Saytın Xəritəsi

Atmosfer havası

Monitorinq sistemi

1.  Müşahidə şəbəkəsi

Ölkə üzrə atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin iri sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə fəaliyyət göstərən 8 atmosfer havasının monitorinqi laboratoriyasından və 26 müşahidə məntəqəsindən ibarətdir. Bu şəhərlərdə atmosfer havasında çirkləndiricilərin təyin edilməsi üçün gündə üç dəfə, 07:00, 13:00,  

19:00 saatlarında nümunələr götürülərək, hər bir şəhərin sənaye profilinə uyğun olan aşağıdakı spesifik çirkləndiricilər üzrə kimyəvi analizlər aparılır:

 

Bakı şəhəri üzrə:
· toz
· kükürd qazı (SO2)
· dəm qazı (CO)
· azot dioksid (NO2)
· azot oksid (NO)
· hidrogen sulfid
· his
· bərk flüoridlər
· hidrogen flüorid
· xlor
· civə
· ammonyak
· sulfat turşusu aerozolu(H2SO4)
· formaldehid
· furfurol
· həll olunan sulfatlar aerozolu (SO4 2-)

 

Sumqayıt şəhəri üzrə:
· toz
· kükürd qazı (SO2)
· həll olunan sulfatlar aerozolu (SO4 2-)
· dəm qazı (CO)
· azot dioksid (NO2)
· azot oksid (NO)
· bərk flüoridlər(F-)
· hidrogen flüorid (HF)
· ammonyak (NH3)
· civə (Hg)

 

Gəncə şəhəri üzrə:

· kükürd qazı (SO2)

· toz

· dəm qazı (CO)

· həll olunan sulfatlar aerozolu (SO4 2-)

· azot dioksid (NO2)

· azot oksid (NO)

· hidrogen sulfid (H2S)

· bərk flüoridlər (F-)

· hidrogen flüorid (HF)

· sulfat turşusu aerozolu (H2SO4)

 

Naxçıvan, Şirvan, Şəki və Lənkəran şəhərləri üzrə:

· toz

· kükürd qazı (SO2)

· azot oksid (CO)

· azot dioksid (NO2)

 

Mingəçevirşəhəri üzrə:
· toz
· kükürd qazı (SO2)
· dəm qazı (CO)
· azot dioksid (NO2)
· azot oksid (NO)
· həll olunan sulfatlar aerozolu (SO4 2-)
· fenol

 

Atmosfer yağıntılarının tərkibində (yağış, qar) atmosfer havası ilə uzaq məsafələrə transsərhəd daşınan çirkləndiricilərin  tərkibinin öyrənilməsi, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yağıntıların keyfiyyət göstəricilərinə nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində dörd məntəqədə qarın kimyəvi tərkibi, 21 məntəqədə isə atmosfer yağıntılarının kimyəvi tərkibi üzərində müntəzəm monitorinq aparılır.

 

Atmosfer yağıntılarının tərkibində aşağıdakı keyfiyyət və çirkləndirici göstəricilər üzərində təyinatlar aparılır:

· elektrik keçiriciliyi
· hidrogen göstəricisi - pH
· sulfat ionu
· nitrat  ionu 
· ammonium ionu
· xlorid ionu 
· fosfatlar
· hidrokarbonat ionu
· kalsium ionu
· maqnezium ionu

2.  Qanunvericilik və metodologiya

Atmosfer havasının çirklənməsinin monitorinqi, «Hidrometeorologiya fəaliyyəti haqqında», «Atmosfer havasının mühafizəsi haqqında», Azərbaycan Respublikasının Qanunları, bu qanunların icrası ilə əlaqədar hazırlanmış «Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) ilə həyata keçirilir. Bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 

 

Atmosfer havasının çirklənmə vəziyyəti

1. İri sənaye şəhərlərinin çirklənmə vəziyyəti

Müntəzəm müşahidə nəticələrinin təhlili əsasında atmosfer havasının gündəlik  vəziyyəti təhlil olunur, atmosfer havasının faktiki vəziyyəti qiymətləndirilir və növbəti gün üçün gözlənilən çirklənmə vəziyyətinin proqnozu müvafiq metodikaya uyğun tərtib edilir və xüsusi bülletenlər hazırlanaraq respublikanın qərar qəbul edən şəxslərinə, dövlət və icra orqanlarına, KİV-ə təqdim olunur və internetdə yerləşdirilir.

