• Bakı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Naxçıvan
  • Gündüz +1°C,
  • Gecə -11°C
  • Xankəndi
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Şuşa
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Xocalı
  • Gündüz +2°C,
  • Gecə +9°C
  • Xocavənd
  • Gündüz +2°C,
  • Gecə +8°C
  • Qubadlı
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə +10°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Kəlbəcər
  • Gündüz -2°C,
  • Gecə +5°C
  • Daşkəsən
  • Gündüz -2°C,
  • Gecə +6°C
  • Gədəbəy
  • Gündüz -1°C,
  • Gecə +5°C
  • Ağdam
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Gəncə
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Qazax
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Naftalan
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Şəki
  • Gündüz +14°C,
  • Gecə +3°C
  • Ağstafa
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Qəbələ
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Şamaxı
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Zaqatala
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Xızı
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Siyəzən
  • Gündüz +13°C,
  • Gecə +1°C
  • Şabran
  • Gündüz +12°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +10°C,
  • Gecə +1°C
  • Qusar
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Xaçmaz
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Kürdəmir
  • Gündüz +17°C,
  • Gecə +3°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Ağcabədi
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +17°C,
  • Gecə +6°C
  • Göyçay
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Bərdə
  • Gündüz +19°C,
  • Gecə +8°C
  • İmişli
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Salyan
  • Gündüz +16°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Hacıqabul
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Masallı
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +16°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +11°C,
  • Gecə +4°C
Saytın Xəritəsi

Termal sular

 

Ənənəvi olmayan günəş, külək və yeraltı termal suların enerjisindən istifadə olunması problemlərinin həlli ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi və təcrübi tədqiqatlar aparılır. Termal suların yeraltı istilik enerjisinin akkumulyatoru və yüksək istilik-enerji tutumluğu xüsusiyyətlərinə malik olması ənənəvi olmayan enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyətli enerji daşıyıcısı kimi səciyyələndirir.
Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran və Masallı rayonlarında) termal suların öyrənilməsi üçün geoloji-kəşfiyyat işləri aparılmışdır. Bu məqsədlə 17 ədəd kəşfiyyat quyusu qazılmış və bu quyuların hamısında temperaturu 38-64°C olan termal sular aşkar edilmişdir. Onlardan istilik enerjisi kimi istifadə edilməsi məqsədilə qış aylarında faraş tərəvəzin (pomidor, xiyar) yetişdirilməsi üçün 10 ədəd oranjereya yaradılmış və il ərzində 2-3 dəfə məhsul alınmasının mümkünlüyü müəyyən edilmişdir.
Carlı strukturunda qazılmış, dərinlikləri 3200-4500 m olan neft kəşfiyyat quyularında termal sular açılmışdır, onların ümumi debiti 2500 m<sup>3</sup>, yer səthində temperaturu isə 72-97°C olmuşdur. 
Xəzəryanı (Xudat-Xaçmaz) zonasının 3000 m-dək dərinliyi olan kəşfiyyat quyuları vasitəsi ilə ümumi debiti 30000 m<sup>3</sup>/gün-dən artıq və yer səthində temperaturu 50-81°C təşkil edən termal sular aşkar edilmişdir.
Quba-Xaçmaz zonasında aşkar edilmiş Xudat-Xaçmaz termal sular yatağının kəşfiyyatı aparılmış və 25,7 min m<sup>3</sup>/gün miqdarında istismar ehtiyatları təsdiq edilərək Dövlət Balansında qeydə alınmışdır. 
Termal suların respublika ərazisində geniş miqyasda yayılmasına baxmayaraq, onlardan təsərrüfatın müxtəlif sahələrində istifadə edilməsi qənaətbəxş deyildir. 
Hal-hazırda termal sulara qazılmış geoloji-kəşfiyyat quyuları Xaçmaz rayonunda müalicə və məişət-kommunal xidməti məqsədilə qismən istifadə edilir. 
Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları aşağıdakı kimi qiymətləndirilir:

  • Böyük Qafqazın cənub yamacı - 2000 m3/gün (t-30-50°C) ;
  • Quba-Xaçmaz zonası - 21000 m3/gün (t-40-85°C) ;
  • Abşeron yarımadası - 20000 m3/gün (t-40-90°C) ;
  • Kiçik Qafqazın dağlıq hissəsi - 4000-5000 m3/gün (t-30-74°C) ;
  • Naxçıvan MR - 3000 m3/gün (t-40-50°C) ;
  • Talış dağlıq bölgəsi - 15000 m3/gün (t-31-43°C) ;
  • Lənkəran düzənliyi - 7000-8000 m3/gün (t-44-64°C) ;
  • Kür çökəkliyi - 170000 m3/gün (t-30-71°C) ;
  • Respublika üzrə - 249000 m3/gün.

Termal su yataqlarının geoloji materiallarının təhlili göstərir ki, bütünlükdə termal suların istismar ehtiyatları yuxarıda qeyd olunandan dəfələrlə artıqdır.
Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların başqa yanacaq növləri (əsasən neft, qaz) ilə bərabər, kompleks şəkildə öyrənilməsi və onun xalqın xidmətinə verilməsi böyük əhəmiyyət kəsb edir. 
Hazırda Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən respublika ərazisində aşkar edilmiş termal sulardan istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə xüsusi tədqiqatlar aparılır.