• Bakı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Sumqayıt
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Naxçıvan
  • Gündüz +20°C,
  • Gecə -1°C
  • Xankəndi
  • Gündüz +12°C,
  • Gecə 0°C
  • Şuşa
  • Gündüz +7°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +9°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +10°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Zəngilan
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Laçın
  • Gündüz +7°C,
  • Gecə -5°C
  • Kəlbəcər
  • Gündüz +7°C,
  • Gecə -5°C
  • Daşkəsən
  • Gündüz +9°C,
  • Gecə -2°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə -1°C
  • Ağdam
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Cəbrayıl
  • Gündüz +13°C,
  • Gecə +3°C
  • Füzuli
  • Gündüz +12°C,
  • Gecə +2°C
  • Gəncə
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Qazax
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Naftalan
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • Şəki
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Ağstafa
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Qəbələ
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Şamaxı
  • Gündüz +9°C,
  • Gecə +1°C
  • Zaqatala
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Xızı
  • Gündüz +9°C,
  • Gecə 0°C
  • Siyəzən
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Şabran
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Xaçmaz
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Kürdəmir
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Yevlax
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Ağcabədi
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Ağdaş
  • Gündüz +13°C,
  • Gecə +4°C
  • Göyçay
  • Gündüz +13°C,
  • Gecə +6°C
  • Bərdə
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +18°C,
  • Gecə +5°C
  • Salyan
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Beyləqan
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Saatlı
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Hacıqabul
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Masallı
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Lənkəran
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Lerik
  • Gündüz +6°C,
  • Gecə -1°C
Saytın Xəritəsi

Laboratoriya fəaliyyəti

 

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin laboratoriyasının  fəaliyyəti

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Azərbaycan Respublikasında mövcud qanunvericiliklərə və qəbul olunmuş dövlət qaydalarına müvafiq laboratoriyası iş planı əsasında Xəzər dənizinin Azərbaycan sektorunda və sahil zolağında, çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. keçirilən monitorinqlər nəticəsində götürülmüş su, dib çöküntüsü, şlam və qazma məhlulu nümunələri üzərində fiziki-kimyəvi, kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji təhlillər aparır. Təhlillər beynəlxalq, o cümlədən Rusiya standartlarına uyğun metodika və cihazlarla aparılır.

Laboratoriyada 3 sektor fəaliyyət göstərir:

  • Analitik Tədqiqatlar Sektoru
  • Biologiya və Ekotoksikologiya Sektoru
  • Mikrobiologiya Sektoru

Laboratoriya mütəxəssisləri yerli və xarici neft şirkətlərinin, beynəlxalq təşkilatların və Nazirliyin Xəzər dənizinə təşkil etdiyi ekoloji ekpedisiyalarda iştirak edir, paralel olaraq su və dib çöküntüsü nümunələri götürərək, onlar üzərində təhlillər aparır.

 

Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli lokal təmizləyici qurğuların, həmçinin bir çox rayonlarda quraşdırılmış içməli su təmizləyici qurğularından gətirilmiş nümunələrdə laboratoriyada mütəmadi və hərtərəfli analizlər aparılmışdır. Hal-hazırda da Xəzər dənizinin sahil zolağında quraşdırılmış təmizləyici qurğuların səmərəliliyini yoxlamaq üçün nümunələr götürərək təhlillər aparılır. Nazirlik tərəfindən nərəkimi və digər növ balıqların kvotası ilə əlaqədar keçirilən ekspedisiyalarda mütəxəssislərimiz mütəmadi olaraq iştirak etmiş, Orta və Cənubi Xəzərin Azərbaycan akvatoriyasında balıqların yem ehtiyatının kəmiyyət və keyfiyyət göstəricilərini, eləcə də 90-cı illərin axırlarında gəmilərin ballast suyu ilə Qara dənizdən gətirilmiş invaziv növ Mnemiopsis leidyinin dənizdə yayılmasını, say və biokütləsini tədqiq etmişdir.

Analitik Tədqiqatlar Sektorunda 8 mütəxəssis çalışır. Sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarında, çirklənmə mənbələrində keçirilən monitorinqlərdə iştirak etmək və həmin obyektlərin su hövzəsinə axarlardan götürülmüş nümunələr üzərində fiziki-kimyəvi və kimyəvi təhlillər (pH, duzluluq, həll olmuş oksigen, şəffaflıq, codluq, sulfatlar, asılı maddələr, biogen maddələr, oksigenə biokimyəvi tələbat, oksigenə kimyəvi tələbat, sintetik səthi aktiv maddələr, neft məhsulları, fenollar, ağır metallar və s.) aparılır. Sektorda aparılan təhlillərin əksəriyyəti müasir və Avropa standartlarına cavab verən cihazlarda aparılır.

Biologiya və Ekotoksikologiya Sektorunda 9 mütəxəssis çalışır. Sektorda İdarənin fəaliyyət dairəsində yerləşənaxarlardan götürülmüş su, dib çöküntüsü, şlam, qazma məhlulu və neft hasilatında istifadə olunan müxtəlif reagent nümunələrində canlı orqanizmlər (D.Maqna, P.Maeoticus) üzərində ekotoksikoloji, bioloji təmizləyici qurğulardan gətirilmiş lil nümunəsi üzərində isə bioloji təhlillər aparılır. 

2006-cı ilin aprel ayında bakterioloji təhlillər aparmaq məqsədilə İdarədə Mikrobiologiya Sektoru fəaliyyətə başlamışdır. Sektor bakteroloji təhlillərin aparılması üçün müasir standartlara cavab verən «Bio-Trak 4250» markalı mikrobioloji analizatorla təchiz edilmiş və onun köməkliyi ilə axarlar və dəniz suyunda mikrobioloji təhlillər aparır.

Son illər ərzində laboratoriyaya humanitar yardım olaraq 1 ədəd elektron tərəzi, Hach DR 2800 markalı spektrofotometr, Horiba, Hanna markalı cihazlar və «Ceddi» plankton toru verilmişdir. Cihazların gətirilməsi aparılan tədqiqat işlərinin müasir standartlara uyğun aparılmasına şərait yaradır.