• Bakı
  • Gündüz +24°C,
  • Gecə +33°C
  • Sumqayıt
  • Gündüz +23°C,
  • Gecə +31°C
  • Naxçıvan
  • Gündüz +21°C,
  • Gecə +37°C
  • Xankəndi
  • Gündüz +18°C,
  • Gecə +29°C
  • Şuşa
  • Gündüz +13°C,
  • Gecə +24°C
  • Xocalı
  • Gündüz +16°C,
  • Gecə +25°C
  • Xocavənd
  • Gündüz +16°C,
  • Gecə +26°C
  • Qubadlı
  • Gündüz +17°C,
  • Gecə +28°C
  • Zəngilan
  • Gündüz +18°C,
  • Gecə +29°C
  • Laçın
  • Gündüz +13°C,
  • Gecə +24°C
  • Kəlbəcər
  • Gündüz +14°C,
  • Gecə +25°C
  • Daşkəsən
  • Gündüz +16°C,
  • Gecə +26°C
  • Gədəbəy
  • Gündüz +16°C,
  • Gecə +25°C
  • Ağdam
  • Gündüz +22°C,
  • Gecə +37°C
  • Cəbrayıl
  • Gündüz +23°C,
  • Gecə +36°C
  • Füzuli
  • Gündüz +21°C,
  • Gecə +35°C
  • Gəncə
  • Gündüz +23°C,
  • Gecə +36°C
  • Qazax
  • Gündüz +22°C,
  • Gecə +35°C
  • Naftalan
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Şəki
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Ağstafa
  • Gündüz +20°C,
  • Gecə +33°C
  • Qəbələ
  • Gündüz +19°C,
  • Gecə +32°C
  • Şamaxı
  • Gündüz +20°C,
  • Gecə +30°C
  • Zaqatala
  • Gündüz +20°C,
  • Gecə +34°C
  • Xızı
  • Gündüz +16°C,
  • Gecə +27°C
  • Siyəzən
  • Gündüz +21°C,
  • Gecə +35°C
  • Şabran
  • Gündüz +20°C,
  • Gecə +34°C
  • Quba
  • Gündüz +18°C,
  • Gecə +29°C
  • Qusar
  • Gündüz +16°C,
  • Gecə +27°C
  • Xaçmaz
  • Gündüz +21°C,
  • Gecə +34°C
  • Kürdəmir
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Yevlax
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Ağcabədi
  • Gündüz +23°C,
  • Gecə +37°C
  • Ağdaş
  • Gündüz +22°C,
  • Gecə +35°C
  • Göyçay
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Bərdə
  • Gündüz +23°C,
  • Gecə +34°C
  • İmişli
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Salyan
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • Beyləqan
  • Gündüz +22°C,
  • Gecə +36°C
  • Saatlı
  • Gündüz +23°C,
  • Gecə +37°C
  • Hacıqabul
  • Gündüz +25°C,
  • Gecə +37°C
  • Masallı
  • Gündüz +23°C,
  • Gecə +33°C
  • Lənkəran
  • Gündüz +22°C,
  • Gecə +34°C
  • Lerik
  • Gündüz +16°C,
  • Gecə +25°C
Saytın Xəritəsi

Əsasnamə

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti haqqında

Ə S A S N A M Ə

 

Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
16 aprel  2003 -  cü il tarixli  
273/ü nömrəli Əmri ilə təsdiq edilmişdir

 

I.ÜMUMİ  MÜDDƏALAR

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Xidməti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(bundan sonra-«Nazirlik» ) 2002-ci il 30 dekabr tarixli 2637/Ü nömrəli Əmri ilə çevrilmə şəklində yenidən təşkil edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti adlandırılmışdır.
2. Depratament Azərbaycan Respublikasının ərazisində atmosfer havası, yağıntılar (yağış, dolu və qar), torpaq, yeraltı və yerüstü təbii sərvətlərin, o cümlədən suların ekoloji vəziyyətinin,onlara təbii və antropogen təsirlər nəticəsində gedən proseslərin müşahidəsini, qiymətləndirilməsini, eləcə də bu proseslərin proqnozlaşdırılmasını həyata keçirən orqandır.
3. Departament öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər kabinetinin qərar, əmr, sərəncam və göstərişlərini,  bu Əsasnaməni və həmin sahədə olan digər normativ-hüquqi aktları rəhbər tutur;
4. Departament öz fəaliyyətini bilavasitə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir.
5.Departamentin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
6. Departament müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri, Nazirliyin və adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, bank hesabına malikdir.
7. Departament öz fəaliyyətini bilavasitə Nazirliyin Ətraf Mühitin Çirklənməsinin  Monitorinq Mərkəzi vasitəsilə həyata keçirir.
8. Departament Bakı şəhəri Moskva prospekti-50 ünvanında yerləşir.

