• Bakı
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Naxçıvan
  • Gündüz +22°C,
  • Gecə +9°C
  • Xankəndi
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Şuşa
  • Gündüz +11°C,
  • Gecə +1°C
  • Xocalı
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Xocavənd
  • Gündüz +12°C,
  • Gecə +2°C
  • Qubadlı
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Zəngilan
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Laçın
  • Gündüz +10°C,
  • Gecə 0°C
  • Kəlbəcər
  • Gündüz +10°C,
  • Gecə 0°C
  • Daşkəsən
  • Gündüz +13°C,
  • Gecə +1°C
  • Gədəbəy
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Ağdam
  • Gündüz +18°C,
  • Gecə +7°C
  • Cəbrayıl
  • Gündüz +17°C,
  • Gecə +6°C
  • Füzuli
  • Gündüz +18°C,
  • Gecə +7°C
  • Gəncə
  • Gündüz +20°C,
  • Gecə +8°C
  • Qazax
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Naftalan
  • Gündüz +20°C,
  • Gecə +8°C
  • Şəki
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağstafa
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Qəbələ
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Şamaxı
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Zaqatala
  • Gündüz +18°C,
  • Gecə +5°C
  • Xızı
  • Gündüz +13°C,
  • Gecə +1°C
  • Siyəzən
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Şabran
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Quba
  • Gündüz +14°C,
  • Gecə +2°C
  • Qusar
  • Gündüz +8°C,
  • Gecə +1°C
  • Xaçmaz
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Kürdəmir
  • Gündüz +21°C,
  • Gecə +7°C
  • Yevlax
  • Gündüz +20°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • Ağdaş
  • Gündüz +20°C,
  • Gecə +5°C
  • Göyçay
  • Gündüz +21°C,
  • Gecə +6°C
  • Bərdə
  • Gündüz +20°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +19°C,
  • Gecə +5°C
  • Beyləqan
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Saatlı
  • Gündüz +21°C,
  • Gecə +6°C
  • Hacıqabul
  • Gündüz +21°C,
  • Gecə +6°C
  • Masallı
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Lənkəran
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Lerik
  • Gündüz +15°C,
  • Gecə +7°C
Saytın Xəritəsi

Əsasnamə

 

         Azərbaycan Respublikası

          Ekologiya və Təbii Sərvətlər

           Nazirliyinin  «10» 11 

          2004-cü il tarixli 732/ü saylı  

          Əmri ilə təsdiq edilmişdir.   

 

 

 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Ekologiya və Təbiəti Mühafizə Siyasəti Şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

  

  1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiəti Mühafizə Siyasəti Şöbəsi (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzi Aparatının strukturuna daxil olan aparıcı Şöbədir.
  2. Şöbə Azərbaycan Respublikasının ərazisində,o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunub mühafizə edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması, onların bərpası sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsi istiqamətində fəaliyyəti həyata keçirir.
  3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və  qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman  və Sərəncamlarını, Azərbaycan  Respublikası Nazirlər  Kabinetinin normativ və hüquqi aktlarını və Nazirliyin Əsasnaməsini, qərar, əmr və sərəncamlarını, bu Əsasnaməni rəhbər tutur.
  4. Şöbə fəaliyyətini bilavasitə özünün «Ekoloji siyasət» və Bioloji müxtəliflik sahəsində dövlət siyasəti» sektorları vasitəsilə həyata keçirir.

 

   II. Şöbənin əsas vəzifələri

 

  1. Şöbənin əsas vəzifələri aşağıdakılardır:

    5.1 Təbii sərvətlərin istifadəsi, bərpası, mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsində iştirak etmək;

   5.2. Ətraf mühitin Mühafizəsi sahəsində prioritetlərin müəyyənləşdirilməsı, bunun əsasında strategiyanın hazırlanması və dövlətin ekoloji siyasətinin formalaşdırılmasını təmin etmək üçün təkliflər vermək;

   5.3. Ətraf mühitin mühafizəsi və təbiətdən istifadə üzrə müvafiq milli fəaliyyət proqramları hazırlamaq və həyata keçirilməsi üçün təşkilati tədbirlər görmək;

   5.4. Nazirliyin tabeli qurumlarının, ətraf mühit və təbii sərvətlərin monitorinqi sahəsində fəaliyyətin yaxşılaşdırılması məqsədilə təkliflər vermək, onlara metodiki köməkliklər göstərmək;

