• Bakı
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Sumqayıt
  • Gündüz +18°C,
  • Gecə +11°C
  • Naxçıvan
  • Gündüz +21°C,
  • Gecə +5°C
  • Xankəndi
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Şuşa
  • Gündüz +11°C,
  • Gecə +3°C
  • Xocalı
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • Xocavənd
  • Gündüz +14°C,
  • Gecə +3°C
  • Qubadlı
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Zəngilan
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • Daşkəsən
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Gədəbəy
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Ağdam
  • Gündüz +22°C,
  • Gecə +9°C
  • Cəbrayıl
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Füzuli
  • Gündüz +19°C,
  • Gecə +10°C
  • Gəncə
  • Gündüz +21°C,
  • Gecə +11°C
  • Qazax
  • Gündüz +20°C,
  • Gecə +10°C
  • Naftalan
  • Gündüz +22°C,
  • Gecə +13°C
  • Şəki
  • Gündüz +18°C,
  • Gecə +12°C
  • Ağstafa
  • Gündüz +19°C,
  • Gecə +8°C
  • Qəbələ
  • Gündüz +19°C,
  • Gecə +6°C
  • Şamaxı
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Zaqatala
  • Gündüz +20°C,
  • Gecə +8°C
  • Xızı
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Siyəzən
  • Gündüz +20°C,
  • Gecə +8°C
  • Şabran
  • Gündüz +21°C,
  • Gecə +10°C
  • Quba
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Qusar
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Xaçmaz
  • Gündüz +21°C,
  • Gecə +10°C
  • Kürdəmir
  • Gündüz +22°C,
  • Gecə +11°C
  • Yevlax
  • Gündüz +23°C,
  • Gecə +11°C
  • Ağcabədi
  • Gündüz +21°C,
  • Gecə +11°C
  • Ağdaş
  • Gündüz +23°C,
  • Gecə +12°C
  • Göyçay
  • Gündüz +21°C,
  • Gecə +10°C
  • Bərdə
  • Gündüz +22°C,
  • Gecə +13°C
  • İmişli
  • Gündüz +23°C,
  • Gecə +12°C
  • Salyan
  • Gündüz +22°C,
  • Gecə +12°C
  • Beyləqan
  • Gündüz +21°C,
  • Gecə +11°C
  • Saatlı
  • Gündüz +22°C,
  • Gecə +12°C
  • Hacıqabul
  • Gündüz +23°C,
  • Gecə +13°C
  • Masallı
  • Gündüz +21°C,
  • Gecə +12°C
  • Lənkəran
  • Gündüz +21°C,
  • Gecə +9°C
  • Lerik
  • Gündüz +21°C,
  • Gecə +9°C
Saytın Xəritəsi

Görülən işlər

   2016-cı il ərzində qanunvericiliyin təkmilləşdirilməsi

istiqamətində görülmüş işlər

 

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Konstitusiyanın 78-ci maddəsinə görə ətraf mühitin qorunması hər bir şəxsin borcudur.       

Ölkədə ekologiyaya və ətraf mühitin mühafizəsinə dair bir sıra qanunlar və bundan irəli gələrək qəbul olunan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin normativ hüquqi aktları mövcuddur.  “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yerin təki haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ovçuluq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Meşə Məcəlləsi, Su Məcəlləsi, Torpaq Məcəlləsi və bunlara uyğun qəbul edilən digər normativ hüquqi aktlar ekologiya və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə əlaqədar münasibətləri tənzimləyir. Bu qanunvericilik aktları respublikada həmin sahənin hüquqi əsaslarını müəyyən etməklə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə birgə hüquqi baza rolunu oynayır.

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu məbləğinin müəyyən edilməsi ilə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının icrası ilə əlaqədar  “Yaşıllıqların götürülməsi Qaydası”, “Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası”, “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”, “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”,  “Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası”, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının icrası ilə əlaqədar  “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”  və “Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il mart tarixli 1396 nömrəli Sərəncamına əsasən “Təhlükəli tullantıların saxlanılması Qaydası” təsdiq edilib.

“Yaşıllıqların müfəssəl siyahısı, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”, “Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası”, “Yaşıllıqların bərpası Qaydası”, “Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası”, “Akvakulturanın həyata keçirilməsi Qaydası”, “Balıq və digər su bioresursları ovunun Qaydası”nın layihələri işlənib hazırlanıb və Azərbaycan Respublikasının Nazirlər Kabinetində rəsmiləşdirilmə mərhələsindədir.

“Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”, “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”, “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydası”nın layihələrinə Nazirlər Kabinetinin müvafiq dərkənarlarına uyğun olaraq aidiyyəti qurumlarla birgə baxılır.

“Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydası”, “Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması Qaydası” və “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”, habelə “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci  il 02 fevral  tarixli 455 nömrəli Fərmanının icrası məqsədilə “Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”nın layihələri aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi Nazirlər Kabineti tərəfindən ölkə Prezidentinin  Administrasiyasına təqdim edilib.

Akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq edilən vergi azadolmalarının və güzəştlərinin müəyyən edilməsi ilə bağlı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli 564-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihələri işlənib hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.

Ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.