Faydalı Bölmələr

Rəhbərlik

Çingiz Əliyev



Çingiz Əliyev

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin rəis əvəzi

 

1964-cü il təvəllüdlüdür.

1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Mühəndis mexanikası fakultəsini bitirib.

1993-1995-ci illərdə Ağdam rayon 2711 nömrəli Avtokolonda kolon rəisi vəzifəsində çalışıb.

1995-1998-ci illərdə Ağdam rayon Avtomotoservis Müəssisəsində sex rəisi vəzifəsində çalışıb.

2002-2004-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlərdən İstifadəyə Dövlət Nəzarəti Müfəttişliyində aparıcı müfəttiş vəzifəsində çalışıb.

2004-2008-ci illərdə Ətraf Mühitin Mühafizəsi Departamentinin Operativ nəzarət sektorunda  aparıcı məsləhətçi vəzifəsində çalışıb.

2008-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentində aparıcı məsləhətçi-müfəttiş  vəzifəsində çalışıb.

2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi əvəzi vəzifəsində çalışıb.

2011-2015-ci illərdə Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun rəis əvəzi vəzifəsində çalışıb.

2015-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin rəis müavini təyin edilib və rəis vəzifəsini icra edir.