• Bakı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Naxçıvan
  • Gündüz +20°C,
  • Gecə -1°C
  • Xankəndi
  • Gündüz +12°C,
  • Gecə 0°C
  • Şuşa
  • Gündüz +7°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +9°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +10°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Zəngilan
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Laçın
  • Gündüz +7°C,
  • Gecə -5°C
  • Kəlbəcər
  • Gündüz +7°C,
  • Gecə -5°C
  • Daşkəsən
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Ağdam
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +13°C,
  • Gecə +3°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə +2°C
  • Gəncə
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Qazax
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Naftalan
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • Şəki
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Ağstafa
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Qəbələ
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Şamaxı
  • Gündüz +9°C,
  • Gecə +1°C
  • Zaqatala
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Xızı
  • Gündüz +9°C,
  • Gecə 0°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Şabran
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Xaçmaz
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Kürdəmir
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Yevlax
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Ağdaş
  • Gündüz +13°C,
  • Gecə +4°C
  • Göyçay
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Bərdə
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +18°C,
  • Gecə +5°C
  • Salyan
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Beyləqan
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Saatlı
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Hacıqabul
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Masallı
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə -1°C
Saytın Xəritəsi

Görülən işlər

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən
2016-cı il ərzində görülmüş işlər

 

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2016-cı il ərzində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində və onun şimaldan cənubadək olan 955 km-lik sahil zolağında, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə, obyekt və üzən vasitələrdə ümumilikdə 1907 monitorinq keçirilib və Xəzər dənizinə tökülən 235 axar qeydə alınıb.

Hesabat ili ərzində dənizdən və dənizə tökülən axarlardan götürülmüş 3793 su, qazma məhlulu, qazma  şlamı və torpaq nümunəsi üzərində ümumilikdə 51768 təhlillər aparılıb, ondan 15350-si mikrobioloji, 15954-ü ekotoksikoloji, 20464-ü isə analitik təhlillərdir.

2016-cı il ərzində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin və onun sahil zolağının neft və digər çirkləndirici maddələrlə çirklənməsinin öyrənilməsi məqsədi ilə dənizə tökülən axarlarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi istehsalat müəssisələrində, yerli şirkətlərlə yanaşı xarici şirkətlərdə, donanma sahəsində isə gəmilərdə, limanlarda, yanalma körpülərində və sahil zolağında yerləşən yaşayış məntəqələrində ekoloji monitorinqlər keçirilib. Sözügedən şirkətin “Abşeronneft”, “Neft Daşları”, Ə.Əmirov və H.Z.Tağıyev adına NQÇİ-lərdə, eyni zamanda şirkətin tabeliyində olan Qaz Emalı Zavodunda keçirilən monitorinqlər zamanı aşkarlanmış ekoloji pozuntu hallarına qarşı tədbir görülməsi üçün aidiyyəti qurumlara məlumat verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan “28 May” NQÇİ-nin “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində dənizin ətraf mühitində yarana biləcək ekoloji pozuntuları müşahidə etmək məqsədilə həmin ərazidə İdarənin mütəxəssislərinin iştirakı ilə monitorinqlər keçirilib. Keçirilən monitorinqlər zamanı dənizə platformadan neft dağılması müşahidə olunmayıb.

Ötən dövr ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansında olan Bioloji və Mexaniki Təmizləyici Qurğuların fəaliyyəti də yoxlanılıb. Ətraf mühitin mühafizəsi istiqamətində Bakı şəhərinin sahil zolağında keçirilən monitorinqlər nəticəsində Pirallahı və Sahil Bioloji Təmizləyici Qurğulardan, Zığ Mexaniki Təmizləyici Qurğudan, “Keşlə”, “Əhmədli”, “Köhnə Günəşli” yağış suları kollektorlarından, Hövsan və “32-ci kanal”dan, Qaradağ rayonunun Ələt qəsəbəsindəki axarlardan təhllilər üçün götürülmüş su nümunələrində kimyəvi çirkləndirici komponentlərin miqdarının normadan artıq, mikrobioloji baxımdan çirkli olduğu müəyyən edilib.

Bakı şəhərinin Qaradağ, Xəzər və Sabunçu rayonlarının sahil zolağında keçirilmiş ekoloji monitorinqlər zamanı sahil zolağında yerləşən qəsəbələrdə formalaşan tullantı suların təmizlənmədən dənizə və sahil zolağına axıdılması, eyni zamanda bərk məişət tullantılarının sahil zolağına atılması nəticəsində bataqlıqlaşmış sahələrin yaranması müşahidə edilib.

Hesabat ili ərzində Sumqayıt inzibati rayonu ərazisinin “Hacı dərəsi”, “Azərboru” kollektoru, H.Z.Tağıyev adına və “Kimyaçılar” qəsəbələrində formalaşaraq dənizə axan tullantı sularından götürülmüş su nümunələrində kimyəvi çirkləndirici komponentlərdən ammonium ionu, nitritlər, sintetik səthi aktiv maddələr və oksigenə biokimyəvi tələbat normadan artıq, mikrobioloji baxımdan çirkli olduğu müəyyən edilib. Sumqayıtçayın ətrafında yerləşən müəssisələrin məişət fekal və sənaye tullantıları bu çay vasitəsi ilə dənizə axıdıldığı üçün Sumqayıtçay “qaynar noqtə” olaraq qalmaqdadır.

İdarə mütəxəssisləri hər il olduğu kimi ötən ildə də BP Şirkəti ilə birlikdə dəniz ekoloji ekspedisiyasında iştirak edib. Ekspedisiya zamanı “BP-Azərbaycan” şirkətinin Xəzər dənizinin Respublikamıza aid bölməsində operatorluq etdiyi “Azəri”, “Çıraq” “Günəşli” və “Şahdəniz” yataqlarındakı platformalar ətrafından qrunt və su nümunələri götürülüb. İdarənin əməkdaşları tərəfindən 2016-cı ilin hər rübü Çıraq platformasında monitorinq keçirilib, qazma əməliyyatları zamanı qazmada istifadə olunan qazma məhlulu, şlam nümunələri və platforma ətrafından dəniz suyu nümunələri götürərək laboratoriyada təhlillər aparılıb.

 “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2007-2011-ci illərdə Abşeron yarımadasının sahil zolağında mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə quraşdırılan və beynəlxalq standartlara cavab verən modul tipli tullantı sutəmizləyici qurğuların fəaliyyətinə laborator nəzarət edilib.

Hesabat dövründə çimərliklərin yay istirahət mövsümünə hazırlığı ilə əlaqədar mütəmadi olaraq keçirilən monitorinqlərin nəticələrinə əsasən Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazisində formalaşan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə bu ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq müəyyən edilib. Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılan sahələrdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində müəyyənləşdirilib.

Hesabat dövründə XKEMİ-nin mütəxəssisləri Fransa Respublikasının Paris şəhərində Avropa ittifaqının “Su Təşəbbüsü” çərçivəsində işçi qrupunun növbəti iclasında, Gürcüstan Respublikasının Tbilisi şəhərində “Ölkənin təhlükəsizlik sistemləri”nə dair seminarda və Batumi şəhərində təşkil olunmuş “Beynəlxalq çay hövzələrinin ətraf mühitinin mühafizəsi” treninq-seminarda iştirak edib.

Ekoloji vəziyyətin öyrənilməsi, Xəzər dənizinə və ətraf mühitə antropogen təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının müəyyən edilməsi, formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması məqsədi ilə il ərzində keçirilən monitorinqlərin nəticələri həftəlik və aylıq bülletenlərdə müvafiq təklif və proqnozlar verilməklə əks etdirilib, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.