Monitorinqin nəticələri göstərir ki, respublikanın iri sənaye şəhərlərində atmosfer havası bu şəhərlərdə fəaliyyət göstərən sənaye sahələrindən asılı olaraq, müxtəlif dərəcədə çirklənməyə məruz qalır. Bakı şəhəri üçün spesifik olan havanın çirkləndiricilərindən toz, dəm qazı, azot 4-oksid, his və furfurolun miqdarı ayrı-ayrı günlərdə yol verilən qatılıq həddini ötür. Sumqayıt şəhəri üzrə xlor, azot 4-oksid, hidrogen flüorid və digər spesifik çirkləndiricilərin miqdarı normadan artıq müşahidə edilib. Gəncə şəhərində zərərli maddələrdən yalnız hidrogen flüoridin miqdarı normanı ötür. Şirvan şəhərində atmosferin azot 4-oksidlə çirklənməsi daha səciyyəvidir. Naxçıvan, Şəki, Mingəçevir və Lənkəran şəhərlərinin atmosfer havasının çirklənməyə məruz qalmadığı müşahidə edilib.

Respublika üzrə atmosfer havasına atılan tullantıların miqdarı min tonla (2000-2010-cu illər)

2010-cu ildə atmosfer havasına atılan tullantıların mənbələr üzrə 

 

2.Atmosfer yağıntılarının çirklənmə vəziyyəti

Respublikamızın ərazisində atmosfer yağıntılarının kimyəvi tərkibi üzrə müşahidələr hər ay 21 məntəqədə aparılır.

Atmosfer yağıntılarının tərkibində 10 kimyəvi göstərici-sulfatlar (SO42-), nitratlar (NO3-), ammonium ionu (NH4+), xlorid ionu (Cl-), fosfatlar (PO43-), hidrokarbonatlar (HCO3-), kalsium ionu (Ca2+), maqnezium ionu (Mg2+), elektrik keçiriciliyi və hidrogen göstəricisi (pH) təyin edilir.

Kimyəvi tərkib mövsümi dəyişmələrə məruz qaldığı üçün qarışıqların qatılıqlarının miqdarı cari ilə görə orta qiymətlə hesablanır.

 

Atmosfer yağıntılarının tərkibində olan qarışıqların qatılığının ümumi orta illik miqdarı üzrə müşahidə məntəqələri 3 qrupa ayrılır:

I  qrupa

İonların miqdarı

∑ ≤ 100 mq/l olan müşahidə məntəqələri

Qarışıqların qatılığı nisbətən az olan məntəqələr-Şəki, Lənkəran, Damarçın, Daşkəsən, Kəlvəz, Sabirabad, Mingəçevir, Zərdab aiddir. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 41,3-91,3 mq/l-dir.

II qrupa

İonların miqdarı

∑ 100 mq/l  - 200mq / l

olan müşahidə məntəqələri

Qarışıqların qatılığı nisbətən çox olan məntəqələr- Sumqayıt, Pirallahı, Neftçala, Ağstafa, Qobustan, Gəncə, Biləsuvar, Qəbələ və Xaçmaz məntəqələri aid edilib. Ən az miqdar Ağstafa, ən çox miqdar isə Neftçalaya aiddir. Bu qrup məntəqələrdə ionların qatılıqlarının ümumi miqdarı 100,6-198,6 mq/l-dir.

III qrupa

İonların miqdarı

∑ >200 mq / l

olan müşahidə məntəqələri

Qırız və Pirallahı məntəqələri aid edilib. Bu məntəqələrdə ümumi qarışıqların qatılığının aylıq miqdarı yüksək olub və 212,3-215,3 mq/l təşkil edib. Ən az miqdar Qırızda (212,3 mq/l), ən çox isə Pirallahıda (215,3 mq/l) müşahidə olunub. 

 

Müşahidələrin nəticələrinə görə respublika üzrə il ərzində orta hesabla atmosfer yağıntılarının kimyəvi tərkibinin 21,8 faizini sulfat, 4,4 faizini nitrat, 2,2 faizini ammonium, 13,3 faizini xlorid, 40,4 faizini hidrokarbonat, 0,3 faizini fosfat, 13,5 faizini kalsium və 4,1 faizini maqnezium ionları təşkil edib.