• Bakı
  • Gündüz +15°C,
  • Gecə +9°C
  • Sumqayıt
  • Gündüz +14°C,
  • Gecə +9°C
  • Naxçıvan
  • Gündüz +24°C,
  • Gecə +10°C
  • Xankəndi
  • Gündüz +13°C,
  • Gecə +7°C
  • Şuşa
  • Gündüz +8°C,
  • Gecə +2°C
  • Xocalı
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Xocavənd
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Qubadlı
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Zəngilan
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Laçın
  • Gündüz +8°C,
  • Gecə +2°C
  • Kəlbəcər
  • Gündüz +8°C,
  • Gecə +2°C
  • Daşkəsən
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Gədəbəy
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Ağdam
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Cəbrayıl
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Füzuli
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Gəncə
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Qazax
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Naftalan
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Şəki
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağstafa
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Qəbələ
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Şamaxı
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Zaqatala
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Xızı
  • Gündüz +13°C,
  • Gecə +4°C
  • Siyəzən
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Şabran
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Quba
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Qusar
  • Gündüz +13°C,
  • Gecə +3°C
  • Xaçmaz
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Kürdəmir
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +11°C
  • Ağcabədi
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Ağdaş
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Göyçay
  • Gündüz +19°C,
  • Gecə +10°C
  • Bərdə
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • İmişli
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Salyan
  • Gündüz +17°C,
  • Gecə +11°C
  • Beyləqan
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Saatlı
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Hacıqabul
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Masallı
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Lənkəran
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Lerik
  • Gündüz +14°C,
  • Gecə +5°C
Saytın Xəritəsi

Görülən işlər

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən
2016-cı il ərzində görülmüş işlər

 

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 2016-cı il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, ekzogen proseslər, bioloji müxtəlifliyin, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyətini davam etdirib, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılmasını həyata keçirib, operativ və rejim məlumatlarını hazırlayaraq onların aidiyyəti üzrə çatdırılmasını təmin edib.

Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 24 məntəqədə aparılıb. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 2016-cı il ərzində 89135 nümunə götürülüb və həmin nümunələr üzərində 17 adda çirkləndirici üzrə 90839 analiz aparılıb. Hesabat dövründə aparılan müşahidələrin nəticələri göstərib ki, Bakı şəhərində havada əsas çirkləndiricilərdən tozun orta aylıq qatılığı 1.3, azot 4-oksid 1.2, formaldehid 2.3, hidrogen flüorid 1.6 dəfə YVQH-ni keçib. Sumqayıt şəhəriüzrə havada əsas çirkləndiricilərdən azot 4-oksid 2.2 dəfə, hidrogen flüorid 2 dəfə YVQH-dən yüksək olub. Gəncə şəhəri üzrə atmosfer havasında  müşahidə olunan zərərli maddələrdən  hidrogen flüorid 1.2 dəfə  yol verilən qatılıq həddindən artıq olub. Mingəçevir şəhərində aparılan müşahidələrin nəticələrinə görə, toz -1.3 və fenol 1.7 dəfə YVQH-dən yüksək olub. Şəki, Lənkəran və Naxçıvan şəhərləriüzrə atmosfer havasındakı zərərli inqrediyentlərin orta və maksimal qatılıqları yol verilən qatılıq həddini keçməyib.

Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamaclarında və Lənkəran zonasında 23 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xloridlər, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) aparılıb. 2016-cı il ərzində götürülmüş 269 yağıntı (yağış, qar) nümunəsi üzərində 2959 kimyəvi analiz aparılıb. Analizlərin nəticələrinə görə yağıntılarda təhlil olunan inqrediyentlərin ən az miqdarı Xızıda (44.4 mq/l), ən çox miqdarı isə Sumqayıtda (164.8 mq/l) müəyyən edilib. Bu qarışıqların əsas hissəsini Bakıda hidrokarbonat (72.2 mq/l), kalsium (24.7 mq/l) və maqnezium (6.3 mq/l), Sumqayıtda sulfat (24.9 mq/l) və xlorid (48.9 mq/l), Gəncədə nitrat (4.0 mq/l), Qobustanda isə fosfat  (0.5 mq/l) və ammonium (1.3 mq/l) ionları təşkil edir.

Səth sularının çirklənməsinin monitorinqi stasionar hidrokimyəvi şəbəkədə 42 su obyektini (27 çay, 4 su anbarı 10 göl və 1liman), 58 müşahidə məntəqəsində  65 kəsiyi, 65 şaquli və 65 üfiqi nöqtəni birləşdirir. Belə ki, bu istiqamətdə detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə 2016-cı il ərzində götürülmüş 427 su nümunəsi üzərində 8466 analiz aparılıb. Su nümunələri üzərində aparılmış analizlərin nəticələrinə əsasən məlum olub ki, əksər su obyektlərində bəzi göstəricilər üzrə konsentrasiyalar  YVQH-ni keçib.

Kür Araz ovalığı- Kür çayı suyunun keyfiyyəti əsasən yuxarı və aşağı axınlarında pisləşir. Bunun səbəbi yuxarı axında Gürcüstan ərazisindən axıdılan transsərhəd çirkləndiriciləri, aşağı axında isə Araz çayının tökülməsi və çay boyunca yerləşən yaşayış məntəqələrindən, xüsusən də Şirvan və Salyan şəhərlərindən  axıdılan sənaye və məişət çirkab sularıdır. Bu ərazidə suyun keyfiyyəti mülayim çirklənmiş su sinfinə aiddir. Aşağı axında Zərdab və Surra məntəqələrində nisbətən zəif çirklənmə səviyyəsi müşahidə olunur. Bu da həmin məntəqələr boyunca qeyd edilən ərazidə çaya axıdılan çirkləndiricilərin miqdarının azalması ilə bağlı olub.

Böyük Qafqazın Cənub yamaclarından axan çaylar- bu bölgənin çayları əsasən kənd təsərrüfatı çirkab suları ilə çirklənməyə məruz qalsa da il ərzində Qanıx çayında Əyriçayın mənbəyindən 1.7 km aşağıda, Balakənçay, Talaçay, Əyriçay, Katexçay, Dəmiraparançay, Kürmükçay, Göyçay, Türyançay və Qarasu çaylarında özünütəmizləmə aktiv olduğundan çox zəif çirklənmə səviyyəsi müşahidə edilib. Bu çayların suyu təmiz su sinfinə aid olub.

Böyük Qafqazın Şimal-Şərq yamaclarından axan çaylar- Qusarçay (Quzun kəndi ərazisində), Qudyalçay, Qaraçay, Vəlvələçay (Təngəaltı kəndi ərazisində) çaylarının çirklənmə səviyyəsi çox zəif olub. Bu çaylar təmiz su sinfinə aid edilib.

Kiçik Qafqaz regionunun çayları. Bu regionun çayları Ağstafaçay, Qabırrı çayı, Tovuzçay, Şəmkirçay, Kürəkçay çayları (Qoşqarçay istisna olmaqla) mülayim çirklənməyə məruz qalıb. Qoşqarçayın çirklənməsində isə Daşkəsən şəhərinin kommunal-təsərrüfat, məişət çirkab suları və zəylik alunit–filiz kombinatının, Daşkəsən filiz zənginləşdirmə kombinatının tullantı suları böyük rol oynadığından bu çay çirklənmiş su sinfinə aid edilib. Ağstafaçayda aparılan müşahidələr göstərib ki, Qazax şəhəri ərazisində çayın çirklənmə səviyyəsi mülayim çirklənmiş su sinfinə aiddir.

Lənkəran - Astara zonasının çayları- İstisu çayı və Viləşçay mülayim çirklənmiş, Təngərud və Lənkərançay isə təmiz su sinfinə aid edilib.

Süni sututarları- Ağstafa və Şəmkir su anbarlarında suyun keyfiyyəti mülayim çirklənmiş, Mingəçevir və Ceyranbatan su anbarlarında suyun keyfiyyəti təmiz su sinfinə aid edilib.

Göllər- Abşeron göllərindən Yasamal gölü çiriklənmiş, Böyükşor, Masazır, Kürdəxanı, Xocahəsən, Bül-bülə, Qırmızıgöl çox çirkli göllərə aid edilib.

Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında biogen maddələrin, həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların YVQH-dən dəfələrlə artıq olması müşahidə edilib. Bu çayların çirklənməsinə Gürcüstan və Ermənistan ərazilərindən məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılması səbəb olub. Belə ki, Ağstafaçayda fenollar 2.5, Ağstafa su anbarında isə fenollar 1.2 dəfə YVQH-ni keçib. 2016-cı il ərzində aparılan monitorinqlərin nəticələrinin orta aylıq gostəricilərinə görə fenollar Araz çayı üzrə Horadiz müşahidə məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə müşahidə  məntəqələrində isə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,94–7,88 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

2016-ci il ərzində torpaqların çirklənməsinin monitorinqi zamanı götürülmüş 308 torpaq nümunəsi üzərində 2849 kimyəvi analiz yerinə yetirilib. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsinin tədqiqi məqsədi ilə zavodların ərazisindən nümunələr götürülərək analiz edilib. Belə ki, Bakı şəhərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsi üzrə ağır metallardan mis 2, kadmium 8, Sumqayıtda xromun miqdarı 1.5, kadmium isə 3 dəfə yol verilən qatılıq həddindən artıq olub. Gəncədə xrom 6.2, kadmium 3 dəfə yol verilən qatılıq həddindən artıq müəyyən edilib.

Yağıntılardan sonra torpaqların fon tərkibi üzrə monitorinq işləri və fiziki-kimyəvi analizlərin nəticələri aşağıdakı kimi olub:

Məntəqələr üzrə hidrogen göstəricisi (pH) yol verilən qatılıq həddini keçməyib. Sulfat ionları- məntəqələr üzrə yanvar ayında Quba RHM-Qırız məntəqəsində 15.6, iyul ayında Neftçala İMHM-Neftçala məntəqəsində 26, avqust ayında Sabirabad RHM- Sabirabad məntəqəsində 25 dəfə yol verilən qatılıq həddindən çox olub. Nitrat ionları-məntəqələr üzrə may ayında Lənkəran RHM- Lənkəran məntəqəsində 6.6, aprel ayında Quba RHM-Qırız məntəqəsində 6.6, avqust ayında Şəki RHM Zaqatala məntəqəsində 5.2 dəfə yol verilən qatılıq həddinindən çox olub.

Respublika ərazisində 2016-cı il ərzində sürüşmə, subasma, sel, bataqlaşma, yarğan eroziyası, abraziya və uçqun, palçıq vulkanları və s. proseslər üzrə müşahidələr və monitorinqlər aparılıb. Monitorinqlər əsasən təhlükəli sürüşmə zonalarında, başlıca olaraq Abşeron yarımadasında və bəzi aktiv sürüşmə sahələrində (Ağsu rayonu Qırlar, Siyəzən rayonu Sədan) keçirilib. İl ərzində departamentə daxil olan sürüşmə obyektlərinin geodinamiki vəziyyəti haqqında aylıq bülletenlər əsasında Respublika ərazisində və Abşeron yarımadasında ekzogen-geoloji proseslərin ayrı-ayrı sahələr üzrə dinamikası təhlil edilib.

2016-cı il ərzində ətraf mühitin radiasiya fonu üzrə Respublikanın bütün bölgələrini əhatə edən gündəlik müşahidələr aparılıb. Günəş şüalarının fəallığından asılı olaraq gündəlik radiasiya fonu Respublika ərazisində mövsümlər üzrə dəyişkən olub. Gündəlik müşahidələr gün ərzində 3 dəfə olmaqla (saat 09:00, 15:00, 18:00 radələrində) 35 məntəqədə aparılıb.

Transsərhəd ərazilərdə (Ağstafa, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonları və Pirallahı adası) fəaliyyət göstərən radiasiya fonu üzrə tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə məlumatlar hər yarım saatdan bir departamentə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.

Atmosfer aerozollarının b-radioaktivliyi üzərində müşahidələr il ərzində 11 məntəqədən - Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və Neft Daşlarından götürülmüş 3906 planşet nümunələrində Cs137, K40, Sr90 radionuklidləri üzrə 11718 analiz aparılıb və  həmin nümunələrdə radionuklidlər aşkar edilməyib.