   5.5. Azərbaycan Respublikasında əhalinin sağlam ekoloji mühitdə yaşamaq  hüququnu təmin etmək istiqamətində ətraf mühit  və təbii sərvətlərdən istifadə edilməsi sahəsində dövlət idarəçiliyinin həyata keçirilməsi haqqında təkliflər hazırlamaq;

    5.6. Ətraf mühit və təbii ehtiyatlardan səmərəli istifadə üzrə proqram və layihələrin hazırlanması istiqamətində təkliflər vermək;

    5.7. Xüsusi mühafizə olunan təbiət ərazilərinin, təbiət abidələrinin ,komplekslərin  və obyektlərin mühafizəsinə, bioloji müxtəlifliyin qorunub saxlanmasına dair təkliflər vermək;

    5.8. Nadir və nəsli kəsilməkdə olan qiymətli heyvan və bitki növlərinin mühafizəsi  və bərpa olunması sahəsində  tədbirlərin təşkil edilməsinə dair təkliflər vermək;

    5.9. Vəhşi heyvan və bitki ehtiyatlarının qorunub saxlanmasının, çoxaldılmasının  və onlardan səmərəli  istifadənin təmin edilməsi üzrə proqram  və layihələr  işləyib hazırlamaq və həyata keçirilməsi  üzrə təkliflər vermək;

    5.10. Ovçuluq işlərinin və ovçuluq təsərrüfatının aparılması və ovçuluq rejiminə əməl edilməklə dövlət ov fondundan səmərəli istifadə olunması, ov yerlərinin ayrılması və vəhşi heyvanların ov obyektlərinə aid edilməsi sahəsində təkliflər vermək;

    5.11. Genetik fondu, ekoloji sistemlərin, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətinin qorunub saxlanması istiqamətində tədbirlər həyata keçirilməsinə dair təkliflər vermək;

    5.12.  Atmosfer havası, su ehtiyatları, torpaq, yerin təki, tullantılar, meşə və yaşıllıqlar, fauna (o cümlədən balıq ehtiyatları), xüsusi mühafizə olunan ərazilər sahəsində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycana məxsus  olan bölməsində ekoloji məsələlərlə bağlı layihələrin hazırlanmasında iştirak etmək;

    5.13. Ekoloji layihələrin işlənilməsi sahəsində beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və inkişaf  etdirilməsi barədə təkliflər vermək;

    5.14. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində Respublikada planlaşdırılan, işlənən və həyata keçirilən ekoloji  layihələrin əlaqələndirmək və onların müvafiq qeydiyatını aparmaq;

    5.15. Ekoloji layihələrin işlənilməsi sahəsində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi barədə təkliflər vermək;

    5.16. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində görülmüş işlər barədə Nazirlik üzrəümumiləşdirilmiş hesabatı hazırlamaq;

    5.17.  Əhalinin ekoloji təhsili və maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənməsi və təkmilləşdirilməsi baxımından təkliflər vermək;

    5.18. Öz səlahiyyətləri daxilində ekoloji təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflər vermək;

    5.19. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırıq və göstərişlərinin icrası, Şöbənin və Nazirlik üzrə iş planlarında nəzərdə tutulmuş müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə tədbirlər görmək;

    5.20. Dövlət sirri təşkil edən məlumatları, o cümlədən fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirrlərini yaymamaq;

    5.21. Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək;

  

III. Şöbənin funksiyaları

 

  1.   Şöbə onun qarşısında qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

    6.1. Ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısının alınması məqsədilə təkliflər verir;

    6.2. Ekoloji təhlükəsizlik sahəsində müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi və bu fəaliyyətə metodiki rəhbərlik edilməsi istiqamətində tövsiyyələr hazırlayır;

    6.3. Ekoloji tarazlığın təmin edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda ekoloji menecmentin inkişaf etdirilməsi üçün təkliflər verir;

    6.4. Ətraf mühit və təbii sərvətlərdən istifadə sahəsində layihə və proqramların hazırlanmasında iştirak edir;

    6.5. Təbii sərvətlərdən istifadə, təbiəti mühafizə, ekoloji təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramlarına daxil edilən layihələrin hazırlanmasında iştirak etmək;

    6.6. Fövqəlada ekoloji vəziyyətin, ekoloji fəlakət zonalarının müəyyən edilməsi və bu sahədə müvafiq dövlət tədbirlərinin həyata keçirilməsi üzrə təkliflər hazırlayır;

    6.7. Su obyeklərinin çirkləndirilməsinə səbəb olan mənbələrin qarşısının alınması, yerüstü və yeraltı suların, torpağın, bitkilər aləminin (o cümlədən meşələrin) ekoloji vəziyyətinin sağlamlaşdırılması  istiqamətində təkliflər hazırlayır;

    6.8.  Öz səlahiyyətləri daxilində Kür və Araz hövzələri, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə məlumatların təhlili əsasında su ehtiyatlarının mühafizəsinin perspektiv sxemlərini hazırlayır;

    6.9. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub ola bölməsində baş verən ekoloji proseslərin kompleks şəkildə öyrənilməsində iştirak edir;

     6.10. Azərbaycan Respublikası iqtisadiyyatının təbii sərvətlərə olan ehtiyacının ödənilməsinə, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasının təmin edilməsinə istiqamətlənmiş layihələrin hazırlanmasında iştirak edir;

     6.11. Təbiətdəki çirklənmə mənbələri üzərində aparılmış müşahidələrin nəticələri barədə təhllil olunmuş məlumatlar əsasında təkliflər hazırlayır;

     6.12. Təbii mühitə antropagen fəaliyyətin təsirini və onun mənfi nəticələrinin aradan qaldırılması üzrə tövsiyyələr işləyib hazırlayır;

      6.13.  Təbii fövqəladə hadisələr və qəzaların operativ şəkildə ləğv edilməsi məqsədilə təhlükəli, təbii hidrometeoloji hadisələrin fövqəladə hallara gətirib çıxaran, yaxud əhali və iqtisadiyyat üçün təhlükə törədən və dağıntılarla nəticələnən ətraf mühitin ekstremal çirklənməsinin qarşısının alınması üzrə mövcud üsul və metodlarin vaxtaşırı olaraq təkmilləşdırılməsi üzrə təkliflər verir;

       6.14. Ekologiya və təbii ehtiyatlardan istifadə haqqında vahid informasiya sisteminin formalaşdırılmasında, bu sahədə dövlət məlumatlar fondunun yaradılması və idarə edilməsində iştirak edir;

       6.15. Nazirliyin tabe qurumlarının ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin yaxşılaşdırılması məqsədilə təkliflər verir və onlara metodiki köməklik göstərir;

       6.16. Nazirliyin müvafiq departamentləri tərəfindən hazırlanmış aylıq, rüblük və illik hesabatları qəbul edir, təhlilini aparır və Nazirlik sistemində ətraf mühitin mühafizəsi üzrə ümumiləşdirilmiş hesabatlar hazırlayır;

       6.17. Ölkənin daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji məhsuldarlığının artırılmasına dair kompleks tədbirlərin hazırlanmasında iştirak edir;    

        6.18. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş heyvan və bitki növlərinin mühafizə olunması və artırılmasına dair təkliflər verir;

        6.19. Xüsusi mühafizə olunan təbiət ərazilərində elmi-tədqiqat işlərinin aparılmasında iştirak edir və təkliflər verir;

        6.20. Azərbaycan Respublikasının ərazisində heyvanat və bitki aləminin mühafizəsi, onlardan istifadə edilməsi üzrə qaydalar, təlimatlar və digər normativ aktların hazırlanmasında iştirak edir;

        6.21. Milli parkların turizm və istirahət (rekreasiya) zonalarında turizm və istirahət məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərindən səmərəli istifadənin təşkil edilməsinə dair təkliflər verir və ekoloji turizmin inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;

         6.22. Ətraf mühitin mühafizəsi sahəsində layihələrin hazırlanmasında iştirak etmək və bu sahədə dövlət siyasətinin formalaşdırılmasını təmin etmək məqsədilə təkliflər hazırlamaq;

         6.23. Ekoloji layihələrlə əlaqədar seminar, konfrans, simpozium və digər tədbirlərdə müvafiq mütəxəssislərin iştirakı haqqında təkliflər vermək;

         6.24. Azərbaycan Respublikası üzrə ekoloji layihələrin vahid informasiyanın formalaşdırılması sahəsində məlumatlar fondunun yaradılmasını təmin etmək; 

         6.25. Daxil olan məktub, teleqram, şikayət və ərizələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə baxır, bu istiqamətdə müvafiq tədbirlərin görülməsini təmin edir;

         6.26. Qanunvericiliyə uyğun olaraq Nazirlik tərəfindən ona həvalə olunmuş digər funksiyaları həyata keçirir;

 