 

II. DEPARTAMENTİN  ƏSAS  VƏZİFƏLƏRİ

9. Departamentin əsas vəzifələri  aşağıdakılardır :
9.1.Təbii ehtiyatlar, bitki (o cümlədən meşə) və heyvanlar (o cümlədən balıqlar) aləmi, atmosfer havası, torpaq, yeraltı və yerüstü suların çirklənmə dərəcəsi, onların istifadəsi üzrə monitorinqi həyata keçirmək;
9.2.Təbii fəlakət və texnogen qəzalar nəticəsində ətraf mühitə təsirin qiymətləndirilməsi məqsədi ilə monitorinq keçirmək, faktiki və proqnozlaşdırılmış məlumatların, bu barədə operativ xəbərdarlıqların Nazirliklə razılaşdırılmaqla dövlət hakimiyyəti orqanlarına və digər aidiyyəti təşkilatlara çatdırılmasını təmin etmək;
9.3. Ətraf mühitin vəziyyətinə antropogen və digər təsirləri qiymətləndirmək, bu istiqamətdə tövsiyələr hazırlamaq;
9.4. Təbii mühitin monitorinqi üzrə məlumatların mərkəzləşdirilmiş hesabatının aparılmasını həyata keçirmək.
9.5. Ətraf mühitdə gedən dəyişikliklərin dinamikasının proqnozlaşdırılmasını təmin etmək; 
9.6. Ətraf mühit və təbii sərvətlər sahəsində monitorinqin aparılması üzrə Milli fəaliyyət proqramlarının layihələrinin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
9.7. Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.

 

III. DEPARTAMENTİN  FUNKSİYALARI

10. Departament, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
10.1.Ətraf mühitə zərərli maddələrin atılmasının (axıdılmasının) vəziyyəti üzrə monitorinq həyata keçirir;
10.2.Atmosferdə, sututarlarda, habelə quruda çirklənmə proseslərinin öyrənilməsi və araşdırılması üzrə monitorinq keçirir;
10.3.Təbii sərvətlərin səmərəli istifadəsi, mühafizəsi, bərpası və məhsuldarlığının artırılmasına, bioloji müxtəlifliyin qorunmasına dair monitorinq aparır və proqnozlar verir;
10.4.Geoekoloji şəraitin öyrənilməsi, ekoloji fəlakət zonalarının müəyyən edilməsi üçün monitorinq həyata keçirir;
10.5. Təbii mühitə antropogen təsirin aradan qaldırılması istiqamətində tövsiyələr işləyib hazırlayır;
10.6. Olkənin daxili sularında suyun fon çirklənməsinin və hidroloji vəziyyətinin monitorinqini həyata keçirir;
10.7.Fəaliyyəti ətraf mühitin çirklənməsinə səbəb olan müəssisə və təşkilatların siyahısını tərtib edərək, onların təsərrüfat fəaliyyəti ilə əlaqədar ətraf mühitə təsirinin nəticələrini təhlil edir və qiymətləndirir;
10.8.Xüsusi mühafizə olunan təbiət ərazilərində və komplekslərdə ətraf mühitin monitorinqini aparır;
10.9.Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan, Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan və bitki növlərinin vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar monitorinq həyata keçirir.
10.10. Ekzogen geoloji proseslərə məruz qalmış, təbii ehtiyyatların istehsalı və ya istifadəsi nəticəsində dövriyyədən  çıxmış torpaqların, çirklənmiş və ya yararsız hala salınmış su axarlarının, sututarların ekosistemlərin tarazlığını təmin edən vəziyyətə gətirilməsi məqsədi ilə monitorinq keçirir;
10.11.Atmosfer havasının ,yerin təkinin, yeraltı və yerüstü suların, torpağın, flora və faunanın vəziyyəti üzrə monitorinqin keçirilməsinə dair təkliflər hazırlayır;
10.12. Yerin təkinin və kəşf edilmiş faydalı qazıntı ehtiyyatlarının (neft və qazdan başqa) vəziyyətinin monitorinqini keçirir;
10.13.Radiasiya fonunun və elektromaqnit şüalanma səviyyəsinin monitorinqinin aparılmasını təmin edir, bu sahədə vəziyyəti qiymətləndirir;
10.14.Texniki qurğuların, nəqliyyat və digər səyyar vasitələrin ətraf mühitə dair norma, standart və tələblərə uyğunluğu üzərində monitorinq keçirir;
10.15. Partlayış,dərinləşdirmə, dağ-mədən işləri, faydalı qazıntılar hasilatı, sugötürücü qurğuların inşası, boru kəmərləri, kabellər və yüksək gərginlikli elektrik xətləri çəkilməsi və istismarı nəticəsində mənfi ekoloji təsirlərin müəyyənləşdirilməsi üçün monitorinq keçirir;
10.16. Zooloji, mineroloji və bitki kolleksiyalarının zənginləşdirilməsi və saxlanılmasının vəziyyəti üzərrində monitorinq keçirir;
10.17. Nazirlik tərəfindən ona həvalə olunmuş qanunvericiliyə uyğun digər funksiyaları həyata keçirir.    

