəvət olunaraq geniş müzakirələr aparılıb, zərurət yarandığı hallarda layihələrə baxılması üçün ştatdankənar ekspertlər dəvət olunub. Hazırda bir neçə layihənin razılaşdırılması məqsədilə müvafiq müzakirələr aparılır.  

Hesabat dövründə müvafiq qanunvericiliklə ETSN-nin səlahiyyətlərinə aid  edilmiş mal və materialların idxal və ixracının razılaşdırılması üzrə 234 müraciət baxılaraq razılaşdırılması təmin olunub, 7 müraciətin isə razılaşdırılması təmin edilməyib. Daxil olmuş müraciətlərdən 146-sı idxal, 88-i isə ixrac ilə əlaqədar olub. Müraciətlərin əksər hissəsi Respublikada həyata keçirilən neft-qaz əməliyyatları ilə əlaqədar olaraq zəruri geofiziki məlumatlar, kimyəvi maddələr, neft, qaz, şlam, mineral xammal və su nümunələrinin idxalı və ixracı ilə əlaqədar olub.

“Mərkəzi İcra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 nömrəli qərarının icrası ilə əlaqədar daxil olmuş 121 müraciət idarə tərəfindən vaxtında icra edilib. Elektron xidmət vasitəsilə daxil olan müraciətlərdən 103 ədədi ETSN-nin səlahiyyətlərinə aid edilmiş mal və materialların idxal və ixracına razılığın verilməsi, 3 ədədi atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi, 13 ədədi ekoloji və normativ sənədlərin razılaşdırılması, 2 ədədi isə digər xidmətlərlə əlaqədar olub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.09.2005-ci il tarixli 173 nömrəli və 30.08.2016-cı il tarixli 321 nömrəli Qərarlarının tələblərinə müvafiq olaraq Respublika ərazisində meşə fonduna aid olmayan ağac və kol cinslərinin istifadəsi, mühafizəsi və qorunması tələbləri ilə əlaqədar 3180 müraciətə baxılaraq icrası təmin edilib. Təkcə Bakı və Sumqayıt şəhərlərindən yaşıllıqlarla əlaqədar 1100 müraciət daxil olub. Daxil olmuş müraciətlərin böyük əksəriyyəti Bakı şəhərində ayrı-ayrı vətəndaşlar tərəfindən küləkli havalarda təhlükə yaradan və infrastruktur layihələrin altına düşən ağacların kəsilməsi və ya budanması ilə əlaqədar olub.

Hesabat dövründə atmosferə atılan zərərli maddələrə dair 85, yeraltı və yerüstü su mənbələrindən istifadə ilə əlaqədar isə 13 fiziki və hüquqi şəxslərə “xüsusi icazə”  sənədləri verilib.

Aidiyyəti üzrə sahə layihə institutları tərəfindən tərtib olunaraq təqdim olunmuş 23 ekoloji-normativ sənəd baxılaraq razılaşdırılıb.2016-cı il ərzində “Ətraf mühitə təsirlərin qiymətləndirilməsi haqqında” Qanun layihəsi üzrə aidiyyəti nazirliklərlə müzakirələr yekunlaşdırılaraq sənəd Nazirlər Kabinetinə təqdim olunub. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq “Yaşıllıqların götürülməsi Qaydası” hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi təmin olunub. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə əlaqədar olaraq “İstehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü”, Toksiki istehsalat tullantılarının “utilizasiyası” və “zərərsizləşdirilməsi” fəaliyyətlərinin lisenziyalaşdırılması üzrə əlavə şərtlər hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilib.