• Bakı
  • Gündüz +13°C,
  • Gecə +9°C
  • Sumqayıt
  • Gündüz +12°C,
  • Gecə +8°C
  • Naxçıvan
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Xankəndi
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Şuşa
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Xocalı
  • Gündüz +6°C,
  • Gecə +2°C
  • Xocavənd
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Qubadlı
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Zəngilan
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Laçın
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Kəlbəcər
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Daşkəsən
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Gədəbəy
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Ağdam
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Cəbrayıl
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Gəncə
  • Gündüz +16°C,
  • Gecə +10°C
  • Qazax
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Naftalan
  • Gündüz +16°C,
  • Gecə +10°C
  • Şəki
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • Ağstafa
  • Gündüz +13°C,
  • Gecə +7°C
  • Qəbələ
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Şamaxı
  • Gündüz +10°C,
  • Gecə +5°C
  • Zaqatala
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Xızı
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Siyəzən
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Şabran
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Quba
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Qusar
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Xaçmaz
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Kürdəmir
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Yevlax
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • Ağcabədi
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Ağdaş
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Göyçay
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Bərdə
  • Gündüz +16°C,
  • Gecə +10°C
  • İmişli
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Salyan
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Beyləqan
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Saatlı
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Hacıqabul
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Masallı
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Lənkəran
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Lerik
  • Gündüz +10°C,
  • Gecə +5°C
Saytın Xəritəsi

Səth suları

Monitorinq sistemi

 

Səth suları

1.Müşahidə şəbəkəsi

Səth sularının çirklənməsinin monitorinqi şəbəkəsi 44 əsas su obyektinə - 30 çay (Kür, Araz, Qanıx, Balakən çayı, Katexçay, Kürmükçay, Əbildərə, Şahnabad, Şahdağ, Talaçay, Əyriçay, Ağstafaçay, Tovuzçay, Qabırrı çayı, Qoşqarçay, Kürəkçay, Şəmkirçay, Gəncəçay, Türyançay,Göyçay, Qarasuçay, 

Dəmiraparançay, Qudyalçay, Vəlvələçay, Qusarçay, Qaraçay, Təngərüd çayı, İstisuçay, Lənkərançay, Viləşçay), 4 su anbarı (Mingəçevir, Şəmkir, Ceyranbatan, Ağstafa), 9 göl, o cümlədən 7-si Abşeronda (Böyük-şor, Qırmızı göl, Yasamal, Masazır, Kürdəxanı, Bülbülə, Xocahəsən), 2-i ölkənin müxtəlif rayonlarında (Göy-göl, Candargöl), və 1 liman (Şabran limanı) olmaqla, 68 müşahidə məntəqəsinə ( fon və nəzarət kəsikləri) malikdir. Bu məntəqələrdə tam və ixtisara salınmış proqramlar üzrə  su nümunələri götürülərək, suyun aşağıda qeyd olunan kəmiyyət və keyfiyyət göstəriciləri  üzrə təyinatlar aparılır.

 

Suyun kəmiyyət və keyfiyyət göstəriciləri  üzrə cədvəl

Suyun kəmiyyət və keyfiyyət göstəriciləri

Hidroloji göstəricilər 

Fiziki göstəricilər

Kimyəvi göstəricilər

Biogen maddələr

Spesifik çirkləndiricilər

Ağır metallar

(mkq/l)

1

suyun sərfi (m3/san)

temperatur (0C)

xlorid (Cl-)

ammonium ionu (NH4+)

fenollar

qurğuşun (Pb)

2

suyun səviyyəsi (m)

bulanıqlıq (NTU)

sulfat

(SO42-)

nitrit ionu (NO2-)

səthi aktiv sintetik maddələr-SASM (mq/l)

mis (Cu)

3

axın sürəti (m/san)

şəffaflıq (sm)

hidrokarbonat (HCO3-)

nitrat ionu (NO3-)

α -HXSH

nikel (Ni)

4

 

rəng, qoxu (orqanoleptik metodla)

karbonat (CO32-)

ümumi azotun cəmi (∑mqN/l)

β -HXSH

alüminium

(Al)

5

 

hidrogen göstəricisi-pH

Ümumi codluq (mq-ekv/l)

ortofosfatlar (PO43-)

γ -HXSH,v

dəmir

(Fe)

6

 

Suda həllo lmuş oksigen-O2 (mq O/l; %)

kalsium  (Ca2+)

 

DDT

qalay

(Sn)

7

 

elektrik keçiriciliyi

maqnezium (Mg2+)

 

DDE

manqan

(Mn)

8

 

 

natrium + kalium (Na+ +K+)

 

p, p-DDD+ opDDT

xrom

(Cr)

9

 

 

ionların cəmi ∑ (mq/l),

 

 

sink

(Zn)

10

 

 

oksigenin

kimyəvisərfi- OKS(mqO/l)

 

 

civə

(Hg) 

11

 

 

oksigenin 5 günlük biokimyəvi sərfi OBS5

(mqO/l)

 

 

kadmium

(Cd)

12

 

 

 

 

 

arsen - As

13

 

 

 

 

 

selen-Se

14

 

 

 

 

 

∑ ağır metalların cəmi

 

 2. Qanunvericilik və metodologiya

Səth sularının çirklənmədən mühafizəsi istiqamətində fəaliyyət «Su Məcəlləsinin təsdiq edilməsi haqqında»,«Hidrometeorologiya fəaliyyəti haqqında»  Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanan «Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) ilə həyata keçirilir.

Ölkəmiz BMT-nin sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyasına qoşulduqdan sonra əsas tranzit çaylarımız olan Kür və Araz çaylarında suyun təmizliyinə nəzarət işlərinin dövlət tərəfindən  beynəlxalq standartlara uyğun qurulması  təmin edilib. Belə ki, hər iki çayda BMT-nin AİK-nın ixtisaslı ekspertlər qrupu tərəfindən (ŞAOACQ ölkələrinin milli ekspertlərinin iştirakı ilə) hazırlanmış “Transsərhəd su axınları və beynəlxalq göllərin monitorinqi və qiymətləndirilməsi” üzrə rəhbər prinsiplərə əsaslanaraq operativ monitorinq işləri təşkil edilib.  Kür cayının suyunun keyfiyyətinə nəzarət edən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Qazax analitik tədqiqatlar laboratoriyası və Araz çayının suyunun keyfiyyətinə nəzarət edən analoji Horadiz analitik tədqiqatlar laboratoriyası 2005-ci ildən fəaliyyət göstərir.

Analizlər beynəlxalq İSO və QOST standartlarına əsaslanan metodikalar üzrə aparılır. Su obyektlərindən nümunələr götürülərək ilkin analizlər yerinə yetirildikdən sonra əsas kimyəvi analizlərin aparılması üçün Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzinin müvafiq laboratoriyasına göndərilir. Mərkəzin müvafiq  laboratoriyasında 50-dən çox göstərici üzrə ildə 17 minə qədər analiz aparılır. Suyun keyfiyyətini qiymətləndirmək məqsədi ilə аnalizlərin nəticələrinə əsasən (6 komponent üzrə) suyun çirklənmə indeksi hesablanır. Suyun təmizlik dərəcəsi 7 ballıq şkala üzrə qiymətləndirilir.

    

Hidrokimyəvi monitorinq proqramı

Analiz metodu

1

Suda həll olmuş oksigen

Oksimetr cihazı ilə ölçmə (elektrokimyəvi metodla işləyir) 

2

Oksigenn 5 günlük biokimyəvi sərfi (OBS5)

Şüşə qablar metodu

3

Oksigenin kimyəvi sərfi

Titrimetrik bixromat

4

Nitrit ionu (NO2-)

Qriss-İlosvayre aktivi ilə spektrometrik metod

5

Nitrat ionu (NO3-)

Natrium salisilat vasitəsilə kolorometrik

6

Ammonium ionları (NH4+)

Nessler reaktivi ilə spektrometrik  metod

7

Ortofosfat ionu (PO43-)

Mavi rəngli fosfor-molib denkompleksinin spektrometrik metod latəyini

8

Ümumi fosfor

Kalium persulfatla oksidləşmə ilə spektrometrik metod

9

Ümumi codluq

Xromogenqarasıilətitrimetriktəyinat 

10

Kalsium ionu (Ca2+)

Trilon-B  ilə titrimetric təyinat

11

Maqnezium ionu (Mg2+)

Hesablanma

12

Natrium, kaliumionları (Na+, K+)

Atom absorbsiya,  hesablanma

13

Hidrokarbonat ionu (HCO3-)

Titrimetrik təyinat

14

Sulfat ionu (SO42-)

Qurğuşun nitratla ditizonun iştirakı ilə titrimetrik təyinat                       

15

Xlorid ionu (Cl-)

Argentometrik

16

Sintetik səthi aktiv maddələr

Metilen göyü ilə spektrometrik

17

Fenollar

Qırmızı qan duzu ilə spektrometrik

18

Xlorüzvi pestisidlər

Qaz  xromotoqrafiya

19

Hidrogen göstəricisi

Potensiometrik

20

Elektrik keçiriciliyi

Konduktometrik

21

Rəng

Orqanoleptik

22

Qoxu

Orqanoleptik

23

Şəffaflıq

Sneller şrifti vasitəsi ilə təyinat

24

Bulanıqlıq

Turbidimetrik

25

Asılı bərk hissəciklər

Qravimetrik metod

 

Alınmış monitorinqin nəticələri əsasında transsərhəd çirklənmələr üzrə on gündən bir – “Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi haqqında 10 günlük hidrokimyəvi bülleten”, ümumi su obyektləri üzrə isə aylıq vəziyyət təhlil olunur, su obyektlərində mövcud çirklənmə vəziyyətini  əks etdirən bülletenlər-“Yerüstü su obyektləri haqqında hidrokimyəvi bülleten” hazırlanaraq respublikada qərar qəbul edən şəxslərə, dövlət orqanlarına, KİV-ə təqdim olunur və internetdə yerləşdirilir.