                      

    IV.  DEPARTAMENTİN   HÜQUQLARI

11. Departament,öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
11.1. Təbii mühitin fon çirklənməsinin monitorinqini həyata keçirmək;
11.2. Monitorinq üzrə müşahidə məntəqələrinin dünya standartları səviyyəsində texniki təchizatının həyata keçirməsi məqsədi ilə Nazirliyə təkliflfr vermək;
11.3.Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində ekoloci norma və standartların müəyyənləşdirilməsində iştirak etmək;
11.4.  Öz səlahiyyətləri ətraf mühit və təbii sərvətlər üzrə monitorinqin aparılması sahəsində beynəlxalq öhdəliklərin icrasında, beynəlxalq məhəlli, Milli və yerli səviyyələrdə proqram və layihələrin hazırlanmasından və həyata keçirilməsində iştirak etmək;
11.5. Apardığı müşahidələrin elmi texniki səviyyəsinin müntəzəm olaraq təkmiləşdirilməsi və müasirləşdirilməsi məqsədi ilə Nazirliyə təkliflər vermək;
11.6. Təbii mühitin monitorinqi üzrə aparılan müşahidələrin metodiki-texniki təlimatların layihələrinin layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək, müşahidə nəticələrinin texniki hesabatlarının forma və qaydalarının müəyyən edilməsində iştirak etmək;
11.7. Hüquqi və fiziki şəxslərlə qanunvercilikdə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr əsasında, onlara ətraf mühit və təbii sərvətlər sahəsində monitorinqin aparılması üzrə xidmətlər göstərmək;
11.8. Departamentin struktur bölmələrinin vəzifə və funksiyalarında, işçilərinin say tərkibində əlavə və dəyişikliklər edilməsi barədə Nazirliyə təkliflər vermək;
11.9. Departamentin işçilərinin ətraf mühit və təbii sərvətlər sahəsində monitorinqin həyata keçirilməsi zamanı ölkənin ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara, bazalara, anbarlara və digər obyektlərə maneəsiz (xidməti vəsiqələrini təqdim etməklə) daxil olmaq;
11.10. Nazirliyin Ətraf mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya – Arxiv Fondunun materiallarından müəyyən edilmiş qaydada pulsuz istifadə etmək;
11.11. Qanunvercilikdə uyğun olaraq digər hüquqlara malik olmaq.

 

V. DEPARTAMENTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

12. Departamentə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir;
13. Direktor Departamentə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;
14. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
14.1. Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Müəyyən edilmiş əməyin ödənilməsi fondu daxilində Departamentin xərclər smetasını və ştat cədvəlini hazırlayır, təsdiq olunmaq üçün Nazirliyə təqdim edir.
14.3 Öz səlahiyyətləri daxilində Departamentin fəaliyyətinə dair icrasını təşkil edir və yoxlayır;
14.4. Departamentin nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
15. Departamentin kadr, hüquq, maliyyə – mühasibatlıq və kargüzarlıq xidmətləri Nazirliyin müvafiq  qurumlarının funksional tabeliyində fəaliyyət göstərir, öz işlərini Nazirliyin aidiyyati idarələrinin göstərişləri, qaydaları, təlimatları və digər rəhbər sənədləri əsasında qururlar.
16. Departamentin direktorunun Azərbaycan Respublikasının  Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan bir müavini vardır.

 

VI. DEPARTAMENTİN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

17. Departament qanunvericilikdə nəzərdə tutulmuş qaydada o cümlədən Azərbaycan Respublikasının  Ekologiya və Təbii Sərvətlər Nazirinin Əmri ilə yenidən təşkil olunur və ləğv edilir.