• Bakı
  • Gündüz +11°C,
  • Gecə 0°C
  • Sumqayıt
  • Gündüz +12°C,
  • Gecə +1°C
  • Naxçıvan
  • Gündüz -5°C,
  • Gecə -19°C
  • Xankəndi
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Şuşa
  • Gündüz +5°C,
  • Gecə -6°C
  • Xocalı
  • Gündüz +8°C,
  • Gecə -3°C
  • Xocavənd
  • Gündüz +8°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Zəngilan
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Laçın
  • Gündüz +5°C,
  • Gecə -6°C
  • Kəlbəcər
  • Gündüz +5°C,
  • Gecə -6°C
  • Daşkəsən
  • Gündüz +8°C,
  • Gecə -2°C
  • Gədəbəy
  • Gündüz +9°C,
  • Gecə -5°C
  • Ağdam
  • Gündüz +11°C,
  • Gecə -1°C
  • Cəbrayıl
  • Gündüz +12°C,
  • Gecə -1°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə -1°C
  • Gəncə
  • Gündüz +12°C,
  • Gecə -1°C
  • Qazax
  • Gündüz +11°C,
  • Gecə -2°C
  • Naftalan
  • Gündüz +14°C,
  • Gecə -2°C
  • Şəki
  • Gündüz +10°C,
  • Gecə -3°C
  • Ağstafa
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Qəbələ
  • Gündüz +9°C,
  • Gecə -1°C
  • Şamaxı
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Zaqatala
  • Gündüz +13°C,
  • Gecə -5°C
  • Xızı
  • Gündüz +8°C,
  • Gecə -3°C
  • Siyəzən
  • Gündüz +11°C,
  • Gecə -1°C
  • Şabran
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Quba
  • Gündüz +10°C,
  • Gecə -3°C
  • Qusar
  • Gündüz +8°C,
  • Gecə -5°C
  • Xaçmaz
  • Gündüz +9°C,
  • Gecə -1°C
  • Kürdəmir
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Yevlax
  • Gündüz +15°C,
  • Gecə -2°C
  • Ağcabədi
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Ağdaş
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Göyçay
  • Gündüz +10°C,
  • Gecə 0°C
  • Bərdə
  • Gündüz +12°C,
  • Gecə -2°C
  • İmişli
  • Gündüz +14°C,
  • Gecə -1°C
  • Salyan
  • Gündüz +11°C,
  • Gecə -2°C
  • Beyləqan
  • Gündüz +12°C,
  • Gecə -1°C
  • Saatlı
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Hacıqabul
  • Gündüz +11°C,
  • Gecə +2°C
  • Masallı
  • Gündüz +12°C,
  • Gecə 0°C
  • Lənkəran
  • Gündüz +9°C,
  • Gecə 0°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə -7°C
Saytın Xəritəsi

Əsasnamə

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat Şöbəsi haqqında 

ƏSASNAMƏ

   I.  Ümumi müddəalar 

  1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat Şöbəsi (bundan sonra – “Şöbə”) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – “Nazirlik”) Mərkəzi Aparatının strukturuna daxil olan aparıcı Şöbədir.
  2. Şöbə Nazirliyin mətbuat və ictimaiyyətlə, o cümlədən qeyri hökumət təşkilatları ilə əlaqələrinin yaradılması və analitik informasiyanın yığımı və yayılması, informasiya təminatının yaxşılaşdırılması, informasiya sisteminin və infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyəti həyata keçirir. Əhali arasında ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin yayımlanmasının və inkişaf etdirilməsinin təbliğatını aparır.
  3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını və Nazirliyin Əsasnaməsini, qərar. əmr və sərəncamlarını, bu Əsasnaməni rəhbər tutur.
  4. Şöbə fəaliyyətini bilavasitə özünün “İctimaiyyətlə əlaqələr və təbliğat”, “Mətbuatla iş” və “İnformasiya təminatı və informasiya texnologiyaları” sektorları vasitəsi ilə həyata keçirir.