Respublika ərazisində 2016-cı il ərzində gündəlik radiasiya fonu norma daxilində qeydə alınıb. Hesabat ili ərzində daxil olmuş ölçmə məlumatlarının təhlilinə əsasən Bakı-Abşeron bölgəsində faktiki təbii radiasiya fonu ümumilikdə 6-17 mkR/saat, Naxçıvan MR-in ərazisində faktiki təbii radiasiya fonu 9-16 mkR/saat, Kiçik Qafqaz bölgəsində gündəlik faktiki radiasiya fonu 5-19 mkR/saat, Böyük Qafqaz bölgəsində gündəlik radiasiya fonu 7-30 mkR/saat (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir),  Mərkəzi Aran bölgəsindəki gündəlik faktiki radiasiya fonu 3-19 mkR/saat, Lənkəran-Astara bölgəsində ümumilikdə faktiki radisaiya fonu 8-13 mkR/saat arasında qeydə alınıb və bölgələrdəki radiasiya şəraiti təbii fon daxilində dəyişib.

Departament tərəfindən 2016-cı il ərzində stasionar müşahidə məntəqələri ilə əhatə edilmiş və edilməmiş ərazilərdə, xüsusilə də Abşeron yarımadasının su obyektlərində, güclü fiziki təsir yaradan mənbələr üzərində səyyar monitorinqlər həyata keçirilib. Keçirilmiş monitorinqlərin nəticələri əsasında arayışlar hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılıb.

“İntertech Trading Corporation” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən hava nümunələrində üzvi birləşmələrin, atmosfer havasında və işçi zonada karbohidrogenlərin, o cümlədən metan qazının, havada dispers tozun (PM2.5 və PM10) təyini, səs-küy və vibrasiya dərəcəsinin və radiasiya səviyyəsinin ölçülməsi ilə bağlı cihaz və avadanlıqlar alınıb. Hazırda cihazlardan monitorinq işlərində istifadə olunur.

Azərbaycanın Avropa İttifaqı ilə mövcud olan Fəaliyyət Planında atmosfer havasının monitorinq sisteminin Aİ Direktivlərinə uyğun fəaliyyətinin mərhələlərlə təmin olunması məqsədilə İsveçin OPSIS AB şirkəti arasında müqavilə bağlanıb, 1 ədəd üçüncü nəsil avtomatik, onlayn rejimdə çalışan müşahidə stansiyası H.Əliyev pr. 10 ünvanında quraşdırılıb. Hazırda hər gün bu stansiyadan atmosfer havasında PM10 dispers tozu,NO2, SO2, benzol, toluol, kselol kimi qaz birləşmələri və ozonun  səviyyəsi üzrə monitorinq nəticələri alınır.

Ötən dövr ərzində Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrindən daxil olan məlumatlara əsasən regionlarda atmosferə atılan çirkləndirici maddələr (sənaye müəssisələrindən, avtonəqliyyat vasitələrindən, o cümlədən avtonəqliyyat müəssisələrinin nəqliyyat vasitələrindən atılan), su mənbələrinə axıdılan tullantı suları (su mənbələrinin adı, axıdılan tullantı suları, tullantı suların tərkibi), bərk sənaye və məişət tullantılarının (bərk və sənaye tullantılarının miqdarı, tullantıların tutduğu sahə, yaşayış məntəqəsinin adı, tullantıların miqdarı və sahəsi) mövcud vəziyyəti təhlil edilib, qiymətləndirilərək müvafiq proqnozlar verilib.

2016-cı il ərzində Departamentə “Qaynar xətt” xidməti vasitəsi ilə vətəndaşlar tərəfindən 106 müraciət daxil olub ki, bunlara da qanunamüvafiq qaydada baxılıb.

Departament tərəfindən aparılan monitorinqlərin nəticələrinə əsasən 241 sayda “Atmosfer havasının çirklənmə səviyyəsi və təbii mühitin radiasiya şəraiti haqqında gündəlik”, 36 sayda “Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti haqqında 10 günlük hidrokimyəvi”, 12 sayda “Yerüstü su obyektləri haqqında aylıq hidrokimyəvi”, 241 sayda “Ətraf mühitin radiasiya fonu üzrə gündəlik” bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılıb, eləcə də Nazirliyin İnternet səhifəsində yerləşdirilib.