                           IV. Şöbənin hüquqları

 

  1. Şöbə öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

         7.1. Ekoloji təhlükəsizlik və təbiəti mühafizə sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi barədə təkliflər vermək;

         7.2.  Ətraf mühit sahəsində proqram və layihələr hazırlamaq;

         7.3. Ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə nəzərdə tutulmuş ödəniş normativlərinin hazırlanması və tətbiq edilməsində iştirak etmək;

         7.4.  Atmosfer havasına, su ehtiyatlarına və torpaq örtüyünə atılan zərərli maddələrin azaldılması və bunun qarşısının alınması sahəsində tədbirlərin həyata keçirilməsi üçün təkliflər vermək;

        7.5. Ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların, normativlərin  və standartların hazırlanmasında iştirak etmək;

        7.6.      Öz səlahiyyətləri daxilində konfranslarda, seminarlarda, danışıqlarda və digər tədbirlərdə qanunvericiliklə müəyyən olunmuş qaydada Nazirliyin nümayəndəsi qismində iştirak etmək;

        7.7. Nazirliyin tabe qurumlarından  ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində görülmüş işlər barədə məlumat və hesabatları əldə etmək;

        7.8. Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondunun materiallarından  müəyyənləşdirilmiş qaydada pulsuz istifadə etmək;

        7.9. Ətraf mühitlə əlaqədar fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin Nazirliklə qarşılıqlı əməkdaşlıqlarını və digər münasibətlərini müvafiq qaydada  əlaqələndirmək;

       7.10. Bərk tullantıların idarə olunmasının  təkmilləşdirilməsi üzrə təkliflər vermək;

       7.11. Qanunvericiliyə uyğun olaraq digər  hüquqlara malik olmaq.

 

                                  V. Şöbənin fəaliyyətinin təşkili

 

       8. Şöbəyə Azərbaycan  Respublikası  Ekologiya və Təbii  Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən  və vəzifədən azad olunan müdir rəhbərlik edir.

       9. Müdir Şöbəyə həvalə edilmiş və funksiyalarını həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

       10. Şöbə müdirinin Azərbaycan  Respublikası  Ekologiya və Təbii  Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən  və vəzifədən azad olunan bir müavini vardır.

       11.   Müdir aşağıdakı səlahiyyətlərə malikdir:

       11.1. Şöbənin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir:

       11.2. Şöbənin  fəaliyyətini təşkil edir;

       11.3. Şöbənin işçiləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

       11.4. Şöbənin işçiləri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə  Azərbaycan  Respublikası  Ekologiya və Təbii  Sərvətlər Nazirinə təqdimat verir.

       11.5. Daxil olmuş məktub, ərizə və şikayətləri, digər sənədləri icraçılar arasında bölüşdürür və zəruri hallarda onları bir əməkdaşdan alıb icra üçün digərinə verir.

        12. Şöbənin strukturu aşağıdakı qaydadadır:

        12.1. Ekoloji siyasət sektoru

        12.2. Bioloji Müxtəliflik sahəsində Dövlət Siyasəti sektoru.

        13. Bu əsasnamənin 5.1; 5.2; 5.3; 5.4; 5.5; 5.6; 5.12; 5.13; 5.14; 5.15; 5.16; 5.17; 5.18; 5.19; 5.20; 6.1; 6.2; 6.3; 6.4;  6.5; 6.6; 6.6; 6.7; 6.8; 6.9; 6.10;  6.11; 6.12; 6.13; 6.14; 6.15; 6.16; 6.22; 6.23; 6.24; 6.25; 7.1; 7.2;  7.3; 7.4; 7.5; 7.6; 7.7; 7.8; 7.9; 7.10-cu bəndlər üzrə fəaliyyət « Ekoloji Siyasət sektoru »və 5.7; 5.8; 5.9; 5.10; 5.11; 5.19; 5.20; 6.17; 6.18; 6.19; 6.20; 6.21; 6.25; 7.5; 7.6; 7.7; 7.8; 7.9-cu bəndlər üzrə fəaliyyət göstərən « Bioloji Müxtəliflik sahəsində Dövlət Siyasəti sektoru » tərəfindən həyata keçirilir.

       14. Şöbənin Ekoloji siyasət sektoruna və Bioloji Müxtəliflik sahəsində Dövlət Siyasəti sektoruna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan sektor müdirləri rəhbərlik edir.