 

                            II. Şöbənin əsas vəzifələri  

 

  1. Şöbənin əsas vəzifələri aşağıdakılardır:

            5.1 Nazirliyin informasiya və təbliğat siyasətinin formalaşdırılmasında iştirak etmək və bu barədə təkliflər vermək;

            5.2 Nazirliyin ekologiya sahəsindəki fəaliyyət ilə bağlı informasiyanı geniş ictimaiyyətə çatdırmaq;

            5.3 Ətraf mühit üzrə informasiya fondunun genişləndirilməsi, onun məqsədyönlü təmin olunmasına dair təkliflər vermək;

            5.4 Nazirliyin fəaliyyətinin və davamlı inkişaf konsepsiyasının əsas müddəalarını təbliğ etmək;

            5.5 Ekologiya və təbii sərvətlər sahəsində fəaliyyət göstərən qeyri hökumət təşkilatları ilə əlaqə yaratmaq və onların Nazirlik ilə əməkdaşlığının qurulmasını təşkil etmək;

            5.6 Öz səlahiyyətləri çərçivəsində Milli Proqramların yerinə yetirilməsini təbliğ etmək;

            5.7 Nazirliyin tabeli qurumlarından müvafiq informasiya yığımını təmin etmək;

            5.8 Mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla müəyyən olunmuş qaydada informasiya mübadiləsini aparmaq;

            5.9 Nazirliyin struktur bölmələrinin lazımi informasiya ilə təmin etmək;

            5.10 Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii sərvətlərdən istifadə olunma sahələrinin normativ hüquqi təminatına dair vaxtı-vaxtında müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək və bu barədə hüquqi, iqtisadi, elmi-praktiki cəhətdən əsaslandırılmış təkliflər vermək;

            5.11 Əhali arasında ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təbliğatını aparmaq;

            5.12 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin tapşırıq və göstərişlərinin icrasını, Şöbənin və Nazirlik üzrə iş planlarında nəzərdə tutulmuş müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə tədbirlər görmək;

            5.13 Nazirliyin informasiya təminatını yaxşılaşdırmaq, informasiya sistemini və infrastrukturunu inkişaf etdirmək;

            5.14 Dövlət sirri təşkil edən məlumatları, o cümlədən fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirlərini yaymamaq;

            5.15 Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.

 

II. Şöbənin funksiyaları

 

  1. Şöbə, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir;

            6.1 Nazirliyin fəaliyyəti barəsində məlumatların müəyyən olunmuş qaydada geniş ictimaiyyətə çatdırılması məqsədi ilə müntəzəm olaraq mətbuat konfranslarının keçirilməsini təşkil edir;

            6.2 Nazirliyin Mərkəzi Aparatını, digər struktur bölmələrinin və tabeli qurumlarını ətraf mühitin mühafizəsi və davamlı idarə edilməsinə dair məlumatlarla təmin edir;

            6.3 İctimaiyyət və qeyri hökumət təşkilatları ilə ətraf mühitin mühafizəsi, təbii sərvətlərin öyrənilməsi və digər sahələr üzrə əməkdaşlığa dair işgüzar əlaqələr yaradılmasını təmin edir;

            6.4 Kütləvi informasiya vasitələrinə müəyyən olunmuş qaydada Nazirliyin ekologiya və təbii sərvətlər sahəsindəki fəaliyyəti barəsində məlumatlar almaq üçün imkanlar yaradır və media vasitələri ilə sıx əlaqələr saxlayır;

            6.5 Ekologiya və təbii sərvətlərin mühafizəsi sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar ilə birlikdə təbiətdən və təbii sərvətlərdən səmərəli istifadə haqqında bilikləri təbliğ edir, bu sahədə müsabiqələr, sərgilər, konfransların keçirilməsini təşkil edir;

            6.6 Nazirliyin informasiya və təbliğat siyasətinin həyata keçirilməsi sahəsində iştirak edir;

            6.7 Azərbaycanda baş verən iqlim dəyişmələrinin, hidrometeoroloji şəraitin öyrənilməsi, Xəzər dənizinin ekoloji problemlərinin həllinə nail olmaq üçün ictimaiyyəti, xeyriyyə təşkilatlarını və fondlarını cəlb etməklə, qarşılıqlı əməkdaşlıq edir;

            6.8 Ətraf mühit, flora və faunanın mühafizəsi sahəsində reklam və təbliğat işlərində yaxından iştirak edir, bu barədə Nazirliyin müvafiq Şöbələri ilə razılaşdırılmış tövsiyə və təkliflər verir;

            6.9 Ətraf mühitin mühafizəsi, təbiəti sevmək, ona qayğı ilə yanaşmaq və təbii mühitlə əlaqədar tərbiyə, təbliğat və təşviqat işlərinin aparılması yolları haqqında təkliflər verir;

            6.10 Ekologiya və təbii sərvətlər sahəsində fəaliyyət göstərən qeyri hökumət təşkilatları ilə informasiya mübadiləsinin aparır və onların təşkil etdikləri tədbirlərdə razılıq əsasında iştirak edir;

            6.11 İctimaiyyət arasında ekoloji cəhətdən maarifləndirmə işlərinin aparılmasında iştirak edir;

            6.12 Öz səlahiyyətləri daxilində ekoloji təhsil və maarifləndirmə sahəsində müəyyən olunmuş dövlət siyasətinin əsas istiqamətinin həyata keçirilməsinin təmin edir;

            6.13 Əhalinin ekoloji təhsili və maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənməsi və təkmilləşdirilməsi baxımından təkliflər irəli sürür və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu proqramların həyata keçirilməsində iştirak edir;

            6.14 Ətraf mühitin mühafizəsinə həsr edilmiş plakat və bukletlərin hazırlanması üçün təkliflər verir;

            6.15 Daxil olan məktub, teleqram, şikayət və ərizələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə baxır, bu istiqamətdə müvafiq tədbirlərin görülməsini təmin edir;

            6.16 Məlumat bazasını yaradır, informasiyaları bu sistemə operativ yerləşdirir və mütəmadi yeniləşdirilməsini təmin edir;

            6.17 Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə olunmuş digər funksiyaları həyata keçirir.

 

  III. Şöbənin hüquqları

 

  1. Şöbə, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

      7.1. Nazirlik barəsində peşəkar məlumatların yayılması məqsədi ilə mətbuat üçün açıqlamalar, bəyanatlar və press – relizlər hazırlamaq;

      7.2. Nazirlik və ona tabeli qurumların ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətlərinə dair peşəkar yazı və reportajların hazırlanması təmin etmək məqsədi ilə ekologiya sahəsində ixtisaslaşan kütləvi informasiya vasitələrinin nümayəndələri arasında akkreditasiyanı aparmaq;

      7.3. Ekoloji təbliğat dair proqram və layihələr hazırlamaq;

      7.4. Dövlət və qeyri hökumət təşkilatları keçirdikləri mətbuat konfranslarında müəyyən edilmiş qaydada iştirak etmək;

      7.5. Digər şöbələrlə birlikdə Nazirliyin normativ hüquqi sənədlərinin layihələrinin hazırlanmasında iştirak etmək;

      7.6. Nazirliyin fəaliyyəti haqqında mətbuat üçün müvafiq məlumatlar hazırlamaq məqsədi ilə Nazirliyin tabeli qurumları ilə əlaqələr saxlamaq və onlardan müvafiq informasiya almaq;

      7.7. Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya – Arxiv Fondunun materiallarından müəyyənləşdirilmiş qaydada pulsuz istifadə etmək;

      7.8. Dövlət və qeyri hökumət təşkilatlarının mətbuat xidmətləri ilə qarşılıqlı əməkdaşlıq etmək; 

      7.9. Qanunvericiliyə uyğun digər hüquqlara malik olmaq.

 

IV. Şöbə fəaliyyətinin təşkili

 

  1. Şöbəyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan müdir rəhbərlik edir.
  2. Müdir şöbəyə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
  3. Müdir aşağıdakı səlahiyyətlər malikdir:

            Şöbənin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir;

            Şöbənin fəaliyyətinin təşkil edir

            Şöbənin işçiləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

            Şöbənin işçiləri barəsində tənbehi tədbiri görülməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinə təqdimat verir;

            Şöbəyə daxil olmuş məktub, teleqram. ərizə və şikayətləri, digər sənədləri icraçılar arasında bölüşdürür və zəruri hallarda onları bir əməkdaşdan alıb icra üçün digər əməkdaşın icraatına verir.

  1. Şöbənin strukturu aşağıdakı qaydadadır:

            İctimaiyyətlə əlaqələr və təbliğat sektoru;

            Mətbuatla iş sektoru;

            “İnformasiya təminatı və informasiya texnologiyaları” sektoru.

  1. Bu Əsasnamənin 5.4; 5.5; 5.6 ; 5.10; 5.11; 5.12; 5.14; 5.15; 6.3; 6.6; 6.7; 6.9; 6.11; 6.12; 6.13; 6.14 və 6.15–ci bəndləri üzrə fəaliyyət “İctimaiyyətlə əlaqələr və təbliğat”, 5.1; 5.6; 5.10; 5.12; 5.14; 5.15; 6.1; 6.2: 6.4; 6.5; 6.8; 6.14 və 6.15 - ci bəndləri üzrə fəaliyyət “Mətbuatla iş” və 5.1; 5.2; 5.3; 5.7; 5.8; 5.9; 5.12; 5.13; 5.14; 5.15; 6.6; 6.10; 6.15; və 6.16-cı bəndləri üzrə fəaliyyət “İnformasiya təminatı və informasiya texnologiyaları” sektorları tərəfindən həyata keçirilir.
  2. Şöbənin “İctimaiyyətlə əlaqələr və təbliğat”, “Mətbuatla iş” və “İnformasiya təminatı və informasiya texnologiyaları” sektorlarına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müdirlər rəhbərlik edirlər.